Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-128/2024 27.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 990 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 100 manatın, nəticə etibarilə ümumilikdə 1090 (min doxsan) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30.90 manat dövlət rüsumunun alınaraq iddiaçı Nümayəndə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, “Telefon Mağazasının” satıcısı, mən Nümayəndə Cavabdeh ilə 28 avqust 2021-ci il tarixində 78 nömrəli Nisiyə mal satılması müqaviləsi bağlamışıq. 28 avqust 2021-ci il tarixində 78 nömrəli Nisiyə mal satılması müqaviləsinə əsasən Cavabdeh “SAMSUNG A 20 ”markalı telefonu 10 aylıq kreditlə 990 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla heçbir ödəniş ödənməmiş, lakin hazırda qalan 990 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən Nümayəndə telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydı mən Nümayəndə maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddi maddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Əliyev X2 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 28 avqust 2021-ci il tarixində 78 nömrəli müqavilələrdən yaranan 990 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni ümumilikdə olan dəbbə pulu olaraq 100 manat peniya və 30.90 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. Cavabdeh 09 fevral 2024-cü il tarixdə məhkəməyə iddiaya qarşı etiraz ərizəsi ilə müraciət edərək iddiaçı Nümayəndə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 28 avqust 2021-ci il tarixli, 78 nömrəli nisyə mal satılması müqaviləsi bağlandığını, 28 avqust 2021-ci il tarixində 78 nömrəli nisyə mal satılması müqaviləsinə əsasən Cavabdeh telefon mağazasına borcunun 990 manat təşkil etdiyini, bundan əlavə gecikdirilmiş peniya pulu 100 manat olmaqla ümumilikdə 1090 manat borc olduğunun ərizədə qeyd edildiyini, 28 avqust 2021-ci il tarixli, 78 nömrəli Naxçıvan şəhərində bağlanmış nisyə mal satınalması müqaviləsinin özünün iştirakı olmadan tərtib olunduğunu, alıcı Cavabdeh ilə satıcı Nümayəndə arasında müqavilənin imzalandığı qeyd edilsə də, özü ilə satıcı Nümayəndə arasında belə bir müqavilə bağlanmadığını, lakin barəsində məhkəmə qaydasında pul tələbi barədə iddia qaldırıldığını, iddianı qəbul etmədiyini, özü ilə iddiaçı Nümayəndə arasında bağlanmış müqavilədəki imzanın özünə aid olmadığnı, bu səbəbdən də 28 avqust 2021-ci il tarixli 78 nömrəli nisyə mal satılması müqaviləsində qeyd olunan imzanın ona aidliyi ilə bağlı xətşünaslıq ekspertizasının təyin olunmasını xahiş etdiyini, bu səbəbdən də iddianı qəbul etmədiyini, iddia əsassız olduğundan iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş edərək bildirmişdir. Babək Rayon Məhkəməsinin Cavabdeh sözügedən ərizəsi əsasında xx.xx.2024-cü il tarixli, 2(079)-128/2024 nömrəli qərardadı ilə Nümayəndə Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək hazırda işi ilə bağlı olaraq xaricdə olduğundan məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iddia ərizəsində və ona qoşma sənədlərdə işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etdiyini, əlavə olaraq heç bir əlavəsi və sübutu olmayacağını bildirmiş, məhkəmə iclaslarının iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və təqdim olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185-ci maddəsini rəhbər tutan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. İddiaçı Nümayəndə məhkəmənin hazırlıq iclasında verdiyi izahatında 2018-ci ildə Cavabdeh telefon mağazasına gələrək telefon aldığını, daha sonra isə “57” adlanan yerdə yerləşən digər bir mağazasından da telefon götürdüyünü və özünün bundan xəbərinin olmadığını, satıcı tərəfindən verildiyini, özündən aldığı telefonların pulunu bir müddət ödədikdən sonra pulun ödəməsini dayandırdığı üçün onunla əlaqə saxladığını, hər dəfə ödəyəcəyini bildirsə də ödəmədiyini, 2021-ci ildə valideyni ilə əlaqə saxladığını, Təhminin ona telefonunun olmadığını, ondan yeni bir telefon götürüb pulun hamısını birlikdə ödəməyi təklif etdiyini, 2021-ci ildən sonra hər dəfə əlaqə saxlasalar da, “bu gün-sabah” ödəyəcəyini bildirsə də, pulu ödəmədiyini, həmin telefonları onlara göndərən firmanın da öz pulunu tələb etdiyini, ona görə məcbur qalıb məhkəməyə müraciət etdiyini, 2021-ci il 28 avqustda 150 manata Samsung A3-16 markalı telefon satdığını, cavabdehlə həmin günə qədər olan digər telefonların da borcunu hesablayıb ümumi borcdan hər ay 50-100 manat ödəniş etməyi razılaşdırdığını, köhnə telefonlardan Samsung J-3 markalı telefonu 295 manata, Samsung A20 markalı telefonu isə 530 manata aldığını, Samsung A20 markalı telefon 2018-ci ildə “57”dəki mağazadan alındığını, 2021-ci ildə isə Samsung A3-16 markalı telefon aldığını, 2018ci ildə telefonlar alınarkən müqavilə sistemi olmadığına görə həmin telefonların qiymətini Samsung A20 markalı telefonun üzərinə qeyd etdiyini, bugün tələb olunan məbləğin üç müqavilə üzrə Samsung J-3, Samsung A20 və Samsung A3-16 markalı telefonların qalıq borclarından ibarət olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının fasiləsiz audio yazısının aparıldığı məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddiaçıdan üç telefon aldığını, birini 2018, birini 2019, birini isə 2021-ci ildə aldığını, 2019-cu ildə telefonu iddiaçıdan yox, Ruslan adlı satıcısından aldığını və ilkin ödənişin etmədiyini, 1 və 2-ci ayı ödədiyini, 3-cü ay isə telefonu itirdiyini, qutusuz olduğu üçün telefonu tapa bilmədiyini, əvvəllər də telefonlar alıb pulunu ödədiyini, daha sonra 2021-ci ildə 150 manata telefon aldığını, 50 manat ödədiyini, qalanının borc qaldığını, iddiaçıya olan tələb olunan telefonların borcunu etiraf etdiyini, növbəti aydan ödəyəcəyi barədə öz aralarında razılaşdıqlarını bildirmişdir. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı fərdi sahibkar Nümayəndə ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilənin bağlanmış, bu müqavilə üzrə “Samsung A20” markalı mobil telefonun nisyə alqı-satqısı barədə razılaşma əldə olunmuş, müqavilə üzrə ödənişlərin hissə-hissə həyata keçirilməli olması barədə tərəflərin razılığa gəlmişlər. Belə ki, iş materiallarına əlavə olunmuş: - 28 avqust 2021-ci il tarixli, 78 nömrəli satınalma müqaviləsindən tərəflər arasında “Samsung A20” markalı mobil telefonun nisyə alqı-satqısı haqqında müqavilə bağlanması; - “Satıcı”nın “Alıcı”ya 990 (doqquz yüz doxsan) manat dəyərində “Samsung A20” (İMEİ1: **********20940) mobil telefonu satdığı, alıcının isə müqavilədə razılaşdırılmış qaydada mobil telefonun dəyərini satıcıya ödəyəcəyi barədə öhdəlik götürməsi; - telefonun dəyərinin tərəflərin razılaşdırılmış qaydada kreditlə ödənilməsi, alıcının malın “Samsung A20” markalı telefonun) dəyərinin ümumilikdə 990 (doqquz yüz doxsan) manat olduğunu və bu məbləği müqavilənin tərkib hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi, malın (“Samsung A20” markalı telefonun) dəyərinin ümumilikdə 990 (doqquz yüz doxsan) manat olduğunu, ümumi məbləğin ilkin ödəniş edilmədiyini, qalan 990 (doqquz yüz doxsan) manat ödənilməmiş hissəsini isə müqavilənin hissəsi olan “Əlavə 1” cədvəlinə müvafiq olaraq ödəyəcəyi barədə öhdəlik götürməsi; - müqaviləyə əlavə - 1 cədvəlindən isə Cavabdeh “Samsung A20” markalı telefon ilə əlaqədar xx.xx.2021-ci il tarixdən başlayaraq 10 ay ərzində hər ay 99 manat olmaqla malın qiymətini hissə-hissə ödəməli barədə razlaşmaları olması aydın olur. İddianın əsas borca dair hissədə etirafını nəzərə alan məhkəmə qeyd edir ki, MPM-in 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddianın etirafı ilə analoji münasibətləri tənzimləyən MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən razılığa gəlmişlər ki, kredit ödənişinin gecikdirilməsi halında “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün Müqavilə üzrə ödənişin 2 %-i miqdarında dəbbə pulu ödəyəcəkdir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Lakin dəbbə pulunun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından isə görünür ki, borcalanın 990 manat əsas borcuna münasibətdə iddiaçı 100 manat cərimənin tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 49.5 (qırx doqquz manat əlli qəpik) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 990 (doqquz yüz doxsan) manat məbləğində əsas borc, 49.5 (qırx doqquz manat əlli qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1039.5 (bir min otuz doqquz manat əlli qəpik) manat məbləğində borc Cavabdeh alınaraq Nümayəndə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 29.46 (iyirmi doqquz manat qırx altı qəpik) manat miqdarında dövlət rüsumu cavablərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 990 (doqquz yüz doxsan) manat məbləğində əsas borc, 49.5 (qırx doqquz manat əlli qəpik) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 1039.5 (bir min otuz doqquz manat əlli qəpik) manat məbləğində borc tutularaq Nümayəndə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 29.46 (iyirmi doqquz manat qırx altı qəpik) manat miqdarında dövlət rüsumu tutularaq Nümayəndə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-128/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-128/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver