Məhkəmə qərarları › İş №e-2(078)-968/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-968/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-968/2022 29.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı təşkilat "xxxx" X1 Qeyri-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMM QBKT iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 11652.72 (on bir min altı yüz əlli iki manat yetmiş iki qəpik) manat əsas, 1971 (bir min doqquz yüz yetmiş bir) manat faiz, 0.00 (sıfır) manat cərimə borcu olmaqla cəmi 13623.72 (on üç min altı yüz iyirmi üç manat yetmiş iki qəpik) manat məbləğində borcun və 130.9 (bir yüz otuz manat doxsan qəpik) manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətindən aydın olmuşdur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbinə Cavabdeh1 dair hissəsə xitam verilmişdir. İddiaçı təşkilat "xxxx" MMM QBKT tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********3811 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 23 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 631 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2021-ci il tarixli, **********3***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********3***- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********3811-825050 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin cavabdeh Şükürov Yasin Murad oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən cavabdeh Şükürov Yasin Murad oğlunun 11652.72 (on bir min altı yüz əlli iki manat yetmiş iki qəpik) manat əsas, 1971 (bir min doqquz yüz yetmiş bir) manat faiz, 0.00 (sıfır) manat cərimə borcu olmaqla cəmi 13623.72 (on üç min altı yüz iyirmi üç manat yetmiş iki qəpik) manat borcu vardır. İddiaçı təşkilat sonda qanunvericiliyin müvafiq normalarına istinad edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat "xxxx" MMM QBKT-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclaslarına gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə məhkəmənin ünvanına sonuncu dəfə xx.xx.2022-ci il tarixli teleqram göndərmiş, teleqramda xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini, mülki işə onların iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə "xxxx" MMM QBKT-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izaha verən Cavabdeh2 məhkəməyə verdiyi izahatında həqiqətən iddiaçı təşkilatla onun arasında xx.xx.2021-ci il tarixli **********3811 saylı Kredit müqaviləsi bağlandığını, kredit müqaviləsinə əsasən bank tərəfindən ona istehlak məqsədləri üçün illik 23 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verildiyini, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq digər cavabdehlər-atası Cavabdeh1, dostu-Cavabdeh3 və bacısı-Cavabdeh4 ilə bank arasında zaminlik müqaviləsi bağlandığını, aylıq 631 manat ödəniş etməli olduğunu, atası hərbi qulluqçu kimi yüksək pensiya aldığı üçün ona Bank tərəfindən yüksək məbləğdə kredit verildiyini, atasının xx.xx.2021-ci il tarixdə dəqiqləşdirilməmiş böyrək çatışmazlığı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etdiyini, özünün və bacısının borcu ödəyə bilmədiyini, Banka dəfələrlə bu barədə müraciət edərək vəziyyətinin nəzərə alıb yeni ödəniş qrafiki tərtib edilməsini xahiş etsə də, Bank tərəfindən heç bir güzəşt edilmədiyini, uzun müddət işsiz olduğunu, hazırda yeni işə düzəldiyini və 300 manat əmək haqqı aldığını, bacısının da əməkhaqqısının az olduğunu, dostu Nurəddinin isə sürücü işlədiyini, borcu inkar etmədiyini, borcu hiss-hissə ödəməyə razı olduğunu bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş iş üzrə digər Cavabdeh3 məhkəməyə verdiyi izahatında Cavabdeh2 onun dostu olduğunu, Yasin "xxxx" MMM QBKT-dən kredit götürərəkən ona zamin olduğunu, Yasin borcu ödəyə bilmədiyi üçün onun da Bank qarşısında cavabdehlik daşıdığını, lakin borcu ödəməyə imkanının olmadığını, özünün sürücü işlədiyini və əməkhaqqısı ilə ailə xərclərini qarşılamağa çalışdığını bildirib qətnamə qəbul olunarkən göstərilən xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmənin qiymətləndirməsi: Məhkəmə cavabdehlərin izahatını dinləyib, iddiaçı təşkilatın teleqramını, eyni zamanda iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə araşdırması zamanı mülki işin materiallarına əlavə olunmuş xx.xx.2021ci il tarixli **********3811 saylı Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ilə "xxxx" MMM QBKT arasında qeyd olunan müqavilə bağlanılmış, bu müqavilə əsasında bank tərəfindən borcluya istehlak məqsədləri üçün illik 23 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit kredit verilmiş və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər **********3811 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən borclu hər ay 631 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin təminatı olaraq xx.xx.2021-ci il tarixli, **********3***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3, **********3***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh4 və **********3811-825050 saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. İş materiallarında olan "xxxx" MMM QBKT tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından belə müəyyən olunur ki, Cavabdeh2 ilə "xxxx" MMM QBKT arasında bağlanılmış xx.xx.2021-ci il tarixli **********3811 saylı kredit müqaviləsinə əsasən həmin tarixə cavabdehin "xxxx" MMM QBKT-yə 11652.72 (on bir min altı yüz əlli iki manat yetmiş iki qəpik) manat əsas, 1971 (bir min doqquz yüz yetmiş bir) manat faiz, 0.00 (sıfır) manat cərimə borcu olmaqla cəmi 13623.72 (on üç min altı yüz iyirmi üç manat yetmiş iki qəpik) manat məbləğində borcun və 130.9 (bir yüz otuz manat doxsan qəpik) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehlərin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdehlər isə iddiaçının müqavilələr üzrə götürmüş olduqları öhdəliyə münasibətdə üzərlərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməməmişlər. Belə ki, iddiaçı təşkilat kredit müqaviləsi üzrə öhdəliyi lazımınca və müəyyən edilmiş məbləği Cavabdeh2 verməklə kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də cavabdehlər kredit müqaviləsi üzrə götürmüş olduqları öhdəliyi tam icra etmədiklərinə görə müvafiq məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" X1 Qeyri-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11652.72 (on bir min altı yüz əlli iki manat yetmiş iki qəpik) manat əsas, 1971 (bir min doqquz yüz yetmiş bir) manat faiz borcu olmaqla cəmi 13623.72 (on üç min altı yüz iyirmi üç manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" MMM QBKT tərəfindən X2 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 130.9 (bir yüz otuz manat doxsan qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 11652.72 (on bir min altı yüz əlli iki manat yetmiş iki qəpik) manat əsas, 1971 (bir min doqquz yüz yetmiş bir) manat faiz borcu olmaqla cəmi 13623.72 (on üç min altı yüz iyirmi üç manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMM QBKT-nin xeyrinə ödənilsin. İddiaçı "xxxx" MMM QBKT tərəfindən X2 xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 130.9 (bir yüz otuz manat doxsan qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar