Məhkəmə qərarları › İş №e-2(078)-953/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-953/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-953/2025 23.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, ünvan 1 ünvanında yerləşən iddiaçı "xxxx" QSC BOKT-un Cavabdeh qarşı pul tələbinə dair işlər üzrə sadələşdirilmiş iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək aşağıdakı qətnaməni qəbul etdim. Təsviri hissə: İddiaçı QSC BOKT ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 2909.15 manat əsas borc, 371,38 fazi borcu olmaqla, cəmi 3280.53 (üç min iki yüz səksən manat əlli üç qəpik) manat borcun və ödənilmiş 52.8 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC BOKT-a ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra – İddiaçı QSC) Orta Kredit Komitəsinin xx.xx.2023- cü il tarixli 33/23-P saylı Qərarının icrası ilə əlaqədar İddiaçı QSCnin Naxçıvan filialı ilə Cavabdeh arasında 25 dekabr 2023- cü il tarixli 4532/1 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh vaxtı keçmiş kredit borcu restrukturizasiya olunaraq, borclu qalıq 3221,78 manat əsas kredit borcunun illik 15 faiz hesablanmaqla 2(iki) il müddətində tərəflər arasında razılaşdırılmış qrafik əsasında İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh əsas və faiz borcunu qrafikə uyğun olaraq ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Bununla da Cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borcverənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh tərəfindən əməl olunmamış, kreditin qaytarılması gecikdirilmişdir. Cavabdeh tərəfindən 312.63 manat kredit borcu qaytarılmışdır. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçıya 2909.15 manat əsas borc olmaqla, cəmi borcu 3280.53 (üç min iki yüz səksən manat əlli üç qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə- borclu və zaminə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq maddələrinə istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: 25 dekabr 2023- cü il tarixli 4532/1 saylı Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsinə əsasən Cavabdeh İddiaçı QSC-yə olan əsas borcu 2909,15 manat, faiz borcu 371,38 manat olmaqla, cəmi borcu 3280,53 ( üç min iki yüz səksən manat əlli üç qəpik) təşkil edir. Buna görə də İddiaçı QSC-nin Naxçıvan filialı ilə Cavabdeh qızı arasında xx.xx.2023-cü il tarixli 4532/1 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh 3221.78 (üç min iki yüz iyirmi bir manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu 24 ay müddətində İddiaçı QSC-nin Naxçıvan filialına qaytarılmasını öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəmə cədvəlindən müəyyən edilir ki, tərəflər müqavilə üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki imzalamışlar. Cavabdeh "xxxx" QSC BOKT tərəfindən 14 fevral 2025-ci il tarixdə bildiriş göndərilmiş və borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsi təşkil edir. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizə üzrə xx.xx.2025-ci il tarixdə Cavabdeh bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. İddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh əsas borc 2909,15 manat, faiz borcu 371,38 manat olmaqla, cəmi 3280,53( üç min iki yüz səksən manat əlli üç) manat borc məbləğinin və ödənilmiş 52,80 manat dövlət rüsumu İddiaçı QSC BOKT-un xeyrinə tutulmalıdır. Ərizə təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə İddiaçı QSC BOKT tərəfindən "xxxx" ASC Baş ofisinə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 39.45 (otuz doqquz manat qırx beş qəpik) və xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 13.35 manat olmaqla cəmi 52.8 (əlli iki manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Azərbaycan Respublikasının MPM-in 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdim: İddia təmin edilsin. Cavabdeh əsas borc 2909,15(iki min doqquz yüz doqquz manat on beş qəpik) manat, faiz borcu 371,38 (üç yüz yetmiş bir manat otuz səkkiz qəpik) manat olmaqla, cəmi 3280,53( üç min iki yüz səksən manat əlli üç) manat borc məbləği İddiaçı QSC BOKT-un xeyrinə tutulsun. İddiaçı QSC BOKT tərəfindən ödənilmiş 52.8 (əlli iki manat səksən qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar