Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-194/2024 14.03.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ İddia ərizəsinin qaytarılması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “14” fevral 2024-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 23 may 2023-cü il tarixli, 340257-CNS-45448 nömrəli “Borcun restrukturizasiyasına dair müqavilə” üzrə Cavabdeh 11 dekabr 2023-cü il tarixə banka borclu olduğu 10005.89 (on min beş manat, səksən doqquz qəpik) manat məbləğində əsas, 513.36 (beş yüz on üç manat, otuz altı qəpik) manat məbləğində faiz, 182.40 (bir yüz səksən iki manat, qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10701.65 (on min yeddi yüz bir manat, altmış beş qəpik) manat məbləğində borcun və 122.10 (bir yüz iyirmi iki manat, on qəpik) manat ödənilmiş dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2023-cü il tarixli, 340257-CNS-45448 nömrəli Borcun restrukturizasiyasına dair müqaviləyə əsasən kredit alanın banka 23 may 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq 08 fevral 2022-ci il tarixli, 340257-1-31968 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 10005.89 (on min beş manat, səksən doqquz qəpik) manat məbləğində kredit verilmişdi. 11 dekabr 2023-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini 24 iyul 2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka 10005.89 (on min beş manat, səksən doqquz qəpik) manat əsas, 513.36 (beş yüz on üç manat, otuz altı qəpik) manat faiz, 182.40 (bir yüz səksən iki manat, qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10701.65 (on min yeddi yüz bir manat, altmış beş qəpik) manat məbləğində borcu qalmışdır. Borcluya 11 dekabr 2023-cü il tarixə yaranmış borcu barədə 13 dekabr 2023-cü il tarixli, 6700 P saylı pretenziya məktubu göndərilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə “23” fevral 2024-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll etdiklərindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdi. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəsatətini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırkı vəziyyətdə isə işin məhkəmədə baxılmasına hazırlıq ərəfəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizənin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik prinsipi onu nəzərdə tutur ki, tərəflər bu prinsipdən çıxış edərək pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edir, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq, onu geri götürmək, mübahisədən imtina etmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olur. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələri ilə müəyyən olunur ki, həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi X3 Portalı vasitəsi ilə 22 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 122.10 (bir yüz iyirmi iki manat, on qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə yekunda ona qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia qaldırarkən Azərbaycan Respublikası Mərkəzi X3 Portalı vasitəsi ilə 22 yanvar 2024-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 122.10 (bir yüz iyirmi iki manat, on qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-194/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-194/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver