Məhkəmə qərarları › İş №e-2(078)-918/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-918/2022

20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-918/2022 20.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı təşkilat "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4980.64 (dörd min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2804.51 (iki min səkkiz yüz dörd manat əlli bir qəpik) manat faiz borcu, 1154.36 (bir min bir yüz əlli dörd manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8939.51 (səkkiz min doqquz yüz otuz doqquz manat əlli bir qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 109.4 (bir yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın Naxçıvan filialı ilə Cavabdeh1 arasında bağlanmış 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı İstehlak kredit müqaviləsi üzrə illik 17 faiz dərəcəsi ilə 24 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit vermişdir. Qeyd edilmişdir ki, 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı kimi digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə 08 avqust 2018-ci il tarixli, 0808/04 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan tərəfindən kredit ödənişini ödəniş qrafikinə uyğun həyata keçirmədiyindən xx.xx.2022-ci il tarixdə kredit reyestrində Cavabdeh1 oğlunun adına 1135 gecikmə gününün qeydə alınmış, borcun ödənilməsi ilə bağlı Bank tərəfindən dəfələrlə borcalana və zaminlərə xəbərdarlıq edilmiş, lakin cavabdehlər borc ödənişini həyata keçirməmişdir. Bunun da nəticəsi olaraq Cavabdeh1 oğlunun 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 4980.64 (dörd min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2804.51 (iki min səkkiz yüz dörd manat əlli bir qəpik) manat faiz borcu, 1154.36 (bir min bir yüz əlli dörd manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8939.51 (səkkiz min doqquz yüz otuz doqquz manat əlli bir qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4980.64 (dörd min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2804.51 (iki min səkkiz yüz dörd manat əlli bir qəpik) manat faiz borcu, 1154.36 (bir min bir yüz əlli dörd manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8939.51 (səkkiz min doqquz yüz otuz doqquz manat əlli bir qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 109.4 (bir yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat "xxxx" ASC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında işlərin çoxluğu səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən aralarında bağlanmış 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsinə əsasən ona illik 17% dərəcəsi ilə 24 ay müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 Abbas oğlu zamin qismində iştirak edib. 08 avqust 2017-ci il tarixli, Zaminlik müqaviləsi bağlanmışdır. Həqiqətən də onun iddiaçı təşkilata iddia ərizəsində göstərdikləri miqdarda borcu var. Onunla iddiaçı təşkilat arasında kredit müqaviləsi bağlanıbdır. Əvvəl "xxxx" ASC-də işləyirdi, iş yoldaşları ona zamin durdular ki, kredit götürsün. Sonra işdən çıxarılmışdır. Pensiya yaşı deyil. Bütün idarələrə müraciət edib, lakin işlə təmin oluna bilmir. Hazırda işsiz olduğu üçün borcunu ödəyə bilmir. Cavabdeh2 və Cavabdeh3 ona görə bank qarşısında zamindir. Banka olan borcunu hissə-hissə ödəyib qaytaracaq. Bunların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh3 iddianı qəbul edərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, həqiqətən də Cavabdeh1 ilə iddiaçı təşkilat arasında kredit müqaviləsi bağlanıbdır. Sahibə onun keçmiş iş yoldaşıdır. Kredit götürən zaman o və digər iş yoldaşı Əliyev X1 görə bank qarşısında zamindir. Bunların nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə digər Cavabdeh2 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin maddəyə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarına əlavə olunmuş 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı İstehlak krediti müqaviləsinin surətindən görünür ki, həqiqətən "xxxx" ASC-nin Kəngərli filialı ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin əsasən bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının müdiri (sonradan Bank adlandırılacaq) Ülvi Hüseynov şəxsində, digər tərəfdən Naxçıvan şəhəri, Babək 3/57 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh1 (sonradan Borcalan adlandırılacaq) şəxsində tam razılıq əsasında Kəngərli rayonunda bu Müqaviləni bağlamışdırlar. Müqavilənin 1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 24 ay müddətinə 7500 AZN məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən kredit məbləği borcalana illik 17 % dərəcəsi ilə verilir. Faizlər annuitet qaydasında hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.00 %-dir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yaranma tarixindən (bu tarix daxil edilir) başlayır və bu borcun qaytarılması tarixində (bu tarix daxil edilmir) qurtarır. Faizlərin ödənilməsi kreditin qaytarılması ilə birlikdə hər ay həyata keçirilir. Ödənişlər müəyyən dövrlər üzrə həyata keçirildiyi halda faizlərin ödənilməsi tarixi ödəniş aparılan dövrə daxil edilmir. İş materiallarına əlavə edilmiş 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsinə əlavənin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş 08 avqust 2018-ci il tarixli, 0808/04 saylı saylı Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC-nin Naxçıvan filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin şərtinə əsasən Zamin 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı İstehlak krediti müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclular kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 266 nömrəli arayışın surətindən məlum olur ki, 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı İstehlak krediti müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə Banka 4980.64 (dörd min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2804.51 (iki min səkkiz yüz dörd manat əlli bir qəpik) manat faiz borcu, 1154.36 (bir min bir yüz əlli dörd manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8939.51 (səkkiz min doqquz yüz otuz doqquz manat əlli bir qəpik) manat məbləğində borcu mövcuddur. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verilməli, iş görülməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı əsas borcluya faizlə vermiş olduğu kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh1 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdehlər kredit və zaminlik müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdehlər iddianı qəbul etdiklərindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 oğluna və və Cavabdeh2 və Cavabdeh3 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4980.64 (dörd min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2804.51 (iki min səkkiz yüz dörd manat əlli bir qəpik) manat faiz borcu, 1154.36 (bir min bir yüz əlli dörd manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8939.51 (səkkiz min doqquz yüz otuz doqquz manat əlli bir qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 109.4 (bir yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 08 avqust 2018-ci il tarixli, İK0808/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4980.64 (dörd min doqquz yüz səksən manat altmış dörd qəpik) manat əsas borc, 2804.51 (iki min səkkiz yüz dörd manat əlli bir qəpik) manat faiz borcu, 1154.36 (bir min bir yüz əlli dörd manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8939.51 (səkkiz min doqquz yüz otuz doqquz manat əlli bir qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 109.4 (bir yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar