Məhkəmə qərarları › İş №e-2(079)-113/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-113/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-113/2025 03.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 150 (bir yüz əlli) manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 (min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(079)-406/2016 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi təmin olunaraq Cavabdeh cəmi 1414,54 (bir min dörd yüz on dörd manat, əlli dörd qəpik) manat məbləğində borcun tutularaq banka ödənilməsi qət edilmişdir. Qeyd etmək lazımdır ki, icra sənədinin icraya yönəldilməsinə baxmayaraq, icra vərəqəsi üzrə cəmi 1264,54 manat ödəniş olunmuş və icra vərəqəsi üzrə cəmi 150 manat borc qalmaqdadır. 25 yanvar 2023-cü ildə icra işinin nəticəsi barədə məlumat almaq üçün Babək Rayon İcra və Probasiya Şöbəsinə müraciət olunmuşdur. 10 fevral 2023-cü il tarixdə banka rəsmi məlumat daxil olaraq bildirilmişdir ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(079)-406/2016 nömrəli, icra vərəqəsi, icra məmuru Bəhmən Məmmədov tərəfindən 22 fevral 2018-ci il tarixdə "İcra Haqqında Qanunun" 20.1.5 və 20.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə icraata xitam verilməsi haqqında" qərarın ləğvi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilmişdir. 21 fevral 2023 tarixli qərardadla şikayət ərizəsi geri qaytarılmışdır (səbəb: etibarnamədə şikayət vermək səlahiyyəti olmadığı üçün) 22 fevral 2023-cü il tarixdə icraata xitam verilməsi haqqında qərarın ləğvi ilə bağlı təkrar ərizə ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2023-cü tarixli qərardadla şikayət ərizəsi geri qaytarılmışdır (səbəb: icra qərarından şikayətin üzərindən 10 gün müddət ötdüyü üçün) bu qərardad xx.xx.2023-cü il tarixdə banka rəsmi məlumat daxil olmuşdur. Qeyd edilən xronoloji ardıcıllıqdan da göründüyü kimi xx.xx.2023-cü il tarixdə banka rəsmi məlumat daxil olduğu andan etibarən 16 fevral 2023-cü il tarixli ərizəyə əsaslanaraq tarix ardıcıllığı ilə şikayət verilmiş və 10 gün müddət ötürülməmişdir. Məhkəmə isə 27 fevral 2023cü il tarixli qərardadında “müəyyən etdi” hissəsində bankın son müraciət ərizəsinə əsaslanaraq tarixi 24 fevral 2023-cü il kimi nəzərə almış və 10 gün müddət ötürülməsini vurğulamışdır. Halbuki, ilk müraciətə ərizəsi olan 16 fevral 2023-cü il tarixli ərizəni nəzərə aldıqda şikayət vermək müddəti ötürülməmiş hesab edilir. Qeyd olunur ki, icra məmuru borclunun icra şöbəsinə təqdim etdiyi ödəniş qəbzlərinə əsaslanaraq borcun bağlanmasını hesab edərək icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Lakin, icra məmuru borclunun ödəniş qəbzlərinə yox, məhz Bankın rəsmi məlumatına əsaslanıb hərəkət etməliydi, yəni ödəniş qəbzlərini əldə etdikdən sonra, banka sorğu verərək müvafiq icra vərəqəsi üzrə borcun bağlanmasını təsdiq etmək üçün rəsmi məlumat almalı idi. Həmçinin məlumat qeyd olunur ki, borclu Cavabdeh "xxxx" QSC-də iki fərqli kredit öhdəliyi (İstehlak və World card) krediti olmuşdur. Bu səbəbdən, hesab olunur ki, «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə (kredit müqaviləsi üzrə borcalana) dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, qanunvericiliyin imperativ tələblərinə görə geri qaytarılmalı olan vəsaiti qaytarmamışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(079)-406/2016 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi təmin olunaraq Cavabdeh 1098.80 ( bir min doxsan səkkiz manat, səksən qəpik) manat əsas, 97.93 ( doxsan yeddi manat, doxsan üç qəpik) manat faiz, 177.31 ( bir yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat cərimə, 6 (altı) manat müqavilədə nəzərdə tutulmuş xərc və komissiya, 2.50 ( iki manat, əlli qəpik) manat poçt xərci, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və 2 (iki) manat xidmət haqqı olmaqla, cəmi 1414,54 (bir min dörd yüz on dörd manat, əlli dörd qəpik) manat məbləğində borcun tutularaq banka ödənilməsi qət edilmişdir. Naxçıvan MR Babək Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(079)-406/2016 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi 30 yanvar 2017-ci ildə şöbənin icraatına daxil olmuş və 22 fevral 2018-ci il tarixdə "İcra Haqqında Qanunun" 20.1.5 və 20.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Bank tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinin rəisinə məktub göndərilərək bildirilmişdir ki, Banka icra məmurunun 22 fevral 2018-ci il tarixli “icraata xitam verilməsi” haqqında qərarının surəti rəsmi qaydada daxil olmayıb, borcun ödənilməsi ilə bağlı Bankın əməliyyat şöbəsinə verilmiş sorğu nəticəsində məlum olmuşdur ki, 24 noyabr 2017-ci il tarixli 150 manat ödəniş borclunun (istehlak) krediti üzrə borcuna silinmiş və həmin (istehlak) krediti üzrə borcunu bağlamış, lakin icra sənədinə əsasən (Word cart) krediti üzrə 150 manat borcu qalmaqdadır. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Babək Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(079)-406/2016 nömrəli qətnaməsinə əsasən Cavabdeh Banka ödəməli olduğu borcu (istehlak) krediti üzrə borcundan silinmiş, nəticədə (World cart) krediti üzrə Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına 150 manat məbləğində əsassız varlanmışdır. İddia ərizəsinə əlavə olunmuş CİF 134949 saylı Cavabdeh məxsus hesabdan çıxarış isə sözügedən halı təsdiq edir və şəxsin 150 (bir yüz əlli) manat qalığının olduğu müəyyən olunur. Bununla bağlı olaraq xx.xx.2024-cü il tarixdə cavabdehə iddiaçı tərəfindən bildiriş göndərilərək bildirilmişdir ki, sizin "xxxx" Qapalı Səhmdar Cəmiyyətində iki fərqli kredit öhdəliyiniz (istehlak və world cart) olmuş, "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütamadi olaraq gecikdirmiş və geri qaytarılmayan vəsaitlərin cəmi məbləği 150 (bir yüz əlli) manat təşkil etmişdir. Cavabdehin isə qətnamə ilə müəyyən olunmuş borc məbləğinin hamısını iddiaçıya geri ödəməsi məhkəməyə təqdim olunmuş iş materialları ilə öz təsdiqini tapmır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalananlara əsasən məhkəmə belə hesab edir ki, iddia təmin olunmalı, cavabdehin iddiaçının xeyrinə qanuni əsas olmadan varlandığı - kredit müqaviləsi üzrə ödəmədiyi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh “Yapı Kredi” Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 150 (bir yüz əlli) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar