Məhkəmə qərarları › İş №e-2(079)-143/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-143/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-143/2025 04.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 yanvar 2025-ci ildə Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, Cavabdeh 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 499.5 (dörd yüz doxsan doqquz manat, əlli qəpik) manat, faiz borcuna görə 57.35 (əlli yeddi manat, otuz beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 556.85 (beş yüz əlli altı manat, səksən beş qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsinə əsasən illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 500 (beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 2.L; 2.3.; 2.4 bəndləri). 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dan gec olmayaraq hər ay 26,69 (iyirmi altı manat, altmış doqquz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 499,5 (dörd yüz doxsan doqquz manat, əlli qəpik) manat, faiz borcuna görə 57,35 (əlli yeddi manat otuz beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 556,85 (beş yüz əlli altı manat, səksən beş qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 499,5 (dörd yüz doxsan doqquz manat, əlli qəpik) manat, faiz borcuna görə 57,35 (əlli yeddi manat, otuz beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 556,85 (beş yüz əlli altı manat, səksən beş qəpik) manat pul tutulmalıdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. İş üzrə Cavabdeh rəsmi qaydada verilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, «İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, XCKRK-01359 nömrəli kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər kredit müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır:  müqavilənin 1-ci bəndinin yarımbəndlərinə əsasən Kreditverən (Bank) borcalana illik 25 % (iyirmi beş) faiz dərəcəsi olmaqla 48 (qırx səkkiz) ay müddətinə 500 (beş yüz) manat məbləğində şəxsi istehlak məqsədilə cavabdehə kredit verilmişdir.  müqavilənin 2.1 və 2.2-ci bəndindən aydın olur ki, tərəflər təsdiq edirlər ki, E-Bankçılıq xidmətlərindən, Kartmane kartının əldə edilməsilə və istifadəsi ilə bağlı tərəflər arasında yaranan münasibətlər Müqavilə (bu Əsas Şərtlər, X2 və Müqavilənin digər ayrılmaz tərkib hissələri də daxil olmaqla) ilə tənzimlənir. Müştəri İddiaçı ASC-də xx.xx.2022-ci il tarixində təsdiq edilmiş Müqavilənin hazırkı tarixə qüvvədə olan və X1 dərc olunan Ümumi Şərtlərini yüklədiyini, həmin Şərtlərlə diqqətlə tanış olduğunu, onlarla razılaşdığını və qəbul etdiyini bu Razılaşmanı imzalamaqla təsdiq edir və bu Razılaşmanın imzalanması nəticəsində həmin Ümumi Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmir. Müştəri X2nə müvafiq QR-kod vasitəsilə də keçid əldə edə bilər.  müqavilənin 3.1-ci bəndinin yarəmbəndlərindən aydın olur ki, İstər nağd, istərsə də nağdsız qaydada əməliyyatın aparıldığı tarixdən ilk 24 (iyirmi dörd) ay ərzində bu Razılaşmanın 3.1.2-ci bəndində göstərilən hal nəzərə alınmaqla, illik Razılaşmanın 1.4-cü bəndinə uyğun olaraq faiz resablanır; Əməliyyat nağdsız qaydada aparıldığı təqdirdə əməliyyatın həyata keçirildiyi tarixdən növbəti üçüncü ayın 10-dək (maksimum 102 (yüz iki) gün ərzində) güzəşt müddəti tətbiq olunur və güzəşt müddəti ərzində faiz hesablanmır. Nağd əməliyyatlara güzəşt müddəti tətbiq olunmur və illik olaraq Razılaşmanın 1.4-cü bəndinə uyğun olaraq faiz esablanır;  müqavilənin 3.2-ci bəndinin yarımbəndlərindən aydın olur ki, bu Razılaşmanın 1.1.-ci bəndində müəyyən edilən limitdən artıq istifadə edilən məbləğ (overdraft) üzrə overdraft yaranan gündən etibarən Overdraft üzrə borc tam ödənilən günədək illik 25 (iyirmi beş) % dərəcəsilə faiz esablanır. Müştəri istər nağd, istərsə də nağdsız qaydada aparılmış əməliyyatlar üzrə hər növbəti ayın 1-dən 10-dək X6 hesablanmış ümumi borc məbləğinin ən azı 5 (beş) % -ni (Minimum ödəniş məbləği) ödəməlidir. Müştəri bu Razılaşma üzrə ödənişləri lazımınca icra etmədikdə, gecikmə faizi aşağıdakı qaydada tablanır: Nağd qaydada aparılan əməliyyat üzrə Minimum ödəniş məbləği X4 ödənilmədikdə, həmin borc məbləğinin qalıq hissəsinə illik faiz dərəcəsi borc tam ödənilənədək 30 (otuz) faiz təşkil edir; Nağdsız qaydada aparılan əməliyyatlar üzrə Minimum Ödəniş məbləği X5 ödənilmədikdə borc məbləğinin qalıq hissəsinə illik faiz dərəcəsi güzəşt müddəti ərzində 25 (iyirmi beş) faiz güzəşt müddəti bitdikdən sonra isə borc tam ödənilənədək 30 (otuz) faiz təşkil edir. Nağdsız əməliyyatlarda X6 ən geci növbəti üçüncü ayın 10-dək təşkil edir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. İddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi iddia ərizəsinə əlavə edilmiş 03 oktyabr 2023- xx.xx.2025-ci il tarixləri əhatə edən hesabdan çıxarışla müəyyən edilir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 657.73 manat, sonuncu ay isə 659.19 manat məbləğində ödənişi həyata keçirməkdir. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsi üzrə 13 yanvar 2025-ci il tarixə iddiaçıya 499.5 manat əsas, 57.35 manat faiz borcunun olması RB-02/PK-85 nömrəli, xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından aydın olur. Məhkəmə belə hesab edir ki, yuxarıda istinad edilmiş hesabdan çıxarış və maliyyə arayışı borcun miqdarının müəyyən edilməsi zamanı kifayət qədər mötəbər sübut hesab edilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsinə əsasən 499,5 (dörd yüz doxsan doqquz manat, əlli qəpik) AZN əsas, 57,35 (əlli yeddi manat, otuz beş qəpik) AZN faiz borcu olmaqla cəmi 556,85 (beş yüz əlli altı manat, səksən beş qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 03 oktyabr 2023-cü il tarixli, XCKRK-01359 saylı kredit müqaviləsinə əsasən 499,5 (dörd yüz doxsan doqquz manat, əlli qəpik) AZN əsas, 57,35 (əlli yeddi manat, otuz beş qəpik) AZN faiz borcu, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 556,85 (beş yüz əlli altı manat, səksən beş qəpik) AZN məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar