Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-952/2025 21.06.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması haqqında Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 800 manat əsas, 11 manat faiz, 34 manat komissiya və 679 manat cərimə olmaqla, cəmi 1523 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Cavabdeh qeydiyyat ünvanı Sədərək rayonudur. Ona görə də, həmin kiçik mübahisələr üzrə iddia ərizəsinə Naxçıvan Şəhər Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1 və 152.1.3-cü maddələrinin tələbinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatına izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Kiçik mübahisələr üzrə iddia ərizəsi qaytarıldığına görə, İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatı tərəfindən 26 may 2025-ci il tarixli, **********13 nömrəli qəbzlə ödənilmiş 35.3 (otuz beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatı tərəfindən 26 may 2025-ci il tarixli, **********13 nömrəli qəbzlə ödənilmiş 35.3 (otuz beş manat otuz qəpik) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı MMC Bank Olmayan Kredit Təşkilatına izah olunsun ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-952/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-952/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver