Məhkəmə qərarları › İş №e-2(078)-903/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-903/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-903/2024 11.06.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (Kiçik iddialara dair işlər üzrə ərizənin baxılmamış saxlanılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 2068,14 (iki min altmış səkkiz manat on dörd qəpik) manat əsas və vəfat etdiyi tarixə qədər hesablanmış 247,1(iki yüz qırx yeddi manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 2315,24 (iki min üç yüz on beş) manat məbləğində borcun və 43,16 ( qırx üç manat on altı qəpik) manat dövlət rüsumunun, habelə 0,8 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2024-cü il tarixdə cavabdehə bildiriş göndərmişdir. İddiaçı təşkilat xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərmişdir. İddiaçı təşkilatın problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Nümayəndə2 ərizəsində iddia ərizəsinin baxılmamış saxlanılması, Naxçıvan Şəhər Məhkəməsinə ödənilmiş 43,16 manat məbləğində dövlət rüsumunun və 0,80 manat məbləğində xidmət haqqının geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmşdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası E. Məmmədovun ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 43.16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 43.16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar