Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-134/2024 06.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mirzəyeva Tahirə Yunis qızının vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən nağd kredit üzrə əsas borca görə 2102.27 AZN, faiz borcuna görə 562.39 AZN olmaqla, cəmi 2664.66 AZN, eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 64.94 AZN, faiz borcu üzrə 20.18 AZN olmaqla, cəmi 85.12 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 47.50 AZN dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə Mirzəyeva Tahirə Yunis qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsinin 4.1.1.1-ci bəndinə əsasən cavabdehə 48 ay müddətinə, 22 faiz dərəcəsi ilə 2600 manat məbləğində nağd kredit verilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. 302342 saylı ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Mirzəyeva Tahirə Yunis qızı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 2V-99 nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, Cavabdeh Mirzəyeva Tahirə Yunis qızının qanun üzrə vərəsəsidir. Yuxarıda adı çəkilən xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin nağd kredit üzrə əsas borca görə 2102.27 AZN, faiz borcuna görə 562.39 AZN olmaqla, cəmi 2664.66 AZN borcu mövcuddur. Eyni zamanda xx.xx.2021-ci il tarixli, BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 64.94 AZN, faiz borcu üzrə 20.18 AZN olmaqla, cəmi 85.12 AZN borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 47.50 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-33844/2023 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsi və iddianın tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2102.27 AZN əsas, 562.39 AZN faiz borcu tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə Mirzəyeva Tahirə Yunis qızı arasında kredit müqaviləsinin bağlanmış olması, "xxxx" ASC tərəfindən borcalana gündəlik tələbat kreditinin verilməsi (2600 (iki min altı yüz) manat kredit məbləğinin cavabdehə təqdim edilməsi), cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - 09 sentyabr 2021-ci il tarixli, BPM**********76 saylı tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə Mirzəyeva Tahirə Yunis qızı arasında tam kart çərçivə müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana gündəlik tələbat məqsədləri üçün 48 ay müddətinə 2600 (iki min altı yüz) manat məbləğində illik 22% faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 2.1-ci bəndinə əsasən bu Müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını buraxmağı, Müştərinin adına bank hesablarını açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30 000 (otuz min) manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərofındon ayrılmış Kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür; - müqavilənin 2.3-cü bəndinə görə kreditin şəxsi ehtiyacların ödənilməsi/istehlak məqsədilə verilmişdir. - müqavilənin 2.5-ci bəndinə əsasən tam kartın qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir; - müqavilənin 6.2-ci bəndinə əsasən bu Müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq Borc alana təqdim edilmiş Kredit xətti üzrə güzəşt müddəti təyin edilir. Güzəşt müddəti dedikdə Borc alan tərəfindən təqvim ayı ərzində Kredit xətti üzrə istifadə etdiyi Kredit məbləği (Taksit əməliyyatları istisna olmaqla) İstifadə tarixindən (daxil olmaqla) asılı olaraq 30 (otuz) toqvirn günündən 60 (altmış) təqvim gününədək müəyyən edilir və hamin müddət ərzində tam qaytarıldığı halda, faizlərin hesablanmadığı və Borc alan tərəfindən ödənilmədiyi dövr başa düşülür; - müqavilənin 6.9-cu bəndinə əsasən faizlərin hesablanması zamanı əsas kimi ayda 30 gün, ildə isə 360 gün götürülür. Faizlərin son ödənişi Kreditin son ödənişi ilə eyni vaxtda həyata keçirilir; - müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar; - müqavilənin 11.1-ci bəndinə əsasən bu Müqavilə Tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və Tərəflərin bu Müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir; - Bank tərəfindən X5 üzrə azı 1 (bir) il ərzində əməliyyat aparmadığı təqdirdə; Müştərini 30 (otuz) təqvim günü əvvəlcədən xəbərdar elməklə Bank tərəfindən müəyyən edilən bankdaxili nəzarət qaydalarına müvafiq olaraq hallarda birtərəfli qaydada ləğv edə bilər. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalan verilməsidir. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 81.92 manat, sonuncu ay isə 81.38 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. Tərəflər arasında bağlanmış bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24% dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit xətti ayrılmışdır. Bank tərəfindən borcalana müqavilələrə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Borcalanın isə hər iki müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. xx.xx.2021-ci il tarixli, 212PTL********** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan maliyyə arayışından belə məlum olur ki, Mirzəyeva Tahirə Yunis qızının kredit müqaviləsi üzrə 2102.27 manat əsas, 562.39 manat faiz borcu olmaqla cəmi 2664.66 manat borcu, xx.xx.2021-ci il tarixli kredit xətti üzrə müqaviləyə əsasən 64.94 manat əsas, 20.18 manat faiz olmaqla cəmi 85.12 manat borcunun olduğu müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X3 miras əmlakına dair vərəsəsi Babək rayonu Cəhri kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2023-cü il tarixdə 2V/99 reyestr saylı vərəsəlik şəhadətnaməsi verilmişdir. “Elektron notariat” X1 çıxarışdan Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamə əsasında ölümü qeydə alınmış Mirzəyeva Tahirə Yunis qızının mülkiyyətində olmuş xx.xx.2012-ci il tarixli, AB675685 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1999-cu il olan Mercedes E220 minik markalı, 90NV685 dövlət nömrə qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verildiyi müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qərardan da göründüyü kimi mirası qəbul etmiş vərəsə yalnız ona çatan miras payı həcmində miras qoyanın vərəsələri qarşısında məsuliyyət daşıyır. Vərəsəlik şəhadətnaməsinə əsasən AB675685 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1999-cu il olan Mercedes E220 minik markalı, 90NV685 dövlət nömrə qeydiyyat nişanlı avtomobil cavabdeh tərəfindən qəbul edilmişdir və həmin əmlak həddində miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdır. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən əsas borca görə 2102.27 AZN, faiz borcuna görə 562.39 AZN, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən əsas borc üzrə 64.94 AZN, faiz borcu üzrə 20.18 AZN olmaqla, cəmi 2749.78 manat (iki min yeddi yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) borc tutulmalıdır. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman Azərbaycan Respublikası Mərkəzi X8 Portalı vasitəsilə xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 47.50 manat (qırx yeddi manat əlli qəpik) miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən əsas borca görə 2102.27 AZN, faiz borcuna görə 562.39 AZN, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən əsas borc üzrə 64.94 AZN, faiz borcu üzrə 20.18 AZN olmaqla, cəmi 2749.78 manat (iki min yeddi yüz qırx doqquz manat yetmiş səkkiz qəpik) borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 47.50 manat (qırx yeddi manat əlli qəpik) miqdarında dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-134/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-134/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver