Məhkəmə qərarları › İş №e-2(078)-971/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-971/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-971/2025 29.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavаbdеh Cavabdeh iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə 22 yanvar 2024-cü il tarixli BF-2257- 2024 saylı kredit müqaviləsi üzrə 6699,28 (altı min altı yüz doxsan doqquz manat 28 qəpik) manat əsas, 183,01 (bir yüz səksən üç manat 01 qəpik) manat faiz, 0,97 (97 qəpik) manat cərimə borcu, 6,50 (altı manat 50 qəpik) manat gecikdirilmiş vaxt üçün illik 5% həddində hesablanmış gecikdirilmiş faiz borcu olmaqla, cəmi 6889,77 (altı min səkkiz yüz səksən doqquz manat 77 qəpik) manat borcun və 88,90 (səksən səkkiz manat 90 qəpik) manat məhkəmə xərcinin (dövlət rüsumunun) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir. İddiaçı ASC 29 sentyabr 2025-ci il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək iddia ərizəsinin və iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı ASC-nin ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki prosessual qanunvericiliyə görə iddia ərizəsi geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Odur ki, İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə **********5 nömrəli qəbzlə ödənilən 88.90 manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi inə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə **********5 nömrəli qəbzlə ödənilən 88.90 manat dövlət rüsumu iddiaçı təşkilata geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar