Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-986/2023 16.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı təşkilat "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsi üzrə 16 may 2023-cü il tarixə olan45 209.67 (qırx beş min iki yüz doqquz manat 67 qəpik) manat əsas borc, 1 359.69 (bir min üç yüz əlli doqquz manat 69 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46 569.36 (qırx altı min beş yüz altmış doqquz manat 36 qəpik) manat kredit borcunun, eyni zamanda “İpoteka predmetlərinə tutma yönəldiməsi haqqında bildirişlərinin” dövlət qeydiyyatına alınmasına görə ödənilən 46.45 (qırx altı manat 45 qəpik) manat və iddia ərizəsinin verilməsinə görə ödənilən 229.71 (iki yüz iyirmi doqquz manat 71 qəpik) manat dövlət rüsumlarının tutularaq Bankın xeyrinə ödənilməsi, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58 000 (əlli səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********11-05101-093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 5 mərtəbəli 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satış pulundan əldə edilən vəsait hesabına kredit borcunun ödənilməsi, 1 (bir) ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsinə əsasən Borcalana Bank tərəfindən “X10” ASC-nin vəsaiti hesabına 300 ay müddətinə illik 8% dərəcəsi ilə 49 000 (qırx doqquz min) manat məbləğində ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüququ Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 yanvar 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən əmlakın alınması məqsədilə ipoteka krediti verilmişdir. Kreditor qismində Bankın, ipoteka qoyan qismində Cavabdeh1 və satıcı qismində X2 iştirak edərək bağlamış olduğu üçtərəfli 31 yanvar 2018-ci il tarixli, 3101/01/İPK saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən X11 Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ X3 məxsus **********11-05101-093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, 5 mərtəbəli 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzili Alıcı-İpoteka qoyan Cavabdeh1 mülkiyyətinə verilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi müvafiq olaraq Naxçıvan şəhər 1 saylı notariat ofisində bağlanmış və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən əmlakın yüklülüyü qeydiyyata alınmışdır. Kredit müqaviləsinin 2-ci maddəsinə əsasən Borcalan Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, nəticədə kredit reyestrində onun adına 16 may 2023-cü il tarixə adına 969 gecikmə günü qeydə alınmışdır. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, alqı-satqı və ipoteka müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəlidir. Borcun qaytarılması ilə bağlı Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq şifahi xəbərdarlıq edilmiş, bizə məlum olan sonuncu qeydiyyat ünvanına xəbərdarlıq məktubları müvafiq poçt bölməsi tərəfindən göndərilmiş, borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli tutmanın ipoteka predmentinə yönəldilməsi barədə bildiriş ipoteka qoyan - Cavabdeh1 ünvanına müvafiq poçt bölməsi tərəfindən göndərilmiş, bildirişin dövlət qeydiyyatına alınması məqsədilə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edilmiş və bildiriş dövlət qeydiyyatına alınmışdır. İddiaçı təşkilat sonda qeyd olunanların, Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı təşkilat "xxxx" ASC-nə qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin təşkilatın nümayəndəsi Nümayəndə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, məhkəmə iclasında işlərin çoxluğu səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə mülki işə "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçı təşkilatın ərizəsini, iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, sübutlara əlaqəli şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh1 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsi üzrə 45 209.67 (qırx beş min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 1 359.69 (bir min üç yüz əlli doqquz manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46 569.36 (qırx altı min beş yüz altmış doqquz manat otuz altı qəpik) manat kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58 000 (əlli səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********11-05101-093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 5 mərtəbəli 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılmalı və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi hissəsində iddia təmin edilməli, iddia tələbi mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan Cavabdeh1, X6 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları və fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki işin materiallarına əlavə olunmuş 31 yanvar 2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həqiqətən "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Kredit müqaviləsinin əsasən bir tərəfdən öz Nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (sonradan Bank adlandırılacaq) İdarə Heyətinin sədr müavini X7 şəxsində, digər tərəfdən ünvan 3 ünvanında yaşayan vətəndaş Cavabdeh1 (sonradan Borcalan adlandırılacaq) şəxsində tam razılıq əsasında Naxçıvan şəhərində bu Müqaviləni bağlamışdırlar. Müqavilənin 1-ci bəndinə əsasən Bank Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə illik 8 % dərəcəsi ilə 300 ay müddətinə 49000 AZN məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 31 yanvar 2018-ci il tarixli 3101/01İPK saylı kredit müqaviləsinə Əlavədən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. Cavabdeh1 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə 04/1535 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş 31 yanvar 2018-ci il tarixli 3101/01İPK saylı alqısatqı və İpoteka müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC, X5 və Cavabdeh1 arasında qeyd olunan alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə əsasən X1 şəhəri, Əlincə məhəlləsi, bina 1 ünvanında ümumi sahəsi 73.77 kv.m olan 18 nömrəli mənzili Cavabdeh1 satmışdır. İpoteka qoyan Bank tərəfindən 31 yanvar 2018-ci il tarixli Kredit müqaviləsinə dövriyyə vəsaitinin artırılması məqsədilə Cavabdeh1 verilmiş 49000 AZN manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı olaraq Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 1 ünvanında ümumi sahəsi 73.77 kv.m olan 18 nömrəli mənzili İpotekaya qoyur. İddiaçı təşkilatın sübut kimi təqdim etdiyi Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 1 ünvanında ümumi sahəsi 73.77 kv.m olan 18 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 12/21 nömrəli reyestr kitabının 3997 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 687045 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 185 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən məlum olur ki, Cavabdeh2 X3 məxsus Naxçıvan şəhəri, Əlincə məhəlləsi, bina 1-də yerləşən 18 nömrəli mənzilin ipoteka qoyulmasına və satılmasına etiraz etmədiyini bildirmiş və bu barədə müvafiq imza etmişdir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin maddənin ikinci bəndinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-cı maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsində göstərilir ki, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, girov saxlayan (kreditor) tələblərinin ödənilməsi üçün girov qoyulmuş əşyaya tutma yönəldə bilər. Həmin Məcəllənin 317-ci maddəsinə əsasən, təminat vasitəsi ipoteka olan əsas öhdəlik borclu tərəfindən icra olunmadıqda və ya lazımınca icra olunmadıqda, ipoteka saxlayan, daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinin tələblərinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, həmçinin ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi müəyyən olunmuşdur. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipotekanın ilkin satış qiymətini göstərməlidir. Yuxarıda da qeyd olunduğu kimi, ipoteka müqaviləsinin 1.8-ci bəndinə əsasən İpoteka predmetinin dəyəri İpoteka qoyanın və İpoteka saxlayanın razılığına əsasən 58000 AZN məbləğində müəyyən edilmişdir. Həmin məcəllənin 269.1-ci maddəsinin tələbinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” xx.xx.2005-ci il tarixi Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilən anlayışa görə ipoteka öhdəliyin icrasınn təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İpoteka saxlayan ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir. İpoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, öhdəlik münasibətləri tərəflərini intzamlandırmaq, onun yetərincə və vaxtında icra olunmasını təşviq etmək məqsədilə Mülki Məcəllədə kreditorla müqayisədə borclu barəsində birbaşa və ya dolayı yüklülük yaradan və əlavə təminat vasitəsi kimi çıxış edən öhdəliklərin icrasının təmin edilməsi üsulları da müəyyənəşdirilmişdir. MM-nin 460-cı maddəsinə əsasən girov (ipoteka) belə üsullardan biridir. MM-nin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Bu baxımdan ipoteka əlavə (aksessor) öhdəlik kimi onunla təmin edilmiş öhdəliklərin yerinə yetirilmədiyi və ya yerinə yetirilməsinin gecikdirildiyi hallarda əmlakdan real məhrum olma təhlükəsi yaratdığından, borclunu əsas öhdəliyin vaxtında icrasına sövq edir. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranma əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. Mülki qanunvericiliyə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. (MM-nin 317.1-ci maddəsi). “İpoteka haqqında” Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələrini müəyyən edən MM-nin 319.1-ci maddəsində də ipoteka qoyanın borclunun öhdəliyini icra etmək vəzifəsi nəzərdə tutulmamış və belə müəyyən edilmişdir ki, əgər borcu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Qanunun 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəyə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəyə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə əsasən 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İddia ərizəsinə əlavə edilən sənədlərdən aydın olur ki, istər Cavabdeh1, istərsə də Cavabdeh2 tutma ipoteka predmetinə yönəldiyi halda 1 ay müddətində mənzili tərk edəcəklərini öhdələrinə götürmüşlər. İddia tələbində həmin evdə qeydiyyatda olan digər şəxslərin kim və ya kimlərdən ibarət olması qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki halda ilk tələb kreditin qaytarılmasıdır. Kredit vəsaiti cavabdeh tərəfindən qaytarıldığı halda iddia tələbinin ikinci hissəsi yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi öz əhəmiyyətini itirmiş olacaqdır. Kredit vəsaiti ödənilmədiyi təqdirdə tutma ipoteka predmetinə yönəldilmiş olacaqdır. İpoteka qoyulan daşınmaz əmlakda yaşayan şəxslərin çıxarılması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qeydiyyatdan çıxarılması, yararlı vəziyyətdə evin təhvil verilməsi tələbləri mülki hüquq doktrinasında mülkiyyətçiyə aid tələblərdir. Sadalanan bu tələbləri yalnız mülkiyyətçi qaldıra bilər. Hazırki halda iddiaçı "xxxx" ASC-dir və mübahisə predmeti olan əmlakın mülkiyyətçisi deyildir, belə ki, Bank kredit vəsaitinin geri tələb etməsi ilə eyni zamanda sadalanan bu tələblərlə müraciət etmək üçün hazırki vəziyyətdə bu subyektiv hüququn daşıyıcısı deyil. Kredit borcu cavabdeh tərəfindən ödənilmədiyi və tutma ipoteka predmeti olan daşınmaz əmlaka yönəldiyi halda Bank alqı-satqı müqaviləsi əsasında əmlakın mülkiyyətçisi olduğu halda orada olan şəxslərin çıxarılması, istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qeydiyyatdan çıxarılması, yararlı vəziyyətdə evin təhvil verilməsi tələbləri ilə məhkəməyə müraciət edə bilər. Ona görə də hazırki halda iddia tələbi həmin hissədə rədd edilməlidir. Tələb Cavabdeh1 kredit borcunun qaytarılması və qaytarılmadığı halda tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi hissədində təmin edilməli, tələb Cavabdeh2 münasibətdə, həmçinin qalan hissədə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq belə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 229.71 (iki yüz iyirmi doqquz manat 71 qəpik) manat dövlət rüsumu və “İpotka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılmalıdır. Beləliklə məhkəmə işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Cavabdeh1 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsi üzrə 45 209.67 (qırx beş min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 1 359.69 (bir min üç yüz əlli doqquz manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46 569.36 (qırx altı min beş yüz altmış doqquz manat otuz altı qəpik) manat kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilmədiyi təqdirdə tutmanın ilkin satış qiyməti 58 000 (əlli səkkiz min) manat dəyərində qiymətləndirilərək ipoteka ilə yüklü edilmiş, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********11-05101-093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 5 mərtəbəli 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilə yönəldilməsi, əmlakın açıq hərracda satılmalı və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməli, iddia tələbi mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində həmin yaşayış evində qeydiyyatda olan şəxslərin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə onların həmin fərdi yaşayış evindən qeydiyyatından çıxarılmaları v ə fərdi yaşayış evinin yararlı vəziyyətdə boşaldılaraq təhvil verilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı tələbi qismən təmin olunsun. Cavabdeh1 31 yanvar 2018-cı il tarixli, 3101/01İPK saylı kredit müqaviləsi üzrə 45 209.67 (qırx beş min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 1 359.69 (bir min üç yüz əlli doqquz manat altmış doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 46 569.36 (qırx altı min beş yüz altmış doqquz manat otuz altı qəpik) manat kredit borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Kredit borcu ödənilmədiyi təqdirdə tutma ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** saylı Çıxarışa əsasən mülkiyyət hüququ Cavabdeh1 məxsus **********11-05101-093028 reyestr nömrəli Naxçıvan MR, Naxçıvan şəh., Əlincə məhəlləsi, 5 mərtəbəli 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilə yönəldilsin. Əmlak açıq hərracda satılsın və həmin ipoteka ilə təmin edilmiş kredit borcu ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilsin. İpoteka ilə yüklü edilmiş Naxçıvan şəh., Əlincə məhəlləsi, 5 mərtəbəli 2-ci mərtəbəsində, 73.77 kv.m. ümumi, 46.32 kv.m yaşayış sahəsi, 27.45 kv.m yardımçı sahədən ibarət 3 otaqlı, 18 nömrəli mənzilin ilkin satış qiyməti 58 000 (əlli səkkiz min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı "xxxx" ASC-nin iddia qaldırılması üçün xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 229.71 (iki yüz iyirmi doqquz manat 71 qəpik) manat dövlət rüsumu və “İpotka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin” dövlət qeydiyyatına alınmasına görə ödənilmiş 46.45 (qırx altı manat 45 qəpik) manat cavabdehlər Cavabdeh1 alınaraq iddiaçı təşkilata qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-986/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-986/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver