Məhkəmə qərarları › İş №e-2(078)-963/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-963/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-963/2022 05.09.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ (kiçik iddialara dair işlər üzrə ərizənin baxılmamış saxlanılması barədə) Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Naxçıvan şəhəri, C.Məmmədquluzadə 27 ünvanında yerləşən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədlərə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 05 mart 2021-ci il tarixli, İK1002810 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 4 676.09 (dörd min altı yüz yetmiş altı manat 09 qəpik) manat əsas borc, 185,35 (bir yüz səksən beş manat 35 qəpik) manat faiz borcu, 109,03 (bir yüz doqquz manat 03 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4 970.47 (dörd min doqquz yüz yetmiş manat 47 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 69.70 (altmış doqquz manat 70 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 25 avqust 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 29 avqust 2022-ci il tarixdə cavabdehlərə bildiriş göndərmişdir. İddiaçı təşkilat 05 sentyabr 2022-ci il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərmişdir. İddiaçı təşkilatın nümayəndəsi Nümayəndə ərizəsində cavabdeh tərəfindən kredit borcu üzrə 1420 manat ödəniş olunduğundan iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmşdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınmalı və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, həmin maddənin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalında və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 69.70 (altmış doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldım: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalında və ya AsanPay vasitəsilə xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 69.70 (altmış doqquz manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar