Məhkəmə qərarları › İş №e-2(079)-190/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-190/2025

06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-190/2025 06.03.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 31 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 5058.03 manat əsas borc, 215.62 manat faiz borcu və 53.56 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5327.21 manat borcun və 73.27 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh2 14 mart 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 16.7 faizlə 36 ay müddətinə 9000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə 14 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 dekabr 2024-dək Cavabdeh2 banka 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə 5058.03 manat əsas borc, 215.62 manat faiz borcu və 107.11 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 5380.76 manat borcu vardır. Cavabdeh2 14 mart 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 107.11 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 53.555 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq İddiaçı ASC-nin Cavabdeh2 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasının 06 mart 2025-ci il tarixə saat 15:00-a təyin edildiyini, iş həcminin çoxluğunu nəzərə alaraq baxış iclasının iştirakları olmadan keçirilməsi, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh2 istehlak məqsədi üçün İddiaçı ASC tərəfindən kreditin verilməsi, cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə iddiaçı təşkilat ilə Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz halıdır. Belə ki, mülki iş materiallarında olan: - 14 mart 2023-cü il tarixli müqavilədən İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanmış olması, borcalana Bank tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində illik 16.7% faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - 14 mart 2023-cü il tarixli məxaric qəbzinin təsdiq olunmuş surətindən "xxxx" tərəfindən cavabdehə 9000 AZN kreditin verildiyi; - 16 dekabr 2024-cü il tarixli Maliyyə Arayışından Cavabdeh2 iddiaçıya əsas borc üzrə 5058.03 (beş min əlli səkkiz manat, üç qəpik), faiz borc üzrə 215.62 (iki yüz on beş manat, altmış iki qəpik), cərimə borcu üzrə 107.11 (bir yüz yeddi manat, on bir qəpik), ümumi olaraq 5380.76 manat (beş min üç yüz səksən manat, yetmiş altı qəpik) borcunun qaldığı; - 14 mart 2023-cü il tarixli, 28-Z1-2-0-360-23 saylı müqavilədən İddiaçı ASC ilə Cavabdeh1 arasında cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə zaminlik müqaviləsinin bağlanması; - xəbərdarlıq məktubundan Cavabdeh2 iddiaçı təşkilata olan borcu üzrə ödəmə müddətlərini müxtəlif vaxtlarda pozduğu, öhdəliyin icrası üçün xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində ona müddət təyin edildiyi, lakin bunun nəticəsiz qaldığı məlum olur. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. İş materiallarına əlavə olunmuş bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə № 5 razılaşma üzrə tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Razılaşmaya əsasən:  Bankın Müştəriyə istehlak məqsədi üçün 36 ay müddətinə 9000 (doqquz min) manat məbləğində illik 16.7% (on altı tam onda yeddi) dərəcəsi ilə istehlak krediti verməsi;  Kreditin ödəniş qaydası annuitet qaydada, hər ayın 14-ü 319.53 (üç yüz on doqquz manat, əlli üç qəpik) məbləğindədir;  10-cu bənd olan bəyanatlarda müştərinin razılaşmanı imzalamqla tam mülki hüquq və fəaliyyət qabiliyyətli olması, müştərinin gəlirləri əldə edilən kreditlərin ödənilməsi üçün kifayət olmasını və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malik olmasını təsdiq etdiyi, müştərinin razılaşmanı imzalayaraq razılaşmanın 1 və 2-ci bəndlərində göstərilən məbləğ, valyuta və müddət üzrə kredit müraciətini təsdiq etdiyi, müştərinin X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərini oxuduğu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğu və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyi;  Razılaşmanın əlavələr adlanan 11-ci bəndinə əsasən X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlərin bu Razılaşmanın əlavəsi və onun ayrılmaz tərkib hissəsi hesab olunduğu müəyyən olunur. Bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə № 1 saylı əlavəyə əsasən müştərinin bu razılaşmanı imzalamaqla “Yelo Bank" ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və X3 yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razılaşmış və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə özü ilə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etirazının olmadığı, Bankda açılmış hesablardan və ya Bankın təklif etdiyi məhsulları və xidmətlərdən istifadə etdiyi halda, bu, onun tərəfindən Standart Şərtlərin (ona edilmiş əlavə və dəyişikliklərlə birlikdə) tələb və müddəalarının qəbul edilməsi (razılaşması) faktı kimi qəbul edilməsini təsdiq və bəyan etdiyi, Bank tərəfindən bu Standart Şərtlərə tətbiq edilən bütün yenilənmələr (əlavə və dəyişikliklər) məktub, SMS və ya elektron poçt vasitəsilə ona Bank tərəfindən bu yarımbənddə qeyd edilən formada məlumat təqdim edildiyi tarixdən (aşağıdakılardan hər-hansı birinin daha tez baş verdiyi tarixdən): onun tərəfindən Bankda açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdən istifadə edildiyi; və ya 11-ci (on birinci) təqvim günündən etibarən qüvvəyə mindiyi və tətbiq edildiyi; hesabın kreditin götürülməsi üçün açıldığı, "ASAN Finans" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatlar kredit sifarişi, cari və ya kart hesabının açılması və s. məqsədilə Yelo Bank ASC-yə təqdim olunması, bu, 8-ci yarımbənddə qeyd edilmiş razılığın 10 (on) il müddətinə qüvvədə olması və özünün yazılı müraciətinə əsasən vaxtından əvvəl ləğv edilə biləcəyi, bu, 8-ci yarımbənddə qeyd edilmiş razılıq əsasında əldə edilmiş məlumatların saxlanma müddətinin müvafiq xidmətdən istifadə müddəti ilə eyni olduğu və həmin xidmətə xitam verildikdən sonra məlumatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv ediləcəyi imzalanaraq bəyan edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 mart 2023-cü il tarixli, 28-Z1-2-0- 360-23 saylı zaminlik müqaviləsində müqavilə tərəfləri üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1-ci bəndinə əsasən bu Müqavilənin predmeti xx.xx.2023-cü il tarixli, 28-Z1-2-0-360- 23 saylı Kredit müqaviləsinə (bundan sonra - Kredit Müqaviləsi) bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin öz üzərinə götürməsidir; Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi Yelo Bank ASC tərəfindən ayırıldığı vəsaitdir; - 2-ci bəndinə əsasən bu Müqavilə ilə aşağıdakı öhdəliklər təmin edilir: 9000 (doqquz min) AZN təşkil edən kredit məbləği; 36 (otuz altı) ay təşkil edən kreditin qaytarılma müddəti; Əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 0 ay təşkil edir; Kredit üzrə illik 16.7 faizlə hesablanacaq məbləğ; Kredit üzrə ödənişlər gecikdirildiyi halda illik 180% faizlə gecikdirilmiş ödənişin əsas borc məbləğinə cərimə kimi hesablanacaq məbləğ; - 3.1-ci bəndinə əsasən Kreditorun aşağıdakı hüquqları vardır: Borcalan Kredit Müqaviləsi üzrə öhdəliyini icra etmədikdə dəymiş zərərin əvəzini Borcalan və Zamin tələb etmək; Borcalan Kredit müqaviləsinə əsasən öhdəliyini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə Zaminin cari hesablarından pul və saitlərini akseptsiz qaydada silmək hüququna malik olmaq; Zaminin öhdəliklərini yerinə yetirmədikdə müvafiq qaydada məhkəməyə müraciət etmək;. Borcalan tərəfindən Kredit müqaviləsi üzrə kredit ödənişləri gecikdirildiyi halda, iş günləri ərzində saat 09:00-dan 23:00-dək Zaminin yaşayış, iş və biznes yerinə səfər etmək və Zaminin təqdim etdiyi əlaqə nömrələri vasitəsilə gecikmə barədə xəbərdarlıq etmək. - zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində Kreditorun Zaminə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 14 mart 2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 500.1-ci və 500.2-ci maddələri ilə müəyyən edilir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmədiyindən və həmin müqavilədə Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin zaminə qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin isə müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməmələri iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərə əlavə № 5 razılaşma üzrə cərimə illik 180 % olaraq müəyyən edilmiş və müştəri sözügedən cərimə miqdarını mübahisəsiz olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən qeyd edilir ki, cərimə miqdarı əsas borca mütənasibdir və azaldılması üçün əsaslar yoxdur. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borclarının ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Müvafiq müqavilələrdən və pretenziya (xəbərdarlıq) məktubundan aydın olur ki, iş üzrə cavabdeh iddiaçı qarşısında öhdəliklərini pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehə rəsmi qaydada verilmiş, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş maliyyə arayışından 16 dekabr 2024-cü il tarixinə Cavabdeh2 5058.03 (beş min əlli səkkiz manat, üç qəpik) əsas borc, 215.62 (iki yüz on beş manat, altmış iki qəpik) faiz borcu, 107.11 (bir yüz yeddi manat, on bir qəpik) cərimə borcu olmaqla, ümumilikdə 5380.76 (beş min üç yüz səksən manat, yetmiş altı qəpik) manat kredit borcu öhdəliyinin olduğu müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar tələb olunan əsas və faiz borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. İddia ərizəsinə əlavə olunmuş cavabdehin müqavilə üzrə kredit hesabından çıxarışı, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını nəzərə alan məhkəmə belə hesab edir ki, iddia tam qanuni və əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc onlardan müştərək qaydada tutulmalıdır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 14 mart 2023-cü il tarixli, 28-Z1-2-0-360-23 saylı kredit müqaviləsinə əsasən 5058.03 (beş min əlli səkkiz manat, üç qəpik) əsas borc, 215.62 (iki yüz on beş manat, altmış iki qəpik) faiz borcu, 53.56 (əlli üç manat, əlli altı qəpik) cərimə borcu olmaqla, ümumilikdə 5327.21 (beş min üç yüz iyirmi yeddi manat, iyirmi bir qəpik) manat borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 73.27 (yetmiş üç manat, iyirmi yeddi qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq  qətetdi: İddia təmin edilsin. 14 mart 2023-cü il tarixli, 28-Z1-2-0-360-23 saylı kredit müqaviləsinə əsasən 5058.03 manat (beş min əlli səkkiz manat, üç qəpik) əsas borc, 215.62 manat (iki yüz on beş manat, altmış iki qəpik) faiz borcu, 53.56 manat (əlli üç manat, əlli altı qəpik) cərmə borcu olmaqla, ümumilikdə 5327.21 (beş min üç yüz iyirmi yeddi manat, iyirmi bir qəpik) manat borc Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh2 və Cavabdeh1 73.27 (yetmiş üç manat, iyirmi yeddi qəpik) manat miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar