Məhkəmə qərarları › İş №e-2(078)-909/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-909/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-909/2022 15.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 73E ünvanında yerləşən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdeh Babayeva (Hüseynova) Şəhla Sərdar qızına qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Babayeva (Hüseynova) Şəhla Sərdar qızından 152 (bir yüz əlli iki) manat əsas, 22.8 (iyirmi iki manat səksən qəpik) manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 205.20 (iki yüz beş manat iyirmi qəpik) manat borcun alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatla Babayeva (Hüseynova) Şəhla Sərdar qızı arasında 15 fevral 2021-ci il tarixli, 041- EMB-0085-21 saylı Krеdit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Babayeva (Hüseynova) Şəhla Sərdar qızına 18 ay müddətinə 279 manat məbləğində kredit verilmişdir. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması Müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə 152 (bir yüz əlli iki) manat əsas, 22.8 (iyirmi iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174.8 (bir yüz yetmiş dörd manat səksən qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan ilə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditor borcalandan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən cavabdeh yuxarıda qeyd edilən pul məbləğinin (kreditin) ödənilməsinə dair öhdəlik daşıyır. İddiaçı təşkilat sonda iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Babayeva (Hüseynova) Şəhla Sərdar qızı arasında bağlanmış 15 fevral 2021-ci il tarixli, 041-EMB-0085-21 saylı Krеdit Müqaviləsinin şərtinə əsasən Babayeva (Hüseynova) Şəhla Sərdar qızına 18 ay müddətinə 279 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixə 152 (bir yüz əlli iki) manat əsas, 22.8 (iyirmi iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174.8 (bir yüz yetmiş dörd manat səksən qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş son xəbərdarlıq məktubunun surətindən məlum olur ki, həmin tarixdə borclu Babayeva (Hüseynova) Şəhla Sərdar qızına borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə cavabdeh Babayeva (Hüseynova) Şəhla Sərdar qızından 15 fevral 2021-ci il tarixli, 041-EMB-0085-21 saylı Krеdit Müqaviləsinə əsasən 152 (bir yüz əlli iki) manat əsas, 22.8 (iyirmi iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174.8 (bir yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində kredit borcu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat cavabdeh Babayeva (Hüseynova) Şəhla Sərdar qızından alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh Babayeva (Hüseynova) Şəhla Sərdar qızı 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Babayeva (Hüseynova) Şəhla Sərdar qızından 15 fevral 2021-ci il tarixli, 041-EMB-0085-21 saylı Krеdit Müqaviləsinə əsasən 152 (bir yüz əlli iki) manat əsas, 22.8 (iyirmi iki manat səksən qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 174.8 (bir yüz yetmiş dörd manat səksən qəpik) manat məbləğində kredit borcu iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X2 Portalına ********* nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla ümumilikdə 30.40 (otuz manat qırx qəpik) manat cavabdeh Babayeva (Hüseynova) Şəhla Sərdar qızından iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar