Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-142/2024 04.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6411.21 manat əsas borc, 144.23 manat faiz borcu və 16.99 manat cərimə borcu olmaqla ümumilikdə 6572.43 manat borcun və 85.72 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, “Cavabdeh 26 noyabr 2021-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 18 ay müddətinə 17000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 12 yanvar 2024-dək Cavabdeh banka 26 noyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 6411.21 manat əsas borc, 144.23 manat faiz borcu və 33.97 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6589.41 manat borcu vardır. Cavabdeh 26 noyabr 2021 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 33.97 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ımiqdarında olmaqla, yəni 16.99 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasının 04 mart 2024-cü il tarixə saat 14:10-a təyin edildiyini, iş həcminin çoxluğunu nəzərə alaraq baxış iclasının iştirakları olmadan keçirilməsi, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh istehlak məqsədi üçün İddiaçı ASC tərəfindən kreditin verilməsi, cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə iddiaçı təşkilat ilə X4 arasında zaminlik müqaviləsinin bağlanması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 26 noyabr 2021-ci il tarixli, 6-Y-2-0-2890-21 saylı müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə 17 000 (on yeddi min) manat məbləğində illik 18% (on səkkiz) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - xx.xx.2021-ci il tarixli məxaric qəbzinin təsdiq olunmuş surətindən "xxxx" tərəfindən cavabdehə 17000 AZN kreditin verildiyi; - 12 yanvar 2024-cü il tarixli Maliyyə Arayışından Cavabdeh iddiaçıya əsas borc üzrə 6411.21 (altı min dörd yüz on bir manat, iyirmi bir qəpik), faiz borc üzrə 144.23 (bir yüz qırx dörd manat, iyirmi üç qəpik), cərimə borcu üzrə 33.97 (otuz üç manat, doxsan yeddi qəpik), ümumi olaraq 6589.41 (altı min beş yüz səksən doqquz manat, qırx bir qəpik) borcunun qaldığı; - xəbərdarlıq məktubundan Cavabdeh iddiaçı təşkilata olan borcu üzrə ödəmə müddətlərini müxtəlif vaxtlarda pozduğu, öhdəliyin icrası üçün xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində ona müddət təyin edildiyi, lakin bunun nəticəsiz qaldığı məlum olur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə № 5 razılaşma üzrə tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Razılaşmaya əsasən: - Bankın Müştəriyə istehlak məqsədi üçün 36 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində illik 18% (on səkkiz) dərəcəsi ilə istehlak krediti verməsi; - Kreditin ödəniş qaydası annuitet qaydada, hər ayın 26-ı 614.59 (altı yüz on dörd manat, əlli doqquz qəpik) məbləğindədir; - 10-cu bənd olan bəyanatlarda müştərinin razılaşmanı imzalamqla tam mülki hüquq və fəaliyyət qabiliyyətli olması, müştərinin gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayət olmasını və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malik olmasını təsdiq etdiyi, müştərinin razılaşmanı imzalayaraq razılaşmanın 1 və 2-ci bəndlərində göstərilən məbləğ, valyuta və müddət üzrə kredit müraciətini təsdiq etdiyi, müştərinin X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərini oxuduğu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğu və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyi; - Razılaşmanın əlavələr adlanan 11-ci bəndinə əsasən X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin bu Razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunduğu müəyyən olunur. Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə № 1 saylı əlavəyə əsasən müştərinin bu razılaşmanı imzalamaqla “Yelo Bank" ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razılaşmış və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə özü ilə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etirazının olmadığı, Bankda açılmış hesablardan və ya Bankın təklif etdiyi məhsulları və xidmətlərdən istifadə etdiyi halda, bu, onun tərəfindən Standart Şərtlərin (ona edilmiş əlavə və dəyişikliklərlə birlikdə) tələb və müddəalarının qəbul edilməsi (razılaşması) faktı kimi qəbul edilməsini təsdiq və bəyan etdiyi, Bank tərəfindən bu Standart Şərtlərə tətbiq edilən bütün yenilənmələr (əlavə və dəyişikliklər) məktub, SMS və ya elektron poçt vasitəsilə ona Bank tərəfindən bu yarımbənddə qeyd edilən formada məlumat təqdim edildiyi tarixdən (aşağıdakılardan hər-hansı birinin daha tez baş verdiyi tarixdən): onun tərəfindən Bankda açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə edildiyi; və ya 11-ci (on birinci) təqvim günündən etibarən qüvvəyə mindiyi və tətbiq edildiyi; hesabın kreditin götürülməsi üçün açıldığı, "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatlar kredit sifarişi, cari və ya kart hesabının açılması və s. məqsədilə Yelo Bank ASC-yə təqdim olunması, bu, 8-ci yarımbənddə qeyd edilmiş razılığın 10 (on) il müddətinə qüvvədə olması və özünün yazılı müraciətinə əsasən vaxtından əvvəl ləğv edilə biləcəyi, bu, 8-ci yarımbənddə qeyd edilmiş razılıq əsasında əldə edilmiş məlumatların saxlanma müddətinin müvafiq xidmətdən istifadə müddəti ilə eyni olduğu və həmin xidmətə xitam verildikdən sonra məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv ediləcəyi imzalanaraq bəyan edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə № 5 razılaşma üzrə cərimə illik 180 % olaraq müəyyən edilmiş və müştəri sözügedən cərimə miqdarını mübahisəsiz olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən qeyd edilir ki, cərimə miqdarı əsas borca mütənasibdir və azaldılması üçün əsaslar yoxdur. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilələrdən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliklərini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehə rəsmi qaydada verilmiş, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışından 12 yanvar 2024-cü il tarixinə cavabdehin 6411.21 (altı min dörd yüz on bir manat, iyirmi bir qəpik) əsas borc, 144.23 (bir yüz qırx dörd manat, iyirmi üç qəpik) faiz borcu, 33.97 (otuz üç manat, doxsan yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 6589.41 (altı min beş yüz səksən doqquz manat, qırx bir qəpik) kredit borcu öhdəliyinin olduğu müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar tələb olunan əsas və faiz borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin müqavilə üzrə kredit hesabından çıxarışı, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tam qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6411.21 (altı min dörd yüz on bir manat, iyirmi bir qəpik) manat əsas borc, 144.23 (bir yüz qırx dörd manat, iyirmi üç qəpik) manat faiz borcu, 33.97 (otuz üç manat, doxsan yeddi qəpik) cərmə borcu olmaqla, ümumilikdə 6589.41 (altı min beş yüz səksən doqquz manat, qırx bir qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 85.72 (səksən beş manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 26 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 6411.21 manat (altı min dörd yüz on bir manat, iyirmi bir qəpik) əsas borc, 144.23 manat (bir yüz qırx dörd manat, iyirmi üç qəpik) faiz borcu və 33.97 manat (otuz üç manat, doxsan yeddi qəpik) cərimə borcu olmaqla, ümumilikdə 6589.41 manat (altı min beş yüz səksən doqquz manat, qırx bir qəpik) borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 85.72 manat (səksən beş manat, yetmiş iki qəpik) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-142/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-142/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver