Məhkəmə qərarları › İş №e-2(079)-165/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-165/2024

02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-165/2024 02.02.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin qəbul etməkdən imtina haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyənetdi: İddiaçı “02” fevral 2024-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında Babək Rayon Məhkəməsinə müraciət edərək 246 (iki yüz qırx altı) manat məbləğində borcun, 24 (iyirmi dörd) manat cərimənin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Tələbdən aydın olur ki, İddiaçı Cavabdeh qarşı olan iddianın qiyməti beş min manatdan aşağıdır və iddiaçı işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş qaydada baxılmasını xahiş etmişdi. Bu səbəbdən də qeyd edilən ərizəyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 23-1-ci fəslində nəzərdə tutulmuş normalar tətbiq edilməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkündür. Həmin fəsildə olan 284-4-cü maddədə isə işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinin əsasları qeyd edilmişdir. Bu əsaslardan biri də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamasıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədlərin qeyd edilən normanının tələbləri daxilində yoxlayan məhkəmə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı olan tələbini ona 25 iyul 2017-ci il tarixli, 01AGT000015013 nömrəli və 29 iyul 2017-ci il tarixli, 01-AGT000015165 nömrəli əşyanın nisyə alqı-satqısı müqavilələr əsasında satılmış əşyaların dəyərinin cavabdeh tərəfindən geri qaytarılmaması ilə əsaslandırmışdı. Bu isə o deməkdir ki, iddiaçının tələbi əqdəmüqaviləyə əsaslanır. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçının ərizəsinə əlavə edilmiş müqavilələrin 1.1 və 1.2-ci bəndlərindən görünür ki, satıcı alıcıya müqavilələrin şərtlərinə uyğun olaraq şəxsi istehlak və istifadə üçün 12 ay müddətinə 158 (bir yüz əlli iki) manat məbləğində əşyaları nisyə alqı-satqı şərtləri əsasında verir. Alıcı aldığı əmtəənin (əşyanın) qiymətini müqaviləyə əlavə edilən "Ödəniş cədvəli" əsasında hissə-hissə ödəməyi öhdəsinə götürür. Əmtəə (əşya) müqavilə bağlandıqdan sonra 1 (bır) gün ərzində satıcı tərəfindən alıcının istifadəsinə və faktiki sahibliyinə verilir. Həmçinin müqavilələrin 7.5-ci bəndlərinin mahiyyətindən aydın olur ki, onlar tərəflərin imzaları ilə təsdiq edildikdən sonra qüvvəyə minir. Yəni həm Mülki Məcəllənin 567-ci maddəsinin, həm də tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, iddiaçının müqavilədən irəli gələn əsas öhdəliyi müqavilə ilə müəyyən edilmiş əşyanı cavabdehə təhvil vermək, sonuncunun isə müqavilədən irəli gələn əsas öhdəliyi müqavilə ilə müəyyən edilmiş müddətdə həmin müqavilə əsasında əldə etməli olduğu əmlakın dəyərini hissə-hissə ödəməkdir. Hazırki vəziyyətdə isə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət öz tələbinin təsdiq edən halların mövcudluğu ilə bağlı təqdim etməli olan əsas sübutlardan biri müqavilə üzrə müəyyən edilmiş əşyaların Cavabdeh təhvil verilməsi olsa da, o bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddiaçıya bildirir ki, tərəflər arasında müqavilə bağlanması onların arasında həmin müqavilədən irəli gələn öhdəliklərin icrası demək deyil. Bundan başqa ərizəyə əlavə edilmiş 01 mart 2022-ci il tarixli, 001 nömrəli faktorinq müqaviləsinin 1.1 və 1.2-ci bəndlərində qeyd edilir ki, müştəri siyahısı və ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilən üçüncü şəxslərə (bundan sonra “borclulara”) qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və (və ya) həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini (bundan sonra “borc tələbi”) faktora güzəşt etməyi, faktor isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə müştəri tərəfindən faktora güzəşt edilən pul tələblərinin və borcluların siyahısı, onların miqdarı və digər eyniləşdirmə əlamətləri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilir. İddiaçı məhkəməyə həmin müqaviləyə əlavə edilmiş borcluların siyahısını təqdim etmədiyindən X2 Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan tələbini İddiaçınə güzəşt etməsini müəyyən etmək mümkün olmur. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-4.1 və 284-4.1.3-cü maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina olunmalıdır. Belə ki, həmin prosessual normaların tələbinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Məhkəmə onu da qeyd edir ki, həmin Məcəllənin 284-4.2-ci maddəsinin tələbinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Bundan əlavə iş üzrə İddiaçınə izah edilsin ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Məhkəmə yekunda onu da iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddiaçı ərizəsində 25 iyul 2017-ci il tarixli, 01AGT000015013 nömrəli və 29 iyul 2017ci il tarixli, 01-AGT000015165 nömrəli müqavilələr üzrə cavabdehdən ümumilikdə 24 (iyirmi dörd) manat məbləğində cərimə tələb etdiyini göstərsə də, ərizəsində hər bir müqavilə üzrə ayrıca nə qədər cərimə tələb etdiyini qeyd etməmişdi. Buna görə də məhkəmə növbəti dəfə məhkəməyə müraciət etdikdə qeyd edilən də halın aradan qaldırılması ona təklif edilir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Babək Rayon Məhkəməsinə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət etdiyindən ərizə və ona əlavə edilmiş sənədlər onun özündə saxlanıldığından, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış sənədlərin ona geri qaytarılmasına zərurət yaranmır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r v e r d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçınə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim : Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar