Məhkəmə qərarları › İş №e-2(079)-181/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-181/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-181/2025 21.02.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ölmüş şəxsin vərəsələrindən tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti 27 yanvar 2025-ci il tarixdə X4 vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə), Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) və Cavabdeh4 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC- nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu xx.xx.2023-cü il tarixli, CL-EE001243948 saylı kredit müqaviləsi üzrə 10618.85 manat əsas borcu olmaqla, cəmi 10618.85 manat borcu, xx.xx.2022-ci il tarixli CL-EE000194736 saylı kredit müqaviləsi üzrə 2306.21 manat əsas borcu olmaqla, cəmi 2306.21 manat, ümumilikdə 12925.06 manat və ödənilmiş 128,78 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL-EE000194736 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə illik 17.9 faiz dərəcəsi ilə hesablanmaqla 4300 manat məbləğində kredit verilmişdir. Bundan əlavə Azərbaycan Beynəlxalq Bankı” ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL-EE001243948 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 59 ay müddətinə, illik 19.9 faiz dərəcəsi ilə hesablanmaqla 11400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Babək rayon Notariat ofisi tərəfindən verilən məlumata əsasən X3 vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, vərəsələr Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, X2 xx.xx.2023-cü il tarixli, CL- EE001243948 saylı kredit müqaviləsi üzrə kredit borcu üzrə Banka ödənilməmiş borcu - 10618.85 manat əsas borcu olmaqla, cəmi 10618.85 manat borcu qalmışdır. Maliyyə arayışına əsasən, X2 xx.xx.2022-ci il tarixli CL-FE00Q194736 saylı kredit müqaviləsi üzrə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 2306.21 manat əsas borcu olmaqla, cəmi 2306.21 manat borcu qalmışdır. Miras əmlakı 2013-cü il buraxılış ili olan Chevrolet Orlando minik markalı **-BJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.18 ha torpaq sahəsindən ibarətdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 vərəsə kimi müəyyən olunmasına baxmayaraq Azərbaycan Beynəlxalq Bankı ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 12925.06 manat olduğundan, tərəfimizdən 128,78 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddia ərizəsi Babək Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və mülki iş üzrə məhkəmə hazırlıq iclası təyin olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərək bildirmişdir ki, icraatınızda iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Rəhim qızına və qeyrilərinə qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-cİ maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan maddəyə əsaslanaraq icraatınızda olan iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Rəhim qızına və qeyrilərinə qarşı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və Babək Rayon Məhkəməsinə ********** nömrəli qəbz üzrə ödədiyi 128.78 AZN dövlət rüsumu və 0.40 manat xidmət haqqının geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməsi ilə bağlı xahişinin olmamasını və qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçıya izah edilir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. MPM-in 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Belə ki, MPM-in 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır, 260.3-cü maddəsinə görə isə qərardadda işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-in 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. MPM-in 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edilmişdir. İddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə MPM-in 260.3-cü maddəsinin tələbinə əsasən, büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı- X7 vasitəsi ilə 24 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 128.78 (bir yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ölmüş şəxsin vərəsələrindən tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" ASC tərəfindən iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankı - X7 vasitəsi ilə 24 yanvar 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 128.78 (bir yüz iyirmi səkkiz manat, yetmiş səkkiz qəpik) manat miqdarında dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar