Məhkəmə qərarları › İş №e-2(078)-939/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-939/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-939/2024 17.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (İddia ərizəsinin baxılmamış saxlanılması barədə) Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 sentyabr 2023-cü il tarixində 511 nömrəli müqavilə üzrə 3350 (üç min üç yüz əlli) manat və buna hesaplanmış peniya pulu 335 (üç yüz otuz beş) manat, 04 oktyabr 2023-cü il tarixində 582 nömrəli Nisiyə mal satılması müqaviləsi üzrə 3950 (üç min doqquz yüz əlli) manat və bu muqaviləyə hesablanmış peniya pulu 395 (üç yüz doxsan beş) manat olmaqla ümumilikdə iki müqavilə üzrə yaranan 7300 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 730 manatın, nəticə etibarı ilə ümumilikdə 8030 (səkkiz min otuz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 100.3 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclasları 03 iyul 2024-cü il tarixdə saat 10:15ə, 17 iyul 2024-cü il tarixdə saat 11:30-a təyin olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddia ərizəsində göstərilmiş ünvanlar üzrə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və cavabdeh qeyd edilən tarixlərdə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və ya mümkünsüzlüyü və bu səbəblərin üzrlü olması barədə sübut təqdim etməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı 259.0.7-ci maddələri tədbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin məzmununa görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də, iddiaçı Nümayəndə tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100.3 manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Nümayəndə Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Nümayəndə tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 100.3 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar