Məhkəmə qərarları › İş №e-2(079)-155/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-155/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-155/2022 15.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 fevral 2020-ci il tarixli, İK0602/01 saylı kredit müqaviləsinə əsasən 01.03.2022-ci il tarixə olan 1643.23 (bir min altı yüz qırx üç manat iyirmi üç) manat gecikdirilmiş faiz borcu, 4884.02 (dörd min səkkiz yüz səksən dörd manat iki qəpik) gecikdirilmiş əsas borc, 113.35 (bir yüz on üç manat otuz beş qəpik) manat faiz borcu, 9577.30 (doqquz min beş yüz yetmiş yeddi manat otuz qəpik) manat əsas borc olmaqla, ümumilikdə 16217.90 (on altı min iki yüz on yeddi manat doxsan qəpik) kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 138.65 (bir yüz otuz səkkiz manat altmış beş qəpik) manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 06 fevral 2020-ci il tarixli, İK0602/01 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 24500 (iyirmi dörd min beş yüz manat) məbləğində istehlak krediti verilmişdir. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 01 mart 2022-ci il tarixə kredit reyestrində Cavabdeh adına 205 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən borcalanla dəfələrlə telefon əlaqəsi saxlanılmış, qeydiyyat ünvanına xəbərdarlıq məktubları göndərilmiş borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kredit ödənişləri cədvəlidir. Kredit müqaviləsinin 5.2-ci maddəsinin “a” bəndinə əsasən borcalan müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini ödəniş qrafikinə uyğun olaraq vaxtında yerinə yetirmədikdə Bank kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Müqavilənin 2.10-cu maddəsinə əsasən gecikdirilmiş öhdəliklərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən müəyyənləşdirilmişdir ki, bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədə qalır. Cavabdeh 06 fevral 2020-ci il tarixli, İK0602/01 saylı kredit müqaviləsinə əsasən 01.03.2022-ci il tarixə 1643.23 (bir min altı yüz qırx üç manat iyirmi üç) manat gecikdirilmiş faiz borcu, 4884.02 (dörd min səkkiz yüz səksən dörd manat iki qəpik) gecikdirilmiş əsas borc, 113.35 (bir yüz on üç manat otuz beş qəpik) manat faiz borcu, 9577.30 (doqquz min beş yüz yetmiş yeddi manat otuz qəpik) manat əsas borc olmaqla, ümumilikdə 16217.90 (on altı min iki yüz on yeddi manat doxsan qəpik) kredit borcu vardır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 30 mart 2022-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə Babək Rayon Məhkəməsinə müraciət edərək iddia tələbini müdafiə etdiyini, işlərin çoxluğu nəzərə alınmaqla məhkəmə hazırlıq iclasının iştirakları olmadan keçirilməklə müvafiq qərarın qəbul edilməsini və cavabdehin iştirakı olmadan keçirilməsinə etirazlarının olmadığını bildirmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh tərəflər arasında bağlanmış 06 fevral 2020-ci il tarixli, İK0602/01 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 24500 (iyirmi dörd min beş yüz manat) məbləğində istehlak krediti verilmişdir. Borcalan bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuş, nəticədə 01 mart 2022-ci il tarixə kredit reyestrində Cavabdeh adına 205 gecikmə günü qeydə alınmışdır. Bu səbəbdən borcalanla dəfələrlə telefon əlaqəsi saxlanılmış, qeydiyyat ünvanına xəbərdarlıq məktubları göndərilmiş borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. Cavabdehin ümumilikdə banka 16217.90 kredit borcu vardır. İddiaçının nümayəndəsi iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini, bank tərəfindən verilmiş xəbərdarlıq məktublarını aldığını, maddi vəziyyəti ilə əlaqədar olaraq borcunu ödəyə bilmədiyini, belə ki, krediti gömrük orqanında işləyərkən götürdüyünü, lakin hazırda 8 aydır ki, işdən çıxarıldığını, ondan sonra kreditdən heç bir ödəniş etdmədiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin cavabdeh iddianın etirafı barədə ərizə verərək banka 1643.23 (bir min altı yüz qırx üç manat iyirmi üç) manat gecikdirilmiş faiz borcu, 4884.02 (dörd min səkkiz yüz səksən dörd manat iki qəpik) gecikdirilmiş əsas borc, 113.35 (bir yüz on üç manat otuz beş qəpik) manat faiz borcu, 9577.30 (doqquz min beş yüz yetmiş yeddi manat otuz qəpik) manat əsas borc olmaqla, ümumilikdə 16217.90 (on altı min iki yüz on yeddi manat doxsan qəpik) kredit borcu olduğunu etiraf etmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh istehlak məqsədi ilə "xxxx" ASC tərəfindən kreditin verilməsi, Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməməsi və iddiaçıya borcunun qaldığı, cavabdehə öhdəliyin icrası tələbilə bir neçə dəfə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 06 fevral 2020-ci il tarixli, İK 0602/01 saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh istehlak məqsədi ilə Bank tərəfindən 36 ay müddətinə 24500 (iyirmi dörd min beş yüz manat) manat məbləğində illik 17% (on yeddi) faiz dərəcəsi ilə istehlak kreditinin verilməsi barədə razılıq əldə olunması; - 06 fevral 2020-ci il tarixli 2504 nömrəli Xəzinə məxaric orderindən "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 24279.00 AZN kredit məbləğinin köçürülməsi; - 01 mart 2022-ci il tarixli arayışdan isə Cavabdeh iddiaçı təşkilata borcunun qaldığı; - 26 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan "xxxx" ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi və xəbərdarlıq məktublarının cavabdehə çatdırıldığı aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini Bankın Borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsini, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, öhdəliyin icrası Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir; - müqavilənin 2.1-ci bəndinə görə kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - müqavilənin 2.3-cü bəndindən aydın olur ki, kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.57%-dir. - müqavilənin 2.10-cu bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir; - müqavilənin 2.14-cu bəndinə əsasən müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - müqavilənin Bankın hüquqları adlanan 4.1-ci bəndinə görə Bankın bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək və borcalan tərəfindən müqavilə şərtləri pozulduqda öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək hüququnun olması müəyyən edilir; - müqavilənin 4.4-cü bəndinə görə isə borcalanın ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kimi vəzifələri vardır; - müqavilənin 5.2-ci-cü bəndinə görə bank aşağıdakı hallarda müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər: a) borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; b) borcalan müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə və s. - müqavilənin 6.1-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin 7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Cavabdehin etirafını nəzərə alan məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri sayır. Mülki Prosessual Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Mülki-Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə gecikdirilmiş faiz borcu 1643.23 (bir min altı yüz qırx üç manat iyirmi üç qəpik) manat, gecikdirilmiş əsas borc 4884.02 (dörd min səkkiz yüz səksən dörd manat iki qəpik) manat, faiz borcu 113.35 (bir yüz on üç manat otuz beş qəpik) manat, əsas borc 9577.30 (doqquz min beş yüz yetmiş yeddi manat otuz qəpik) manat olmaqla, cəmi 16217.90 (on altı min iki yüz on yeddi manat doxsan qəpik) kredit borcu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 138.65 (bir yüz otuz səkkiz manat altmış beş qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə gecikdirilmiş faiz borcu 1643.23 (bir min altı yüz qırx üç manat iyirmi üç qəpik) manat, gecikdirilmiş əsas borc 4884.02 (dörd min səkkiz yüz səksən dörd manat iki qəpik) manat, faiz borcu 113.35 (bir yüz on üç manat otuz beş qəpik) manat, əsas borc 9577.30 (doqquz min beş yüz yetmiş yeddi manat otuz qəpik) manat olmaqla, cəmi 16217.90 (on altı min iki yüz on yeddi manat doxsan qəpik) kredit borcu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 138.65 (bir yüz otuz səkkiz manat altmış beş qəpik) manat miqdarında dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar