Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-110/2025 30.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 26 dekabr 2024-cü ildə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2024-cü il tarixli GTZK6138718B118 saylı kredi müqaviləsinə əsasən 2263,64 AZN əsas, 286,50 AZN faiz borcu olmaqla cəmi 2550,14 AZN məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB7015379B116 saylı kartına dair müqaviləyə əsasən 699,97 AZN əsas, 137,16 AZN faiz borcu olmaqla cəmi 837,13 AZN borcun və ödənilmiş 53,87 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTZK6138718B118 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 21,9 faiz dərəcəsi ilə 2600 AZN məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nəğd qaydada əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli BRCB7015379B116 saylı kredit müqaviləsinə əsasən ona illik 27 faiz dərəcəsi ilə 700 AZN məbləğində kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq filialdan nağd qaydada əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTZK6138718B118 saylı kredit müqaviləsinə əsasən 2263,64 AZN əsas; 286,50 AZN faiz; cəmi 2550,14 AZN borcu, xx.xx.2024-cü il tarixli BRCB7015379B116 saylı kredit kartına dair müqaviləyə əsasən 699,97 AZN əsas; 137,16 AZN faiz; cəmi 837,13 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GTZK6138718B118 nömrəli kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli, BRCB7015379b116 nömrəli “Birbank Cashback” kredit xətti müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixli, GTZK6138718B118 nömrəli kredit müqaviləsinin: - 1-ci bəndinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, istehlak məqsədi ilə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq şərtilə 35 ay müddətində, illik 21.9% dərəcəsi ilə, FİFD 22.68%, nağdlaşdırma komissiyası 26 AZN olmaqla 2600 AZN (iki min altı yüz) məbləğində kredit verilməsini öhdəsinə götürür, və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Borcalan əsas və müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki (bundan sonra Ödəniş qrafiki) əsasında ödəyir. Ödənilən məbləğin borclara yönəldilməsi növbəliliyi: İ dəbbə pulu, İİ xidmət haqları, İİİ faiz borcları, İV əsas borc. - 2.1-ci bəndinə əsasən bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına 410100G**********118 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. - 2.2-ci bəndinə əsasən kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştərinin istəyinə əsasən cari hesaba köçürülən vəsait onun verdiyi ərizə əsasında xidmət haqları (1.1.6-cı yarımbənd üzrə) tutulmaq şərtilə Müştərinin Bankda olan müvafiq kart hesab(lar)ına köçürülə bilər. Tərəflər razılaşır ki, Müştərinin bu Müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün Müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir. - 2.3-cü bəndinə əsasən Kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi (cari hesabına köçürüldüyü) gündən qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - 2.10-cu bəndinə əsasən bu müqavilə imzalandığı andan müştəri ilə bank arasında bağlanmış aşağıdakı müqavilə(lər) üzrə ödənilməmiş ümumi qalıq borc (əsas borc, faiz borcu və cərimə borcu daxil olmaqla) bu müqavilə üzrə müştəriyə verilmiş kredit vəsaiti hesabına və Bank tərəfindən müştərinin əlavə razılığı olmadan akseptsiz qaydada silinərək ödənilir, bununla da Tərəflərin qarşılıqlı razılığı ilə həmin müqavilə(lər)yə xitam verilir: xx.xx.2023 -cı il tarixli, BRCB1107612B299 saylı Kredit müqaviləsi üzrə: - 3.2.3-cü bəndinə əsasən müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir). xx.xx.2024-cü il tarixli, BRCB7015379B116 nömrəli kredit xətti müqaviləsinin: - 2-ci bəndinə əsasən bank müştəriyə “Birbank Cashback” ödəniş kartı (bundan sonra - “Birbank Cashback” və ya “Kart) verir, həmin Karta bağlı bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır, həmin Karta bağlı və (və ya) xəttin istifadəsi ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada və Bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. - 3.1-ci bəndinə əsasən bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında cari hesab (bundan sonra - Birbank hesabı və ya hesab), habelə bonus, faiz və ya güzəştlərin hesablanaraq toplandığı şərti cashback hesabı açır. - 3.2-ci bəndinə əsasən hesabda kredit xəttindən və (və ya) hər cür öhdəliklərdən azad 500 (beş yüz) AZN və ya daha çox məbləğ olduqda, bank tərəfindən hesab qalığına aylıq maksimum 10 AZN olmaqla, illik 0.1 % dərəcəsində faiz hesablanır. Hesablanmış faiz məbləği hər növbəti ayın ilk iş günü müştərinin cashback hesabına köçürülür. Bu bankın hüququdur, vəzifəsi deyildir. Bank müvafiq faizlərin hesablanmasını birtərəfli qaydada dayandıra və ya faiz şərtlərini artıra, azalda bilər. Hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akeptsiz qaydada müştərinin hesabından silinə bilər. - 3.3-cü bəndinə əsasən hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. - 4.1-ci bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 700 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini ümumilikdə 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir. - 4.3-cü bəndinə əsasən kredit xəttindən son istifadə tarixi: xx.xx.2026-ci ildir. - 4.5-ci bəndinə əsasən Kredit xəttinin illik faiz dərəcəsi, qeyri-taksit əməliyyatları üzrə: 27 % (maksimal FİFD 29.26%), taksit əməliyyatları üzrə 0 %-dir. - 4.7-ci bəndinə əsasən ödəniş intervalı hər ayın 1-10 arasıdır. Ödənişin son tarixi qeyri-iş gününə düşərsə, sonrakı iş günü sonuncu gün hesab edilir. - 7.2.9-cu bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir). Razılaşmanın şərtlərindən belə məlum olur ki, kredit müqaviləsi üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə krediti borcalana vermək və cari hesabına köçürməkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən bank tərəfindən 2600 manat pul məbləğinin xx.xx.2024-cü il tarixdə borcalanın 410100G**********118 nömrəli bank hesabına köçürülməsi və bunun cavabdehin imzası ilə təsdiqlənməsi aydın olur. xx.xx.2024-cü il tarixli, GTZK6138718B118 nömrəli kredit müqaviləsinin əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 35 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 101.17 manat, sonuncu ay isə 102.83 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. xx.xx.2024-cü il tarixli, BRCB7015379B116 nömrəli kredit xətti müqaviləsinə əsasən hər ayın ilk 10 günü ərzində cavabdeh borcu ödəməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, BRCB7015379B116 nömrəli kredit xətti müqaviləsinin xx.xx.2024-cü il tarixli, 116TT**********2411 nömrəli balansdankənar məxaric orderindən son dörd rəqəmi 6147 olan bir ədəd plastik kartın Cavabdeh verildiyi və müvafiq hesabdan çıxarışdan isə kredit limitinin cavabdeh tərəfindən istifadə edildiyi aydın olur. Cavabdeh isə müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu barədə maliyyə arayışından cavabdehin iddiaçı təşkilata xx.xx.2024-cü il tarixli GTZK6138718B118 saylı kredit müqaviləsinə əsasən 2263,64 AZN əsas; 286,50 AZN faiz; cəmi 2550,14 AZN borcu, xx.xx.2024-cü il tarixli BRCB7015379B116 saylı kredit kartına dair müqaviləyə əsasən 699,97 AZN əsas; 137,16 AZN faiz; cəmi 837,13 AZN borcunun olduğu aydın olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli GTZK6138718B118 saylı kredi müqaviləsinə əsasən 2263,64 AZN əsas, 286,50 AZN faiz, cəmi 2550,14 AZN məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB7015379B116 saylı kredit kartına dair müqaviləyə əsasən 699,97 AZN əsas, 137,16 AZN faiz cəmi 837,13 AZN borcun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 53.87 (əlli üç manat, səksən yeddi qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli GTZK6138718B118 saylı kredi müqaviləsinə əsasən 2263,64 AZN əsas, 286,50 AZN faiz olmaqla cəmi 2550,14 AZN məbləğində borcun, xx.xx.2024-cü il tarixli BRCB7015379B116 saylı kredit kartına dair müqaviləyə əsasən 699,97 AZN əsas, 137,16 AZN faiz olmaqla cəmi 837,13 AZN borc olmaqla ümumilikdə 3387.27 manat (üç min üç yüz səksən yeddi manat iyirmi yeddi qəpik) borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 53.87 (əlli üç manat, səksən yeddi qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-110/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-110/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver