Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-162/2024 06.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 30 yanvar 2024-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış 06 aprel 2023cü il tarixli, 345904-1-38386 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 20.564,24 (iyirmi min beş yüz altmış dörd manat iyirmi dörd qəpik) AZN manat məbləğində əsas borc, 695.91 (altı yüz doxsan beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 44.34 (qırx dörd manat otuz dörd qəpik) AZN manat məbləğində cərimə borcu olmaqla ümumilikdə isə 21.304,49 (iyirmi bir min üç yüz dörd manat qırx doqquz qəpik) AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 153.91 (bir yüz əlli üç manat doxsan bir qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 06 aprel 2023-cü il tarixli, 345904-1-38386 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 06 aprel 2023-ci tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 345904-1-35399 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz ay) aymüddətinə 20.564,24 (iyirmi min beş yüz altmış dörd manat iyirmi dörd qəpik) AZN məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 20.564,24 (iyirmi min beş yüz altmış dörd manat iyirmi dörd qəpik) AZN manat məbləğində əsas borc, 695.91 (altı yüz doxsan beş manat doxsan bir qəpik) manat məbləğində faiz borcu, 44.34 (qırx dörd manat otuz dörd qəpik) AZN manat məbləğində cərimə borcu, ümumilikdə isə 21.304,49 (iyirmi bir min üç yüz dörd manat qırx doqquz qəpik) AZN manat məbləğində borcu qalmışdır. Borclu xx.xx.2023-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2023-cü il tarixli, 6796 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixli maps arayışına əsasən borclu Naxçıvan MR., Babək ray., Nehrəm qəsəbəsində qeydiyyatdadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin 04 mart 2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ünvanlandığı ərizədə Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair e-2(079)-162/2024 saylı mülki iş üzrə məhkəmə iclasının 06 mart 2024-cü il tarixə saat 09:00-a təyin edildiyi, həmin günə Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyi üçün göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştirakının mümkün olmayacağını bildirmiş, bu səbəbdən də hazırkı işə iştirakları olmadan baxaraq iddia tələblərinin tam təmin olunmasına dair qətnamə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 345904-1-38386 nömrəli kredit müqaviləsi bağlanmış olması, Cavabdeh "xxxx" (Azərbaycan) ASC tərəfindən kreditin verilməsi, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli, 345904-1-38386 nömrəli müqavilədən "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən 59 ay müddətinə 20564.24 (iyirmi min beş yüz altmış dörd manat, iyirmi dörd qəpik) manat məbləğində illik 11% (on bir) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - xəbərdarlıqdan "xxxx" (Azərbaycan) ASC tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin X3 dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin X3 dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 345904-1-35399 №-li “Yenidən Maliyyələşdirilən Kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən bank tərəfindən kart hesabının açılması və ona dair xidmətlərin göstərilməsinə icazə verilmişdir. Müştəri isə aksepti aldığını və karta dair xidmətlərin göstərilməsi haqqında müqaviləni bağladığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 345904-1-38386 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: Müqaviləyə əsasən müştərinin kredit üzrə vəzifələri aşağıdakılardan ibarətdir: - müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini 20564.24 (iyirmi min beş yüz altmış dörd manat, iyirmi dörd qəpik) manat kreditin xx/xx/2022-ci il tarixli № 345904-1-35399 (yenidən maliyyələşdirmə) Müqaviləsi üzrə «Kredit alan»ın «Bank»a xx.xx.2023-ci il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi təyinatı ilə 59 ay müddətinə illik 11% dərəcəsi ilə AZ48VTBA**********5904AZN001 hesab nömrəsinə köçürmə yolu ilə borcalana verilməsi təşkil edir; - müqavilənin 2.7-ci bəndinə əsasən müqaviləyə görə “Bank” “Kredit alan”a müqavilənin 2.1-ci bəndində göstərilən məbləğdə və 2.3-cü müddətə kredit məbləği ayırmağı, “Kredit alan” isə krediti müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən təyinatına uyğun olaraq istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə «Bank»a Müqavilənin 2.2,-ci bəndində göstərilən illik faizi (irəlidə «Faizlər») ödəməyi öhdəsinə götürür; - müqavilənin 2.8-ci AR Mərkəzi Bankının metodologiyası əsasında əsas məbləğ, kredit üzrə faizlər, kreditin rəsmiləşdirilmə xərcləri hesabın xidmət olunması, o cümlədən kreditin nağdlaşdırılması xərcləri, sığorta və təminatın qiymətləndirilməsi xərcləri (tətbiq olunduqda) və s. xərclər daxil olmaqla hesablanan X3 Dərəcəsi (FİFD) «Ödəniş cədvəli»ndə (Əlavə № 1) qeyd olunmuşdur; - müqavilənin 2.9-cu bəndinə görə kredit, hazırki Müqavilə ilə müəyyən olunan şərtlər «Kredit alan» tərəfindən icra edildikdən sonra «Bank» tərəfindən «Kredit alan»ın müvafiq Cari hesabına köçürlür və Müqavilənin 2.4 bəndində qeyd olunan təyinata uyğun istifadə edilir. Kreditin uçotu «Kredit alan»ın müvafiq Bank hesabında aparılır. - müqavilənin 2.10-ci bəndinə görə ödəniş cədvəli »ndə və pul öhdəliyinin vaxtından əvvəl icrasına dair hazırki Müqavilə ilə müəyyən edilən pretenziyada (bildirişdə) müəyyən edilən müddətlərdə (Kredit müddətində) öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesablarında əks etdirilir. - müqavilənin 4.1-ci bəndinə görə kredit müddətinin axımı kredit «Kredit alan»ın Cari hesabına köçürüldüyü təqvim tarixindən (irəlidə «Kreditin verilmə tarixi») başlanır və müddətin sonuncu günü, əgər bu tarix qeyri-iş gününə düşərsə, növbəti iş günü bitir. - müqavilənin 4.2-ci bəndinə görə hazırki Müqavilə üzrə verilmiş kredit və hesablanmış faizlər «Ödəniş cədvəli»nə (Əlavə № 1) əsasən «Kredit alan»ın «Bank»dakı Cari hesabına nağd mədaxil edilməklə və ya köçürülməklə həmin vəsaitin silinməsi yolu ilə kredit müddəti ərzində tamamən qaytarılır. Əgər ödəniş günü qeyri-iş gününə düşürsə, «Kredit alan» ödənişi növbəti iş günü həyata keçirir və bu halda aylıq ödəniş məbləği yenidən hesablana bilər. - müqavilənin 4.5-ci bəndinə görə hazırki Müqavilə üzrə ödənişin silinməsi növbəliyi: 1-ci - hazırki müqaviləyə əsasən borcun qaytarılması üzrə «Bank»ın xərcləri, o cümlədən məhkəmə xərcləri, 2-ci - borc məbləğinin gecikdirilməsinə görə cərimə (gecikmələr baş verdiyi halda), 3-cü - gecikdirilmiş faiz məbləği, 4-cü - gecikdirilmiş əsas borc məbləği, 5-ci - faiz məbləği, 6-cı - əsas borc məbləği; - müqavilənin 4.7-ci bəndinə görə əgər «Kredit alan»ın ötən ay üzrə hər-hansı bir ödənilməyən borcu yaranarsa, o zaman «Kredit alan»ın Cari hesabına mədaxil edilən vəsaitlərdən ilk növbədə ötən ay üzrə yaranmış borc hazırki Müqavilənin 4.5-ci bəndində qeyd edilmiş qaydada tam silindikdən sonra, cari ayın ödənişlərinin silinməsi «Bank» tərəfindən həyata keçirilir; - müqavilənin 4.8-ci bəndinə görə faizlər kreditin verilmə tarixindən etibarən kredit tam qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır; - müqavilənin 5.1 bəndinə görə bankın hüquqları: «Kredit alan»ın kreditin verilməsi üçün təqdim etdiyi minimum kredit sənədləri qanunvericiliyin və «Bank»ın tələblərinə uyğun olmadıqda kredit verməkdən imtina edir; hazırki Müqavilədə nəzərdə tutulan hallarda və qaydada Müqaviləni ləğv edir və kreditin dərhal qaytarılmasını tələb edir; tələb irəli sürülərkən «Kredit alan»ın digər banklarda mövcud bank hesab(lar)ındakı vəsaitlərə yönəltməklə kreditin, faizlərin və digər pul tələblərinin inkasso tapşırığı əsasında ödənilməsini təmin edir (bu müddəa «Kredit alan»ın inkasso tapşırığı əsasında ödənişə qabaqcadan aksepti faktını təsdiq edir); qanunvericilikdən və hazırki Müqavilədən irəli gələn digər hüquqlardan istifadə edir; hazırki Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyi və onların pozulmasına yol verməməyi «Kredit alan»dan tələb edir; - müqavilənin 5.2-ci bəndinə görə bankın vəzifələri hazırki Müqavilədən irəli gələn pul öhdəliklərinin tam və ya qismən icra edilməsi barədə «Kredit alan»a təsdiqedici sənəd(lər) təqdim edir; «Kredit alan» tərəfindən kreditin və faizlərin ödənilməsinin uçotunu aparır; hazırki Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyi və onların pozulmasına yol vermir; - müqavilənin 5.3-cü bəndinə görə «Kredit alan»ın müqavilə üzrə hüquqları: kreditin qaytarılması üzrə öhdəliyini bu müqavilə ilə müəyyən edilmiş qaydada və şərtlərlə tam və ya qismən vaxtından əvvəl icra edir; öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırırlması üçün yazılı formada Azərbaycan Kredit Bürosu MMC-yə müraciət edir; “Bank” tərəfindən müqavilə üzrə faiz dərəcəsinin birtərəfli qaydada dəyişdirilməsinə razılıq vermədikdə, krediti vaxtından əvvəl tam ödəyir; bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi “Bank”dan tələb edir. - müqavilənin 5.4.-cü bəndinə görə «Kredit alan»ın vəzifələri kreditin verilməsi üçün qanunvericiliklə müəyyən olunan və «Bank» tərəfindən tələb edilən minimum kredit sənədlərini «Bank»a təqdim etməyi və verilmiş krediti qəbul edir; hazırki Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti «Bank»a qaytarır və faizləri ödəyir; hazırki Müqavilənin qüvvədə olduğu müddətdə hüquqi rekvizitlərində baş verən dəyişikliklər barədə məlumatları - müvafiq qaydada qeydiyyata alındığı andan 3 (üç) gün müddətində; tərəf kimi iştirak etdiyi məhkəmə mübahisələri və icra icraatı ilə bağlı, habelə Müqavilənin 6.1.6-6.1.8-ci bəndləri ilə müəyyən edilən hallar barədə məlumatları - fakt üzrə; «Kredit alan»ın ödəniş qabiliyyəti ilə bağlı hər hansı məlumatı - «Bank»ın tələbi üzrə; sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsinin baş verməsi barədə məlumatı müvafiq təsdiqedici sənədlər qoşulmaqla, əgər xüsusi müddət göstərilməmişdirsə, dərhal yazılı qaydada Banka təqdim edir və həmin sənədlərdəki məlumatların etibarsızlığına görə məsuliyyət daşıyır; öhdəliyin icra edilməməsi və ya lazımi qaydada icra edilməməsindən irəli gələn dəbbə pulunu və zərərin əvəzini hazırki Müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə «Bank»a ödəyir; hazırki Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edir və onların pozulmasına yol vermir; - müqavilənin 6.1 və 6.1.3-cü bəndinə görə kredit alan tərəfindən ödəniş cədvəli ilə müəyyən olunan müddətlər 2 (iki) aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq 2 (dəfə) pozulduqda və s. hallarda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. - müqavilənin 6.2-ci bəndinə görə bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. - müqavilənin 7.1-ci bəndinə görə müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. - müqavilənin 9.1-ci bəndinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - müqavilənin 9.2-ci bəndinə görə bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. - müqavilənin 9.3-cü bəndinə görə kredit alan cərimədən başqa vurulmuş zərərin əvəzini banka tam həcmdə ödəməlidir və bu kredit alanı müqavilə üzrə əsas öhdəliklərin icrasından azad etmir. - müqavilənin 9.4-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilənin 6.2 və 6.3-cü bəndləri ilə müəyyən edilən qaydada ödənilməldir. - müqavilənin 13.1-ci bəndinə görə bu müqavilə ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, kredit müqaviləsi üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC qarşısında əsas öhdəliyi 59 ay müddətində ilk 12 ay faiz borcu üzrə, sonrakı hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 542.61 manat məbləğində, sonuncu ay isə 405.10 manat ödənişi həyata keçirməkdir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan xx.xx.2022-ci tarixdə Cavabdeh adın AT5Vm3ZrUg98s9kBue2g9YjnwK4kFKhQw3 nömrəli hesabın açıldığı və sözügedən hesaba bank tərəfindən 19996 manat (on doqquz min doqquz yüz doxsan altı) manat kredit məbləğinin köçürüldüyü müəyyən olunur. Beləliklə iddiaçının kredit müqaviləsi üzrə cavabdeh qarşısında əsas öhdəliyini lazımınca icra etməsi təsdiqini tapır. Bank tərəfindən borcalana kredit müqaviləsinə uyğun ödəniş aparmadığından vaxtı keçmiş borcun yaranması barədə bildirilərək borcun ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə uyğun olaraq borcalan barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, iddiaya qarşı etiraz irəli sürülməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından xx.xx.2023-cü il tarixə cavabdehin müqavilə üzrə iddiaçıya 20564.24 manat əsas, 695.91 manat faiz, 44.34 manat cərimə olmaqla cəmi 21304.49 manat borcunun qaldığı məlum olur. Mülki iş materiallarını bir-birilə əlaqəli şəkildə hərtərəfli qiymətləndirən məhkəmə belə hesab edir ki, müqavilə üzrə hesabdan çıxarış borcun miqdarına münasibətdə mötəbər sübut kimi qəbul edilib nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilədən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliyini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilələrin 9.2-ci bəndinə görə müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN hissəsi üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilə ilə müəyyən edilən qaydada ödənilməldir. Məhkəmə belə hesab edir ki, cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Sonda məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 20564.24 (iyirmi min beş yüz altmış dörd manat iyirmi dörd qəpik) əsas, 695.91 (altı yüz doxsan beş manat doxsan bir qəpik) faiz, 44.34 (qırx dörd manat otuz dörd qəpik) cərimə borcu olmaqla cəmi 21304.49 (iyirmi bir min üç yüz dörd manat qırx doqquz qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 153.91 (bir yüz əlli üç manat doxsan bir qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin xeyrinə 20564.24 (iyirmi min beş yüz altmış dörd manat iyirmi dörd qəpik) əsas, 695.91 (altı yüz doxsan beş manat doxsan bir qəpik) faiz, 44.34 (qırx dörd manat otuz dörd qəpik) cərimə borcu olmaqla cəmi 21304.49 (iyirmi bir min üç yüz dörd manat qırx doqquz qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 153.91 (bir yüz əlli üç manat doxsan bir qəpik) miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-162/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-162/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver