Məhkəmə qərarları › İş №e-2(078)-922/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-922/2022

15.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-922/2022 15.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən İddiaçı ASCnin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 0084075AZN17528 saylı maliyyələşdirmə üçün ərizə üzrə 752.96 (yeddi yüz əlli iki manat doxsan altı qəpik) manat əsas borc, 87.46 (səksən yeddi manat qırx altı qəpik) manat faiz borcu, 1085.44 (bir min səksən beş manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1925.86 (bir min doqquz yüz iyirmi beş manat səksən altı qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmas barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-10108İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. ÜŞT-yə əlavə olan 0084075AZN17528 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 2000 (iki min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 801 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi 0084075AZN17528 saylı maliyyələşdirmə üçün ərizə üzrə 752.96 (yeddi yüz əlli iki manat doxsan altı qəpik) manat əsas borc, 87.46 (səksən yeddi manat qırx altı qəpik) manat faiz borcu, 1085.44 (bir min səksən beş manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1925.86 (bir min doqquz yüz iyirmi beş manat səksən altı qəpik) manat təşkil edir. İddiaçı təşkilat sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-10108İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. 0084075AZN17528 saylı xx.xx.2019-cu il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaqla, 2000 (iki min) manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlinin surətindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. İş materiallarına əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 0084075AZN17528 saylı maliyyələşdirmə üçün ərizə üzrə 752.96 (yeddi yüz əlli iki manat doxsan altı qəpik) manat əsas borc, 87.46 (səksən yeddi manat qırx altı qəpik) manat faiz borcu, 1085.44 (bir min səksən beş manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1925.86 (bir min doqquz yüz iyirmi beş manat səksən altı qəpik) manat borcu mövcuddur. Gecikmə günlərinin sayı 801 gündür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən məlum olur ki, sonuncu dəfə həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş məktubu göndərilmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə Cavabdeh xx.xx.2019-cu il tarixli 0084075AZN17528 saylı maliyyələşdirmə üçün ərizə üzrə 752.96 (yeddi yüz əlli iki manat doxsan altı qəpik) manat əsas borc, 87.46 (səksən yeddi manat qırx altı qəpik) manat faiz borcu, 1085.44 (bir min səksən beş manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1925.86 (bir min doqquz yüz iyirmi beş manat səksən altı qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 0084075AZN17528 saylı maliyyələşdirmə üçün ərizə üzrə 752.96 (yeddi yüz əlli iki manat doxsan altı qəpik) manat əsas borc, 87.46 (səksən yeddi manat qırx altı qəpik) manat faiz borcu, 1085.44 (bir min səksən beş manat qırx dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 1925.86 (bir min doqquz yüz iyirmi beş manat səksən altı qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə X3 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar