Məhkəmə qərarları › İş №e-2(079)-164/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-164/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-164/2023 15.03.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “09” fevral 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 23 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4452,75 (dörd min dörd yüz əlli iki manat, yetmiş beş qəpik) manat əsas, 341,86 (üç yüz qırx bir manat, səksən altı qəpik) manat faiz, 193,70 (bir yüz doxsan üç manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4988,31 (dörd min doqquz yüz səksən səkkiz manat, otuz bir qəpik) manat məbləğində borcun və 69,88 (altmış doqquz manat, səksən səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh 23 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ondan illik 17.3 faizlə 24 ay müddətində 6700 (altı min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 fevral 2023-cü ilədək Cavabdeh 23 avqust 2021-ci il tarixli kredit müqaviləsi üzrə 4452,75 (dörd min dörd yüz əlli iki manat, yetmiş beş qəpik) manat əsas, 341,86 (üç yüz qırx bir manat, səksən altı qəpik) manat faiz, 387,39 (üç yüz səksən yeddi manat, otuz doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 5182 (beş min bir yüz səksən iki) manat məbləğində borcu vardır. Onun cərimə borcu 387,39 (üç yüz səksən yeddi manat, otuz doqquz qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə borcunun 50 faizi miqdarında olmaqla, yəni 193,70 (bir yüz doxsan üç manat, yetmiş qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və İddiaçı Açıq Səhmdar Cəmiyyəti mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Çeşməbasar kəndində rəsmi qeydiyyatda olması aydın olur. Cavabdeh iddiaçının ərizəsinin surəti məhkəmənin 10 fevral 2023-cü il tarixli, 2(079)-164/2023 nömrəli məktubu ilə ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq rəsmi qaydada göndərilmişdi. Belə ki, Cavabdeh ünvanlanmış məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Çeşməbasar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçı tələbini Cavabdeh ilə arasında bağladığı 23 avqust 2021-ci il tarixli, 15-Y-1- 0-688-21 nömrəli kredit müqaviləsi ilə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərə dair razılaşmadan, həmçinin həmin razılaşmaya 23 avqust 2021-ci il tarixli, 15-Y-1-0-688-21 nömrəli 2 və 5 nömrəli əlavələrdən görünür ki, tərəflər iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Belə ki, Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin: -“ Anlayışlar” adlı 2-ci bölməsindən görünür ki; -- kredit müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir; -- “müqavilə” dedikdə bank və müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə (tərəflərdən birinin digər tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) təsdiqlənən, yəni imzalanan, bank və müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri olan əlavələr də nəzərdə tutulur, müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan əlavələrə də istinaddır. Standart şərtlər və müştərinin imzaladığı razılaşmalar birlikdə müqavilə hesab olunur. Müştəri və bank təsdiq edir ki, SMS-lə (telefon nömrəsinə göndərilən məktub- mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərilmiş şərtlərə müştəri tərəfindən müvafiq olaraq SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə razılığın verilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir; -- “əlavə” müqavilənin digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə bank və müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan (tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) istifadə etməklə təsdiqlənir, yəni imzalanır; --“Razılaşma” bank xidmətləri ilə bağlı dispozitiv və mühüm şərtləri əks etdirən və müştəriyə təqdim edilən şərtlər toplusudur. Razılaşma müştərinin təsdiqlədiyi, imzaladığı elə Müqavilədir ki, hazırkı şərtlər toplusu də həmin müqavilənin ayrılmaz tərkib hissəsidir. Hazırki standart şərtlər ilə razilaşma arasında ziddiyyət olarsa, razilaşma üstün hüquqi qüvvəyə malik olur. Razılaşma Bank və müştərinin şəxsən (fiziki imza), elektron, rəqəmsal imzası və ya şəxsi imzanın başqa analoqundan (tərəflərdən birinin digər tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj), poçtla, elektron rabitə vasitəsilə, müqavilədə qeyd edilən elektron poçt ünvanı vasitəsilə göndərdiyi şərtlərə digər tərəfin razılığının müvafiq üsulla bildirməsi vasitəsilə) istifadə etməklə təsdiqlənir, yəni imzalanır; - 6-cı bölməsinin 3-ci hissəsinin 1-ci bəndinə görə kredit müqaviləsinə əsasən bank müştəriyə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə və faizlər ödənilmək əsasında kredit verməyi, Müştəri isə həmin Müqavilədə, Razılaşmada və hazırki Standart Şərtlərdə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Banka ödəməyi öhdəsinə götürür; - 6-cı bölməsinin 5-ci hissəsinin 1, 2 və 15-ci bəndləri ilə müəyyən edilir ki, kredit vəsaitinin hərəkəti bank tərəfindən müştəri üçün açılan bank hesabı ilə təmin edilir. Kredit vəsaiti müqavilə imzalandığı gündən gec olmayaraq bank tərəfindən müştərinin hesabına köçürülür. Kredit təminatla verildiyi halda, kredit məbləği təminat rəsmiləşdirildikdən sonra müştəriyə verilir (onun bankda olan müvafiq hesabına köçürülür). Kredit vəsaitindən istifadə müddətinin axımı müştərinin hesabına pul vəsaitinin köçürüldüyü təqvim tarixindən başlayır. Müqavilədə və ya razilaşmada bu qaydadan fərqli qayda nəzərdə tutula bilər. Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürür. Kreditin növü, məbləği, müddəti, güzəşt müddəti, təyinatı (məqsədi), illik faiz dərəcəsi, FİFD, komissyon haqqı, aylıq ödəniş məbləği və aylıq ödəniş tarixi hazırkı standart şərtlərdə nəzərdə tutulmuş qaydada müştəri ilə bağlanılacaq müqavilə ilə müəyyən edilir; - 10-cu bölməsinin 4-cü hissəsinin 14 və 15-ci bəndlərinin tələbinə əsasən müqavilədə nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların müştəriyə verilməsi və ya müştərinin adından göndərilməsi üzrə xərcləri banka vaxtında və tam olaraq ödəmək və bank öhdəliklərin icrasını vaxtından əvvəl tələb etdikdə krediti hesablanmış faizlər, komissiyası, müvafiq halda dəbbə pulu və dəymiş zərər ilə birlikdə qaytarmaq cavabdehin vəzifəsidir; - 2 nömrəli Əlavənin 1-ci bəndinə görə bank Cavabdeh AZ55NİCB**********0007A21910 nömrəli hesab açır; - 5 nömrəli Əlavənin 1-3, 5, 7 və 9-cu bəndlərinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti istehlak məqsədi ilə Cavabdeh 24 ay müddətinə, illik 17,3 faiz dərəcəsi ilə, illik cərimə 180 faiz hesablanması ilə 6700 (altı min yeddi yüz) manat məbləğində kredit verir və müqavilə üzrə ödəniş annutet qaydada, aylıq 332,23 (üç yüz otuz iki manat, iyirmi üç qəpik) miqdarında hər ayın 23-ü həyata keçirilir. Tərəflər arasında 08 iyul 2022-ci ildə bağlanmış sazişdən isə görünür ki, 23 avqust 2021-ci il tarixli, 15-Y-1-0-688-21 nömrəli kredit müqaviləsi üzrə ödəniş qaydası dəyişdirilərərk güzəştli annutet qaydada müəyyən edilir. Yəni həmin razılaşma üzrə Cavabdeh 4452,75 (dörd min dörd yüz əlli iki manat, yetmiş beş qəpik) manat məbləğində borcu 3 ay güzəşt müddəti tətbiq edilməklə 14 ay müddətinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmağı öhdəsinə götürür. Yuxarıda qeyd edilən müqavilə şərtlərindən aydın olur ki, müqavilə tərəfləri arasında olan razılaşma üzrə iddiaçının cavabdehə bank hesabı açması, ona müqavilədə nəzərdə tutulmuş kredit məbləğini verməsi, cavabdehin isə həmin müqavilə üzrə ona verilmiş krediti məbləğini müqavilə şərtlərinə uyğun olaraq iddiaçıya geri qaytarması onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin icra edilməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının 23 avqust 2021-ci il tarixli, 15-Y-1-0-688-21 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməsi iş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli, 2204-********** məxaric qəbzi və həmin müqaviləyə əlavə edilmiş 08 iyul 2022-ci il tarixli saziş ilə sübuta yetirilir. Müqavilədən irəli gələn öhdəliyini icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdi. Cavabdehin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi isə iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ünvanlanmış 23 yanvar 2023-cü il tarixli, KBD 657 nömrəli xəbərdarlıqdan məlum olur. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdeh müqavilə şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməməsinə görə ona iddiaçı tərəfindən xəbərdarlıq edilərək, bu borcun ödənilməsi üçün 5 gün müddət təyin edilmişdi. Qeyd edilənlərdən cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etməməsi öz təsdiqini tapır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin 11-ci bölməsinin 5-ci bəndindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 03 fevral 2023-cü il tarixli maliyyə arayışında Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borcdan 2247,25 (iki min iki yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat, faiz borcundan 938,71 (doqquz yüz otuz səkkiz manat, yetmiş bir qəpik) manat ödəməsi qeyd olunur. Eyni zamanda həmin sənəddə cavabdehin müqavilə üzrə 4452,75 (dörd min dörd yüz əlli iki manat, yetmiş beş qəpik) manat məbləğində əsas və 341,86 (üç yüz qırx bir manat, səksən altı qəpik) manat məbləğində faiz borcunun olması da müəyyən olunur. İddiaçı cavabdehə qarşı olan tələbində cərimənin ödənilməsini də tələb etdiyindən bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinin tələbini tərələrin nəzərinə çatdırır. Həmin maddəyə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, 15-Y-1-0-688- 21 nömrəli kredit müqaviləsinin 7-ci bəndindən aydın olur ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 (bir yüz səksən) faiz dərəcəsi ilə dəbbə pulu hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbini də əsaslı sayır. Cərimənin məbləğinə gəldikdə isə iş materiallarına əlavə edilmiş 03 fevral 2023-cü il tarixli maliyyə arayışında cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 387.39 (üç yüz səksən yeddi manat, otuz doqquz qəpik) manat məbləğində cərimə borcunun olması qeyd edilir. İddiaçı isə Cavabdeh 193,70 (bir yüz doxsan üç manat, yetmiş qəpik) manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırki tələb üzrə iddia tələbindən kənara çıxa halı müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 69,88 (altmış doqquz manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, 15-Y-1-0-688-21 nömrəli kredit müqaviləsi üzrə 4452,75 (dörd min dörd yüz əlli iki manat, yetmiş beş qəpik) manat əsas, 341,86 (üç yüz qırx bir manat, səksən altı qəpik) manat faiz və 193,70 (bir yüz doxsan üç manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4988,31 (dörd min doqquz yüz səksən səkkiz manat, otuz bir qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 69,88 (altmış doqquz manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 23 avqust 2021-ci il tarixli, 15-Y-1-0-688-21 nömrəli kredit müqaviləsi üzrə 4452,75 (dörd min dörd yüz əlli iki manat, yetmiş beş qəpik) manat əsas, 341,86 (üç yüz qırx bir manat, səksən altı qəpik) manat faiz və 193,70 (bir yüz doxsan üç manat, yetmiş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 4988,31 (dörd min doqquz yüz səksən səkkiz manat, otuz bir qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 69,88 (altmış doqquz manat, səksən səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar