Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-102/2022 01.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcu, 1454.68 (bir min dörd yüz əlli dörd manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6078.98 (altı min yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borcun, AVNS707 saylı ərizə üzrə 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcu, 28.04 (iyirmi səkkiz manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 133.17 (bir yüz otuz üç manat on yeddi qəpik) manat məbləğində borcun və 83 (səksən üç) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında 06.08.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-427İb/2017 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu Ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul edir. ÜŞT-ə əlavə olunmuş 0104075AZN26685 saylı 07.08.2019-cu il tarixli maliyyələşdirmə üzrə ərizəyə əsasən Borcalana 01.08.2022-ci il tarixədək illik faiz dərəcəsi 28 %, illik cərimə faizi 180% olmaqla 4000 (dörd min) manat məbləğdə işçi krediti verilmişdir. Eyni zamanda ÜŞT-ə əlavə olan AVNS707 saylı, 07.08.2019cu il tarixli maliyyələşdirmə üzrə ərizəyə əsasən borcalana 07.08.2020-ci il tarixədək illik faiz dərəcəsi 20% olmaqla 100 (yüz) manat məbləğdə kredit xətti açılmışdır. Lakin borcalan qeyd edilən ərizələr üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Nətiədə ərizələr üzrə müəyyənləşdirilən qaydada öhdəliklərini həyata keçirmədiyi günlərin sayı 0104075AZN26685 saylı ərizə üzrə 526 gün, AVNS707 saylı ərizə üzrə 433 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesabanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: - Kreditin müddəti bitənədək; - Kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu halda kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X2 əsasən Müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə Azərbaycan Respublikası qanunlarına əsasən məhkəməyə müraciət etmək bankın hüququdur. X2 əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. İddiaçı iddianın əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısına: - Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.1.2 nömrəli versiyası; - Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsi; - AVNS707 saylı maliyyələşdirmə üçün ərizə; - 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə; - Ödəniş cədvəli; - Cavabdehin İddiaçı ASC-də olan hesabından çıxarış; - Maliyyə arayışı; - Xəbərdarlıq məktubları. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia tələbinin tam qanuni və əsaslı olduğunu, qeyd olunanlar və iddia ərizəsinin məzmunu nəzərə alınmaqla, mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə sənədləri məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, cavabdeh həmin ünvanda yaşamadığından sənədlərin verilməsi mümkün olmamışdır. Mülki iş materiallarına əlavə olunmuş sifarişli poçt göndərişlərinin verilməsi haqqında xəbərnamələrdən isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq Cavabdeh ünvanlanmış sənədlərin onun yaşayış yeri üzrə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə təqdim edildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin məcəllənin 135.5-ci maddəsinə əsasən məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Göndərilmiş məhkəmə sənədlərinin ünvan sahibinə çatdırılması ilə bağlı ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanı tərəfindən məhkəməyə məlumat verilmişdir. Cavabdeh 14.03.2022-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı Babək Rayon Məhkəməsində borc tələbinə dair iddia qaldırdığını, banka 3371.33 manat əsas, 1252.97 manat faiz borcu, kredit kartı müqaviləsinə əsasən isə 100.78 manat əsas, 4.35 manat faiz borcunun olduğunu etiraf etdiyini, Bakı şəhərində yaşadığından işə onun iştirakı olmadan baxılaraq qanuni qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcu, 1454.68 (bir min dörd yüz əlli dörd manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6078.98 (altı min yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borc tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən Cavabdeh istehlak xərcləri üçün işçi kreditinin verilməsi (4000 (dörd min) manat kredit məbləğinin cavabdehin hesabına köçürülməsi)), Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etmədiyi və iddiaçıya borcunun qaldığı, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - 06 avqust 2019-cu il tarixli, GTC-427İB/2017 nömrəli tərəflərin imzaladığı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli, 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə Razılıq ərizəsinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh Bank tərəfindən istehlak xərcləri üçün 36 ay müddətinə 4000 (dörd min) manat məbləğində illik 28% faiz dərəcəsi ilə işçi kreditinin verilməsi barədə razılıq əldə olunması; - 20.02.2017-ci il tarixdən 05.11.2021-ci il tarixədək Cavabdeh AZ47PAHA41010AZNFCO190054678 nömrəli hesabdan çıxarışından 07.08.2019cu il tarixdə İddiaçı tərəfindən 4000 (dörd min) manat məbləğində pul vəsaitinin həmin hesaba köçürülməsi; - 19 yanvar 2022-ci il tarixli maliyyə arayışından isə Cavabdeh iddiaçı təşkilata 13 oktyabr 2021-ci il tarixə 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcu, 1454.68 (bir min dörd yüz əlli dörd manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6078.98 (altı min yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat təşkil etməklə, gecikmə günlərinin sayının 526 gün olması; - 30 avqust 2021-ci il tarixli xəbərdarlıq və onun müştəriyə rəsmi qaydada verilməsinə dair qaimədən, İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edilərək yaranmış mübahisənin həlli və bank qarşısında yaranmış öhdəliklərin icrası üçün 7 (yeddi) iş günü müddətinə möhlət verildiyi, əks təqdirdə bankın müqavilənin ləğvi və kreditin geri qaytarılması üçün məhkəməyə müraciət olunacağı aydın olur. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə AVNS707 saylı ərizə üzrə 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcu, 28.04 (iyirmi səkkiz manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 133.17 (bir yüz otuz üç manat on yeddi qəpik) manat məbləğində borc tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 07.08.2019-cu il tarixdə fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizəsi əsasında 04.02.2019-cu il tarixli, GTC-427İb/2017 ümumi şərtlər toplusunun şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsinə əsasən müştəriyə 07.08.2019-cu il tarixdən 07.08.2020-ci il tarixədək güzəşt müddəti müəyyən edilməklə şəxsi istehlak məqsədilə təminatsız 20% dərəcəsi ilə 100 (bir yüz) manat məbləğində kredit xəttinin açılması, Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etmədiyi və iddiaçıya borcunun qalması, cavabdehə öhdəliyin icrası tələbilə bildiriş göndərilərək xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında 07.08.2019-cu il tarixdə fərdi müştərinin maliyyələşdirilmə üçün ərizəsi əsasında 04.02.2019-cu il tarixli, GTC- 427İb/2017 ümumi şərtlər toplusunun şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsinə əsasən müştəriyə 07.08.2019-cu il tarixdən 07.08.2020-ci il tarixədək güzəşt müddəti müəyyən edilməklə şəxsi istehlak məqsədilə təminatsız 20% dərəcəsi ilə 100 (bir yüz) manat məbləğində kredit xəttinin açılması; - 19 yanvar 2022-ci il tarixli maliyyə arayışından isə Cavabdeh iddiaçı təşkilata AVNS707 saylı ərizə üzrə 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcu, 28.04 (iyirmi səkkiz manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 133.17 (bir yüz otuz üç manat on yeddi qəpik) manat məbləğində borcunun qaldığı, gecikmə gününün sayının 433 gün olduğu; - 30 avqust 2021-ci il tarixli xəbərdarlıq və onun müştəriyə rəsmi qaydada verilməsinə dair qaimədən, İddiaçı ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edilərək yaranmış mübahisənin həlli və bank qarşısında yaranmış öhdəliklərin icrası üçün 7 (yeddi) iş günü müddətinə möhlət verildiyi, əks təqdirdə bankın müqavilənin ləğvi və kreditin geri qaytarılması üçün məhkəməyə müraciət olunacağı aydın olur. Məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcu, 1454.68 (bir min dörd yüz əlli dörd manat altmış səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6078.98 (altı min yetmiş səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində borc tələbi, AVNS707 saylı ərizə üzrə 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcu, 28.04 (iyirmi səkkiz manat dörd qəpik) manat cərimə borcu olmaqla cəmi 133.17 (bir yüz otuz üç manat on yeddi qəpik) manat məbləğində borc tələbi işin araşdırılmalı olan mübahisəli halıdır. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019cu il tarixli 1.1.2 nömrəli versiyasından belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - 1.1. Bank “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik kredit və ya kredit xətti və s. kimi öhdəliklər) üçün Müştəriyə “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən şərtlərlə Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunacaq və bu Müqaviləyə əlavə ediləcək. - 1.5. Müvafiq Kredit növü üzrə bu Müqavilədə qeyd olunmayan hər-hansı xüsusi şərtlər və hallar “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında öz əksini tapır. - 2.1.2. Müqavilənin İİİ.2.4. bəndi ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımınca icra edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək bankın hüququdur; - 2.4.3. Kredit və faizləri müqavilənin İV.3 bəndi və “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək müştərinin vəzifəsidir; - 2.4.11. Hesabına hər hansı bir səbəbdən aylıq əmək haqqı daxil olmadığı halda (mövcud aylıq borcun Bank tərəfindən avtomatik silinməsi mümkün olmadığı halda) və ya Kredit üzrə cari öhdəliyin ödənilməsi üçün müvafiq hesabda kifayət qədər vəsait olmadığı halda, Banka aylıq ödənişini nağd və ya köçürmə yolu ilə ödəmək müştərinin vəzifəsidir; - 2.4.15. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların pozulmasına yol verməmək müştərinin vəzifəsidir; - 3.1. Kredit, Bank tərəfindən kredit məbləğinin Müştəriyə Bankda onun üçün açılan ssuda hesabından müvafiq hesabına köçürülməsi yolu ilə verilir. - 3.2. Müştəri Kreditdən istifadəyə görə Banka “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən faizləri ödəyir - 3.4. Faizlər Kreditin verildiyi günün ertəsi günündən Kredit qaytarılan günədək hesablanır. - 3.5. Kreditin əsas məbləği və ona hesablanmış faizlər Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə birlikdə həyata keçirilir. - 3.6. Kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müqavilənin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. - 3.7. Kredit məbləği Banka “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən müddət ərzində tam olaraq qaytarılır. - 3.8. Müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. - 3.11. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir - 3.15. Kredit xətti güzəşt müddəti ilə verildikdə Müştəri Əsas borc məbləğini Güzəşt müddəti bitənədək tam şəkildə Banka qaytararsa, həmin məbləğə heç bir faiz hesablanmır. Əks halda əməliyyat 16 ver. 1.1.4. date 17.07.2021 aparıldığı tarixdən faiz tətbiq olunur. Bu halda Müştərinin yenidən kredit xəttindən güzəştli şərtlə istifadə etməsi üçün kredit xətti üzrə bir iş günü ərzində Müştərinin heç bir öhdəliyi olmamalıdır. - 5.2, 5.2.1, 5.2.4-cü bəndlərə əsasən bu Müqavilə çərçivəsində Bank kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, müqavilənin İV.2.4. bəndində göstərilən, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında Müştəri üçün müəyyən olunan öhdəliklər şərtlər Müştəri tərəfindən pozulduqda və s. hallarda müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər: - 1.1. X3 imza və möhürü olan tərəfin möhürü, yaxud gücləndirilmiş elektron imzaları ilə ilə təsdiq edildiyi andan qüvvəyə minir. - 1.2. Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanır. - 1.3. Bu Müqavilənin ləğv olunduğu halda tərəflər bir-birləri qarşısında Müqavilə üzrə bütün öhdəliklərini icra etmiş olmalıdırlar. - 3.1. Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə həll ediləcəkdir. - 3.2. Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlar ilə tənzimlənir. İddiaçı ASC ilə Cavabdeh arasında 07.08.2019-cu il tarixdə fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə əsasında 04.02.2019-cu il tarixli, GTC-427İb/2017 ümumi şərtlər toplusunun şərtlərinin qəbul edilməsi barədə razılıq ərizəsinə əsasən müştəriyə açılmış kredit xətti üzrə (birdəfəlik kredit) kredit kartı müqaviləsindən belə məlum olur ki, tərəflər kredit kartı müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - Bank, Müştərinin müraciəti əsasında ona müxtəlif ödəniş kartları təqdim edə bilər. - 1.2. Bank, Müştəriyə nağdsız qaydada ödənişlər etmək, hesablardakı pul vəsaitinin ATM və POS terminalları vasitəsilə hesabdan çıxarmaq və ödənişlər etmək üçün “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizə” formasında göstərilən növdə və valyutada debit və ya kredit kartı olmaqla kartını Müştəriyə verməyi, Müştəri isə bu xidmət üzrə nəzərdə tutulan haqları Banka ödəməyi öhdəsinə götürür. - 1.3. Müştərinin istəyi ilə “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizə ” formasında göstərilən şərtlərə uyğun bu kart növünə kredit xətti və/və ya overdraft da açıla bilər. Kredit kartı Müştəriyə özünün mədaxil etdiyi vəsaitdən əlavə Bank tərəfindən təyin olunmuş kredit xətti çərçivəsində vəsaiti xərcləmək imkanı verir. Kredit xəttinin bütün əsas şərtləri “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün ərizə” və ya “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə”sində qeyd olunur. - 3.13. Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən ödəniş tarixdən sonra 7 (yeddi) gün ərzində ödəniş olmadığı təqdirdə, Müştəri müvafiq ərizə formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir. - 3.14. Birdəfəlik kredit üzrə, Müştəri tərəfindən Banka Kreditin əsas məbləği və ona hesablanmış faizlər üzrə aylıq ödəniş hər əmək haqqının köçürüldüyü gün əməkhaqqı hesabından avtomatik olaraq silinməsi yolu ilə həyata keçirilir, bir şərtlə ki əmək haqqı Müştərinin ödəniş öhdəliyindən ən tezi 5 (beş) iş günü əvvəl köçürülmüş olsun. Bütün digər hallarda (vəsaitin öhdəlik məbləğindən az olması halı daxil) aylıq ödənişin Ödəniş cədvəlinə müvafiq həyata keçirilməsi üçün Müştəri şəxsən özü cavabdehlik daşıyır. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir. - 3.15. Kredit xətti güzəşt müddəti ilə verildikdə Müştəri Əsas borc məbləğini Güzəşt müddəti bitənədək tam şəkildə Banka qaytararsa, həmin məbləğə heç bir faiz hesablanmır. Əks halda əməliyyat aparıldığı tarixdən faiz tətbiq olunur. Bu halda Müştərinin yenidən kredit xəttindən güzəştli şərtlə istifadə etməsi üçün kredit xətti üzrə bir iş günü ərzində Müştərinin heç bir öhdəliyi olmamalıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında hər iki müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında hər iki müqavilə üzrə öhdəliyini lazimınca icra etmişdir. Cavabdehin isə müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, həmçinin cavabdeh tərəfindən iddia tələbinin qismən, hər iki müqavilə üzrə əsas və faiz borcuna münasibətdə etiraf edilməsi barədə teleqramı məhkəməyə ünvanlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilələrdən və bildiriş (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun məbləğinə gəldikdə isə maliyyə arayışını hər iki müqavilə üzrə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, arayış hər iki müqavilə üzrə əsas, faiz borcunun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilə və nəzərə alına bilər. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesabanır. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcuna münasibətdə 1454.68 (bir min dörd yüz əlli dörd manat altmış səkkiz qəpik) manat cərimə borcu, 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcuna münasibətdə isə 28.04 (iyirmi səkkiz manat dörd qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 1482.72 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləği 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 (iki yüz) manat həddində, AVNS707 saylı ərizə üzrə isə 10 (on) manat müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4824,3 (dörd min səkkiz yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində borcun, AVNS707 saylı ərizə üzrə isə 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla cəmi 115.13 (bir yüz on beş manat on üç qəpik) manat məbləğində borc olmaqla ümumilikdə cəmi 4939.43 (dörd min doqquz yüz otuz doqquz manat qırx üç qəpik) manat məbləğində borc məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalmış hissədə rədd olunmalıdır. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 83 (səksən üç) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 0104075AZN26685 saylı maliyyələşdirmə üçün ərizə üzrə 3371.33 (üç min üç yüz yetmiş bir manat otuz üç qəpik) əsas borc, 1252.97 (bir min iki yüz əlli iki manat doxsan yeddi qəpik) faiz borcu, 200 (iki yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 4824,3 (dörd min səkkiz yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində borcun, AVNS707 saylı ərizə üzrə isə 100.78 (bir yüz manat yetmiş səkkiz) manat əsas borc, 4.35 (dörd manat otuz beş qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu olmaqla cəmi 115.13 (bir yüz on beş manat on üç qəpik) manat məbləğində borc olmaqla ümumilikdə cəmi 4939.43 (dörd min doqquz yüz otuz doqquz manat qırx üç qəpik) manat məbləğində borc məbləği tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Cavabdeh 83 (səksən üç) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-102/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-102/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver