Məhkəmə qərarları › İş №e-2(078)-976/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-976/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-976/2022 18.10.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5, Cavabdeh1 nümayəndəsi X7 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" ASC iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 avqust 2022-ci il tarixə olan 1391.25 (bir min üç yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc, 334,41 (üç yüz otuz dörd manat qırx bir qəpik) manat faiz borcu, 47,52 (qırx yeddi manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1773.18 (bir min yeddi yüz yetmiş üç manat on səkkiz qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37.73 (otuz yeddi manat yetmiş üç qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan X4 tərəflər arasında bağlanmış 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 2000 (iki min) manat məbləğində istehlak krediti verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 25 fevral 2020-ci tarixli, ZM2502/11 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə əsasən, Zamin 25 fevral 2020-ci tarixli, İK 2502/11 saylı kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. Əsas borclu vəfat etmişdir. Naxçıvan şəhər 3 saylı notariusda xx.xx.2021-ci il tarixdə açılan vərəsəlik işindən məlum olmuşdur ki, X2 vərəsəsi olaraq onun həyat yoldaşı Cavabdeh2 tərəfindən Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Naxçıvan şəhər İdarəsindən 765 (yeddi yüz altmış beş) manat miras əmlakı qəbul edilmişdir. X2 05 aprel 2021-ci il tarixdə ölməsi səbəbindən öhdəliyin icrası zamin qismində çıxış edən Cavabdeh1 və vərəsi kimi çıxış edən Cavabdeh2 yönəldilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində (1.1-ci maddə) nəzərdə tutulmuş məbləğdə və müddətdə qaytarılması və ondan istifadə ilə bağlı faizlərin ödənilməsi ilə bağlı öhdəlik borcalan tərəfindən lazımi qaydada icraedilməmiş və müqavilənin şərtləri pozulmuşdur. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən, X12rşısında 25 fevral 2020-ci tarixli, İK 2502/11 saylı kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icraedilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icraetməməsi və yalazımıncaicraetməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü maddəsi qeyd edir ki, Zamin və Borcalan 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icraetməməsi və icrasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.2-ci maddəsinə əsasən, borcalan (zamin) tərəflər arasında bağlanmış müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə Bankın (iddiaçı tərəf) pul öhdəliyini vaxtından əvvəl icrasını tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 2.10-cu maddəsində qeyd olunur ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına müvafiq müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödənilməlidir. Kredit müqaviləsinin 6.1-ci maddəsi müəyyən edir ki, tərəflər bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Tərəflər arasında bağlanmış 25 fevral 2020-ci tarixli, ZM 2502/11 saylı Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və X3 vərəsəsi kimi çıxış edən Cavabdeh2 xx.xx.2022-ci il tarixə 1391.25 (bir min üç yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc, 334,41 (üç yüz otuz dörd manat qırx bir qəpik) manat faiz borcu, 47,52 (qırx yeddi manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1773.18 (bir min yeddi yüz yetmiş üç manat on səkkiz qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının nəzərə alınaraq iddianın təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 avqust 2022-ci il tarixə olan 1391.25 (bir min üç yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc, 334,41 (üç yüz otuz dörd manat qırx bir qəpik) manat faiz borcu, 47,52 (qırx yeddi manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1773.18 (bir min yeddi yüz yetmiş üç manat on səkkiz qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37.73 (otuz yeddi manat yetmiş üç qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə və sonuncu məhkəmə iclasında X9 iddianı müdafiə etdiyini bildirib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, həyat yoldaşı-iş üzrə borclu Tarverdiyev Vüqar rəhmətə gedib. Ona Vüqarın işlədiyi yerdən 765 manat pul verilib və o, həmin pulla Vüqarın məzarını təmir etdirib. Hazırda öhdəliyində 2 xəstə uşağı var. Özü heç yerdə işləmir. Vüqarın bankdan kredit götürməsi, götürdüyü pulu hara xərcləməsi barədə məlumatı yoxdur. Cavabdeh1 dediyinə görə Vüqara zamin olub. Yəqin pulu götürüb aralarında bölüblər. Onun vərəsə kimi üzərinə düşən borc miqdarını ödəmək imkanı yoxdur. Əgər qabaqcadan bilmiş olsa idi aldığı 765 manat pulu da heç qəbul etməzdi. Yoldaşının banklara borclu olduğunu bilməyib. Finca Bankdan kredit götürüb və hazırda onu zaminlər ödəyir. Rəşadın adına kredit götürüb onu Rəşad ödəyir, buna da zamin olub ödəməlidir. Özünün maddi imkanı yoxdur, lakin Vüqarın 765 manat pulunu vərəsə olaraq götürdüyü üçün həmin pul müqabilində öhdəliyi hər ay 30-40 manat hissə-hissə icra edəcəkdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh1 qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş sonuncu məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi X10 izahatında bildirmişdir ki, cavabdehin həyat yoldaşıdır. Rəşad mərhum Vüqarla iş yoldaşı olub. Ona sağlığında zamin durub. Cavabdeh1 birinci ailəsindən olan övladlarına 240 manat aliment ödəyir. Əlavə olaraq X3 reallıqda aldığı lakin Rəşadın adına götürdüyü kredit öhdəliyinə görə indiyə qədər hər ay 116 manat pul ödəyib. Rəşad Rabitə İdarəsində işləyirdi və 400 manat əmək haqqı alırdı. Lakin aliment və kredit öhdəliyindən əlavə evi dolandırmaq üçün imkanı olmadığından işdən çıxıb Bakı şəhərində fəhlə işləyir. Bakıda işlədiyi vaxt ancaq aliment borcunu göndərə bilibdir. Çox çətin maddi vəziyyətə düşüblər. Hazırki krediti ümumiyyətlə ödəmək imkanları yoxdur. Körpə uşağı var, işləyir, tək qadın evi dolandırır. Cavabdeh2 də ölən həyat yoldaşının əvəzindən vərəsə kimi borcunu qaytarmalıdır ki, Rəşad da maddi sıxıntıya düşməsin. Vüqar vəfat etdikdən bir il sonra Bank onlara müraciət edibdir. Həmin müddət üçün faizlərin yığılmasını gözləyibdir. Əgər vaxtında müraciət etmiş lsaydı yalnız əsas borcu ödəmək onların vəzifəsi olardı. Hazırda kəsiləcək krediti ümumiyyətllə ödəmək imkanları yoxdur. E.Şeyxova qətnamə qəbul olunarkən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Mülki işin materiallarına əlavə olunmuş 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı Kredit müqaviləsindən görünür ki, həqiqətən "xxxx" ASC ilə X6 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin şərtinə əsasən Borc verən Borc alana şəxsi istehlak məqsədi ilə illik 17 faizlə 36 ay müddətinə 2000 (iki min) manat kart krediti verilmişdir. (FİFD 17.9%). İş materiallarına əlavə edilmiş 25 fevral 2020-ci il tarixli ödəniş cədvəlindən müəyyən edilir ki, tərəflər Kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. İş materiallarına əlavə olunmuş 25 fevral 2020-ci tarixli, İK 2502/11 saylı Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən X12rşısında 25 fevral 2020-ci tarixli, İK 2502/11 saylı kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizilərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icraedilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü maddəsi qeyd edir ki, Zamin və Borcalan 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərini icra etməməsi və icrasının mümkün olmaması zamanı Bank qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 801532 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 aprel 2021-ci il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktı diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmişdir, bu barədə ölüm akt qeydləri kitabında 152 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən 29 iyun 2022-ci il tarixdə verilmiş “Elektron notariat” X1 çıxarışda qeyd olunmuşdur ki, X3 qanun üzrə vərəsəsi Cavabdeh2dır. X4 və Cavabdeh1 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tatixdə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq borclu kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 311 nömrəli arayışın surətindən məlum olur ki, 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı İstehlak krediti müqaviləsi üzrə X3 həmin tarixə Banka 1391.25 (bir min üç yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc, 334,41 (üç yüz otuz dörd manat qırx bir qəpik) manat faiz borcu, 47,52 (qırx yeddi manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1773.18 (bir min yeddi yüz yetmiş üç manat on səkkiz qəpik) manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələri əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş məbləği iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh vəfat etmiş, qanunvericilin tələbinə görə bu halda bank öhdəliyin icrasını onun vərəsəsindən və zamindən tələb etmiş, lakin onlar öhdəliyi icra etməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunmalı, Cavabdeh2 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı kredit müqaviləsi üzrə miras əmlakı qəbul etdiyi həcmdə 765 (yeddi yüz altmış beş) manat məbləğində öhdəlik üzrə cavabdehdir. Zamin Cavabdeh1 isə öhdəlik üzrə qalan həcmdə məsuliyyət daşıyır. Ona görə də 25 fevral 2020-ci tarixli, İK2502/11 saylı kredit müqaviləsi üzrə 26 avqust 2022-ci il tarixə olan 1391.25 (bir min üç yüz doxsan bir manat iyirmi beş qəpik) manat əsas borc, 334,41 (üç yüz otuz dörd manat qırx bir qəpik) manat faiz borcu, 47,52 (qırx yeddi manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1773.18 (bir min yeddi yüz yetmiş üç manat on səkkiz qəpik) manat məbləğində kredit borcunun 765 (yeddi yüz altmış beş) manat hissəsi Cavabdeh2 1008.18 (bir min səkkiz manat on səkkiz qəpik) hissəsi isə Cavabdeh1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 37.73 (otuz yeddi manat yetmiş üç qəpik) manat dövlət rüsumunun 16.30 (on altı manat otuz qəpik) hissəsi Cavabdeh2, 21.43 (iyirmi bir manat qırx üç qəpik) hissəsi isə Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin olunsun. Cavabdeh2 765 (yeddi yüz altmış beş) manat pul, Cavabdeh1 1008.18 (bir min səkkiz manat on səkkiz qəpik) pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 37.73 (otuz yeddi manat yetmiş üç qəpik) manat dövlət rüsumunun 16.30 (on altı manat otuz qəpik) hissəsi Cavabdeh2, 21.43 (iyirmi bir manat qırx üç qəpik) hissəsi isə Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar