Məhkəmə qərarları › İş №e-2(078)-934/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-934/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-934/2023 14.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Naxçıvan şəhəri, C.Məmmədquluzadə 27 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair işlər üzrə sadələşdirilmiş iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyənetdim: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə tarixə 2 451.14 (iki min dörd yüz əlli bir manat 14 qəpik) manat əsas borcu, 239.49 (ikiyüz otuz doqquz manat 49 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2 690.63 (iki min altı yüz doxsanmanat 63 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 46.90 (qırx altı manat 90 qəpik) manat dövlət rüsumunun tutularaq Borcalanın "xxxx" ASC-də olan bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı kredit müqaviləsinə əsasən illik 16% dərəcəsi ilə 36 ay müddətinə 3000 manat məbləğində istehlak krediti verilmişdir. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Cavabdeh tərəflər arasında bağlanmış 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə tarixə 2 451.14 (iki min dörd yüz əlli bir manat 14 qəpik) manat əsas borcu, 239.49 (ikiyüz otuz doqquz manat 49 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2 690.63 (iki min altı yüz doxsanmanat 63 qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı kredit müqaviləsindən belə müəyyən olunur ki, həmin tarixdə iddiaçı təşkilat "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün illik 16 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 105.47 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan belə müəyyən olunur ki, 28 fevral 2022ci il tarixli, İK1010252 saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə "xxxx" ASC-nə 2 451.14 (iki min dörd yüz əlli bir manat 14 qəpik) manat əsas borcu, 239.49 (ikiyüz otuz doqquz manat 49 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2 690.63 (iki min altı yüz doxsanmanat 63 qəpik) manat borcu yaranmışdır. Borcalan Cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il taixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2023-cü il tarixdə Cavabdeh bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə tarixə 2 451.14 (iki min dörd yüz əlli bir manat 14 qəpik) manat əsas borcu, 239.49 (ikiyüz otuz doqquz manat 49 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2 690.63 (iki min altı yüz doxsanmanat 63 qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2023-ü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 46.90 (qırx altı manat 90 qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh 28 fevral 2022-ci il tarixli, İK1010252 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə tarixə 2 451.14 (iki min dörd yüz əlli bir manat on dörd qəpik) manat əsas borcu, 239.49 (ikiyüz otuz doqquz manat qırx doqquz qəpik) manat faiz borc olmaqla, ümumilikdə 2 690.63 (iki min altı yüz doxsan manat altmış üç qəpik) manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2023-ü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 46.90 (qırx altı manat doxsan qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar