Məhkəmə qərarları › İş №e-2(079)-185/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-185/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-185/2022 11.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 manat əsas, 108.74 manat faiz borcu olmaqla, cəmi 608.74 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC-nin “Naxçıvan” filialı ilə Cavabdeh arasında bağlanmış 18.12.2020-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 500 manat məbləğində kredit kart verilmişdir. Borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcu 500 manat əsas, 108.74 manat faiz borcu olmaqla, cəmi 608.74 manat təşkil edir. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. İddia tələbinin əsası kimi istinad edilən sübutlar kredit müqaviləsindən, borc haqqında arayışdan və Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan ibarətdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə hazırlıq iclasında verdiyi izahatında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Naxçıvan” filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış 18.12.2020-ci il tarixli, BPM**********14 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 500 manat məbləğində kredit limiti ayrılaraq kart verildiyini, borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən tam istifadə etdiyini, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdığını, filial tərəfindən verilmiş arayışa əsasən Cavabdeh kredit müqaviləsi üzrə banka borcunun 500 manat əsas, 108.74 manat faiz borcu olmaqla, cəmi 608.74 manat təşkil etdiyini, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, bu səbəbdən də bankın borcun vaxtından əvvəl qaytarılmasını tələb etməyə haqlı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini, ayrılmış kredit limitindən tam istifadə etdiyini, işdən çıxması ilə əlaqədar olaraq borcunu ödəyə bilmədiyini, işdən çıxarıldıqdan sonra heç bir ödəniş etmədiyini, bank tərəfindən verilmiş xəbərdarlıq məktublarını aldığını, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Cavabdeh iddianın etirafı barədə ərizə verərək iddiaçıya 500 manat (beş yüz) əsas, 108.74 manat (yüz səkkiz manat yetmiş dörd qəpik) faiz borcu olmaqla, cəmi 608.74 manat (altı yüz səkkiz manat yetmiş dörd qəpik) kredit borcunun olduğunu etiraf etmişdir. Mülki iş materiallarını işdə iştirak edən şəxslərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh istehlak (şəxsi ehtiyacların ödənilməsi) məqsədi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 24 faiz ödəmək şərtilə 36 ay müddətinə bərpa olunan kredit limitinin ayrılması, Cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməməsi və iddiaçıya borcunun qaldığı müəyyən olunur. Belə ki, mülki iş materiallarında olan 18 dekabr 2020-ci il tarixli, BPM**********14 saylı müqavilədən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit xətti müqaviləsinin bağlanmış olması, Cavabdeh Bank tərəfindən 36 ay müddətinə illik 24% faiz dərəcəsi ilə 500 (beş yüz manat) manat məbləğində bərpa olunan kredit limitinin ayrılması barədə razılıq əldə olunması müəyyən olunur. Kredit xətti (tam kart çərçivə) müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin: -1.1.2-ci bəndinə əsasən kredit xətti bank tərəfindən borc alana müəyyən müddətə və məbləğdə faizlər (komisyon haqlar) ödənilmək şərti ilə borcalanın kredit kartına bağlı olan hesabı üzrə açılan bərpa olunan kredit xəttidir. -2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş karlını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra ‘tam kart' adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab; bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 (on bəs min) manat məbləğinədək kreditdən (Nağd kredit və/və ya Kredit xətti; bundan sonra birlikdə - ‘ Kredit' adlanacaq) istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış Kreditdən 2.3cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür; - 2.3-ci bəndinə əsasən kredit şəxsi ehtiyacların ödənilməsi istehlak məqsədilə verilmişdir; - 2.5-ci bəndinə görə tam kartın qüvvədə olma müddəti onun üzərində göstərilmiş müvafiq ilin müvafiq ayının sonuncu günü bitir; - 2.6-ci bəndinə görə tam kartdan istifadə Azərbaycan Respublikasının qanunvericiliyi, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının normativ xarakterli aktları, eləcə də müvafiq beynəlxalq ödəniş sisteminin qaydaları və bu müqavilə ilə tənzimlənir; - 3.1.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı tarixdə və onun qüvvədə olduğu bütün müddət ərzində kreditin verilməsinə, istifadəsinə və qaytarılmasına mane olan hallar mövcud deyil və gələcəkdə belə hallar yaranarsa onlar borc alan tərəfindən aradan qaldırılacaqdır; - 6.1-ci bəndinə əsasən kredit üzrə əsas borcun ümumi məbləği müqavilənin 2.1-ci bəndində müəyyən olunmuş kredit limitinin məbləğini aşa bilməz; - 6.3-cı bəndinə əsasən borc alana təqdim edilmiş kredit xətli üzrə istifadə olunmuş kredit məbləği 20 (iyirmi) manatdan (daxil olmaqla: hər bir istifadə üzrə ayrı-ayrılıqda və müvafiq əməliyyata görə bank komissiyaları da nəzərə alınmaqla) aşağı olduqda, həmin məbləğ növbəti ayın 10-na qədər əlavə faiz hesablanmadan borc alan tərəfindən banka qaytarılmalıdır; - 6.7-ci bəndinə görə borc alana təqdim edilmiş nağd kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi 4.1.1.1-ci yarımbəndində qeyd olunan annuitet ödəniş qrafikində və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən müddətlərdə həyata keçirilir; - 6.14 və 6.14.7-ci bəndlərinə əsasən bank borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi 10 (on) gündən artıq müddətdə və ya 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini borc alandan tələb edə bilər. - 7.1.2-ci bəndinə görə müştəriyə tam kartın verilməsi barədə müsbət qərar qəbul edildikdə, müştəridən tam kartın verilməsi haqqında ərizənin alınması və bankın tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda müvafiq məbləğlərin müştəri və ya təşkilat tərəfindən ödənilməsi anından 22 (iyirmi iki) iş günü müddətində tam kartı və ŞEN-kodu (zərflə və ya elektron şəkildə) müştəriyə (sonuncunun şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi şərtilə) vermək bankın vəzifəsidir. - 7.3.17-ci bəndinə əsasən kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu Müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etmək borc alanın vəzifəsidir. Faizlərin ödənilməsi və əsas borcun qaytarılması üzrə borc alanın öhdəlikləri müvafiq məbləğdə pul vəsaitlərinin borc alanın müvafiq hesabına daxil edilməsi üçün bankın kassasına mədaxil olunduqdan və ya müxbir hesabına daxil edildikdən sonra icra edilmiş hesab edilir; - 7.3.18-ci bəndinə əsasən bu müqavilədən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə müəyyən olunmuş dəbbə pulunun (cərimə, penya) banka ödənilməsini təmin etmək borc alanın vəzifəsidir; - 10.1-ci bəndinə görə tərəflər bu müqavilədə nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə məsuliyyət daşıyırlar; - 11.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəlikləri tam icra olunana qədər qüvvədədir; - 11.2-ci bəndinə görə müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri həmin müddət qurtarana qədər yol verilmiş pozuntulara görə məsuliyyətdən azad etmir; - 12.3-cü bəndinə əsasən danışıqlar yolu ilə nizama salınmayan mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. “Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma”ya əsasən Cavabdeh 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 manat məbləğində kredit xəttinin açılması "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 18.12.2020-ci ildə təsdiq olunmuşdur. Həmçinin iddiaçı tərəfindən cavabdehə öhdəliyin icrası tələbilə rəsmi qaydada xəbərdarlıq olunduğu müəyyən olunur. İddia ərizəsinə əlavə olunmuş 05 mart 2022-ci il tarixli maliyyə arayışından Cavabdeh iddiaçıya 18 dekabr 2020-ci il tarixli tam kart çərçivə müqaviləsi üzrə isə 500 (beş yüz) manat məbləğin əsas, 108.74 (bir yüz səkkiz manat, yetmiş dörd qəpik) manat faiz borcu, ümumilikdə həmin müqavilə üzrə 608.74 (altı yüz səkkiz manat, yetmiş dörd qəpik) manat məbləğində borcunun olması aydın olur. İddianın cavabdeh tərəfindən etiraf edilməsi nəzərə alınmaqla məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri sayır. MPM-in 14.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-in 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. MPM-in 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Hazırki iş üzrə cavabdeh tərəfindən iddianın etiraf edilməsinin məhkəmə tərəfindən qəbul edilməməsi üçün yuxarıda qeyd edilən hər hansı bir əsas yoxdur. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-in 220.4-cü maddəsində isə qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. MPM-in 222.2-ci maddəsinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 (beş yüz) manat əsas və 108.74 (bir yüz səkkiz manat, yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 608.74 (altı yüz səkkiz manat, yetmiş dörd qəpik) manat borc Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 500 (beş yüz) manat əsas və 108.74 (bir yüz səkkiz manat, yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 608.74 (altı yüz səkkiz manat, yetmiş dörd qəpik) manat borc tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar