Məhkəmə qərarları › İş №e-2(079)-101/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-101/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-101/2023 26.01.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə müraciətinə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “23” yanvar 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 fevral 2021-ci il tarixli, KT 0302/01 nömrəli kredit müqaviləsi üzrə 19 yanvar 2023-cü il tarixə olan 2671.65 (iki min altı yüz yetmiş bir manat, altmış beş qəpik) manat əsas borc, 562.22 (beş yüz altmış iki manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3233.87 (üç min iki yüz otuz üç manat, səksən yeddi qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 52.34 (əlli iki manat, otuz dörd qəpik) manat miqdarında dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 03 fevral 2021-ci il tarixli, KT 0302/01 nömrəli kredit müqaviləsinə əsasən illik 15 faiz dərəcəsi ilə 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 03 fevral 2021-ci il tarixli, ZM 0302/01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən borcalana dəfələrlə telefonla əlaqə saxlanılmış və borcalan və zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdeh1 tərəflər arasında bağlanmış 03 fevral 2021-ci il tarixli, KT0302/01 nömrəli kredit müqaviləsinə əsasən, 19 yanvar 2023-cü il tarixə 2671.65 (iki min altı yüz yetmiş bir manat, altmış beş qəpik) manat əsas, 562.22 (beş yüz altmış iki manat, iyirmi iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3233.87 (üç min iki yüz otuz üç manat, səksən yeddi qəpik) manat kredit borcu var. İddiaçının nümayəndəsi 26 yanvar 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair elektron iddia ərizəsi məhkəmənin icraatına qəbul edildiyini və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarmasını xahiş etmişdi. İddiaçının müraciətinə baxılması üçün məhkəmənin 26 yanvar 2023-cü il tarixli qərardadı ilə mülki iş icraat kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan iddia icraatına keçirilmişdi. İddiaçının ərizəsinin hüquqi həlli ilə bağlı məhkəmə qeyd edir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1. və 152.1.9-cu maddələrinin mahiyyətinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 20 yanvar 2023-cü il tarixli, ********** nömərli qəbzlə ödədiyi 52,34 (əlli iki manat, otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yekunda məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəməyə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət etdiyindən və iddia ərizəsinə əlavə edilmiş sənədlər onu özündə saxlandığından, məhkəmə aktı qüvvəyə mindikdən sonra onun icra üçün onların geri qaytarılmasına zərurət yaranmır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müraciəti təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsi iddiaçıya geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə 20 yanvar 2023-cü il tarixli, ********** nömərli qəbzlə ödədiyi 52,34 (əlli iki manat, otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar