Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-161/2025 11.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Kapital Bank» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 21 yanvar 2025-ci ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14070.50 AZN əsas, 1628.31 AZN faiz borcu olmaqla cəmi 15698.81 AZN pul vəsaitinin və 137.10 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR6651183B299 saylı Kredit müqaviləsinə əsasən ona müddəti 48 ay, illik 22.2 faiz dərəcəsi ilə 14872 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 14070.50 AZN əsas; 1628.31 AZN faizcəmi 15698.81 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkünlüyünü əsas gətirərək, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən borcalana gündəlik təlabat məqsədilə kreditinin verilməsi (14872 AZN kredit məbləğinin cavabdehə təqdim edilməsi), cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, GTKR6651183B299 nömrəli müqavilədən İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, bank tərəfindən borcalana gündəlik təlabat məqsədi ilə 48 ay müddətinə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 14872 AZN məbləğində kredit verilməsini bankın öhdəsinə götürməsi barədə razılıq əldə olunması aydın olur. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: müqavilənin 1-ci bəndinə əsasən bank müştəriyə 48 ay müddətinə, illik 22.2%, FİFD 24%, nağdlaşdırma komissiyası 148.72 AZN, bank zəmanəti komissiyası 297.44 AZN olmaqla gündəlik təlabat məqsədilə 14872 manat (on dörd min səkkiz yüz yetmiş iki) kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir, Ödənilən məbləğ ilk olaraq dəbbə puluna, sonra isə ardıcıl olaraq xidmət haqları, faiz borcları, əsas borca yönəldilir. müqavilənin 2.1-ci bəndinə əsasən bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün Müştərinin adına 410100G**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. müqavilənin 2.2-ci bəndinə əsasən kredit müştərinin cari hesabına köçürmə yolu ilə verilir. Müştərinin istəyinə əsasən cari hesaba köçürülən vəsait onun verdiyi ərizə əsasında xidmət haqları (1.1.6-cı yarımbənd üzrə) tutulmaq şərtilə Müştərinin Bankda olan müvafiq kart hesab(lar)ına köçürülə bilər. Tərəflər razılaşır ki, Müştərinin bu Müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün Müştəri tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcəkdir. müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktimi qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. müqavilənin 2.5-ci bəndinə əsasən ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödəniş(lər)dən artıq ödənişin edilməsi bank tərəfindən müştərinin əvvəlcədən ödəniş etmək istəyi kimi qəbul edilərək, artıq ödənilmiş məbləğ hesabına bu Müqavilənin 1.1.8-ci yarımbəndində nəzərdə tutulmuş ardıcıllıqla Müştərinin borcları silinir. Bu zaman bank, ödəniş qrafikinə uyğun şəkildə aylıq ödənişlərin tam icra olunduğu aylar üzrə müştəriyə möhlət verir, yəni həmin müddətdə Müştəri tərəfindən hər hansı ödəniş edilməyə bilər. Möhlət müddəti ərzində bank tərəfindən qalıq borc məbləğinə faizlər hesablanır. Möhlət müddəti bitdikdən sonra, ödəniş qrafiki ilə müəyyən olunmuş ilk ödəniş tarixindən etibarən müvafiq ay(lar) üzrə hesablanmış məbləğdə ödəniş edilir. Müştəri möhlət müddəti ərzində yenidən ödəniş etdikdə, bu bənd üzrə müəyyən edilmiş qayda tətbiq edilir. Bu, Bankın hüququdur, vəzifəsi deyildir. müqavilənin 3.2.3-cü bəndinə əsasən bu müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0.6 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir). müqavilənin 5.2-ci bəndinə əsasən bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. müqavilənin 5.4-cü bəndinə əsasən X2 imzalandığı gündən qüvvəyə minir və Tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan xx.xx.2024-cü il tarixdə 14872 manat kredit vəsaitinin cavabdehin hesabına köçürülməsi müəyyən olunur. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 470.17 manat, sonuncu ay isə 479.93 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. Bank tərəfindən borcalana xəbərdarlıq göndərilərək bildirilmişdir ki, xx.xx.2024-cü il tarixli, GTKR6651183B299 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 22.2 faiz hesablanmaqla, 14872 manat məbləğində gündəlik təlabat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 14070.50 manat, faiz borc məbləği 1628.31 manat olmaqla, 15698.81 manat məbləğində ümumi borcunuz, gecikmə günü 135 gün olmaqla 2620.82 manat məbləğində gecikmə yaranmış, qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli müqavilə üzrə çıxarışdan 157 gecikmə günü, 2930.88 manat gecikmə məbləği olmaqla borcalanın kreditora 14070.50 (on dörd min yetmiş manat, əlli qəpik) manat əsas, 1628.31 (bir min altı yüz iyirmi səkkiz manat, otuz bir qəpik) manat faiz borcunun qaldığı bəlli olur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. xx.xx.2024-cü il tarixli, GTKR6651183B299 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından Cavabdeh kredit müqaviləsi üzrə 14070.50 manat əsas, 1628.31 manat faiz borcu olmaqla, cəmi 15698.81 manat borcunun olduğu müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas və faiz borcunun qaytarılması barədə tələbi əsaslıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,faiz borcunu, zərərvə dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli, GTKR6651183B299 saylı kredit müqaviləsi üzrə 14070.50 (on dörd min yetmiş manat, əlli qəpik) manat əsas, 1628.31 (bir min altı yüz iyirmi səkkiz manat, otuz bir qəpik) manat faiz borcu üzrə olmaqla, cəmi 15698.81 (on beş min altı yüz doxsan səkkiz manat, səksən bir qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu 137.10 (bir yüz otuz yeddi manat, on qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli, GTKR6651183B299 saylı kredit müqaviləsi üzrə 14070.50 (on dörd min yetmiş manat, əlli qəpik) manat əsas, 1628.31 (bir min altı yüz iyirmi səkkiz manat, otuz bir qəpik) manat faiz borcu üzrə olmaqla, cəmi 15698.81 (on beş min altı yüz doxsan səkkiz manat, səksən bir qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 137.10 (bir yüz otuz yeddi manat, on qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-161/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-161/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver