Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-195/2023 27.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 22 fevral 2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 22 dekabr 2020-ci il tarixli, İK1001655 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 10 947.9 (on min doqquz yüz qırx yeddi manat 90 qəpik) manat əsas borc, 1 042.32 (bir min qırx iki manat 32 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11 990.22 (on bir min doqquz yüz doxsan manat 22 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 125.97 (bir yüz iyirmi beş manat 97 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bank tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, İK1001655 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. Verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 22 dekabr 2020-ci il tarixli, 1001655/20834 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanılmış və Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edilmişdir. İddiaçının tələbinin əsaslandığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, kredit ödənişləri cədvəli və kassa məxaric orderidir. Kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən müəyyənləşdirilmişdir ki, gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə hesablanır. Kredit müqaviləsinin 8.2-ci maddəsinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış fazilərin kreditora tam ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 3.1-ci bəndində isə Zamin Borcalanın kreditor qarşısında Kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, Borcalan tərəfindən Kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə borcların tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla Borcalanla birlikdə eyni həcmdə məsuliyyət daşımasımüəyyənləşdirilir. Cavabdeh1 tərəflər arasında bağlanmış 22 dekabr 2020-ci il tarixli, İK1001655 saylıkredit müqaviləsinə əsasən xx.xx.2023 - cü il tarixə 10 947.9 (on min doqquz yüz qırx yeddi manat 90 qəpik) manat əsas borc, 1 042.32 (bir min qırx iki manat 32 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11 990.22 (on bir min doqquz yüz doxsan manat 22 qəpik) manat kredit borcu öhdəliyi var. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutan məhkəmə işə iddiaçının nümayəndəsi və Cavabdeh2 qıznın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 izahatında 22 dekabr 2022-ci il tarixdə həyat yoldaşının əməliyyat xərcləri üçün 17 faiz dərəcəsi ilə istehlak krediti götürdüyünü, həmin tarixdə sığorta haqqı tutulduqdan sonra 14865 manat pulu nağd şəkildə aldığını, həmin vaxt Milli Orduda xüsusi təyinatlı olaraq xidmət etdiyini və Vətən Müharibəsində yaralandığından tərxis olunduğunu, əmək haqqı müharibə bitdikdən sonra yarıbayarı azaldıqdan sonra ayda 300 manat ödəyə bildiyini, xx.xx.2021-ci il tarixdə xidmətə yararlı olmaması ilə bağlı işdən azad olunduqdan sonra ödənişləri edə bilmədiyini, 2022-ci ilin avqust ayında banka faizlərin dondurulması ilə bağlı müraciət etdiyini, belə ki, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin kredit öhdəliklərinə faizlərin hesablanmasının 27 sentyabr 2020-ci il tarixdən dayandırılması ilə bağlı ölkə başçısının tapşırıqları, həmçinin Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının tövsiyyə xarakterli qərarlarının mövcud olduğunu, müraciətinin qeydə alındığını və baxılacağını bildirdiklərini, daha sonra maraqlandıqda isə hər dəfə müsbət rəylərlə dayandırılacağını deyərək onu yola saldıqlarını, hətta sistemdə müraciətinin təmin olunması barədə qeydin də ona göstərildiyini, daha sonra isə ona faizlərin dayandırılmadığını, belə ki, kredit öhdəlikləri üzrə faizlərin hesablanmasının dayandırılması ilə bağlı güzəştlərin yalnız müharibədən əvvəl götürülmüş kreditlərə şamil olunduğunu bildirdiklərini və bununla bağlı yazılı şəkildə cavab məktubları da göndərildiyini, bu hallar nəzərə alınmaqla əsas borca etirazı olmasa da 2022-ci ilin avqust ayından, yəni faizlərin hesablanmasının dayandırılması ilə bağlı müraciət etdikdən sonra hesablanmış faizlərin alınıb verilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mülki iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh1 istehlak məqsədi üçün "xxxx" ASC tərəfindən kreditin verilməsi, cavabdehin Bank qarşısında öz öhdəliklərini lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə iddiaçı təşkilat ilə Cavabdeh2 arasında zaminlik müqaviləsinin bağlanması, cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi işin mübahisəsiz hallarıdır. Belə ki, mülki iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli, İK ******* saylı müqavilədən "xxxx" ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmış olması, Cavabdeh1 Bank tərəfindən istehlak məqsədi üçün 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində illik 17% (on yeddi) faiz dərəcəsi ilə kreditin verilməsi barədə razılıq əldə olunması; - xx.xx.2020-ci il tarixli 2803 nömrəli Xəzinə məxaric orderindən və cavabdehin izahatından "xxxx" ASC tərəfindən Cavabdeh1 14865.00 AZN kredit məbləğinin verilməsi; - xx.xx.2020-ci il tarixli, 1001655/20834 nömrəli kredit müqaviləsinə əlavə zaminlik müqaviləsindən "xxxx" ASC ilə Cavabdeh2 arasında Zaminlik müqaviləsinin bağlandığı, X2rşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürdüyü; - 25 yanvar 2023-cü il tarixli xəbərdarlıqlardan və poçt xəbərnamələrindən "xxxx" ASC tərəfindən cavabdehlərə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aydın olur. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli, İK ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 10 947.9 (on min doqquz yüz qırx yeddi manat 90 qəpik) manat əsas borc, 1 042.32 (bir min qırx iki manat 32 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11 990.22 (on bir min doqquz yüz doxsan manat 22 qəpik) manat kredit borcunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi işin mübahisəli halıdır. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə predmetini Bankın Borcalana şəxsi istehlak məqsədi üçün 36 ay müddətinə 15000 (on beş min) manat məbləğində illik 17% (on yeddi) dərəcəsi ilə istehlak kreditinin verilməsi, Borcalanın isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürməsi təşkil edir; - müqavilənin 1.2-ci bəndindən aydın olur ki, öhdəliyin icrası Borcalanın aylıq gəlirləri hesabına həyata keçiriləcəkdir, öhdəliyin icrasının təminatı Zamin və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır; - müqavilənin 2.1-ci bəndinə görə kreditin verilməsi Borcalanın cari hesabına köçürmə yolu ilə və yaxud nağd qaydada həyata keçirilir; - müqavilənin 2.3-cü bəndindən aydın olur ki, kredit məbləği borcalana illik 17% dərəcəsi ilə verilir, faizlər annuitet qaydada hesablanır, nəticədə kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 18.51%-dir. - müqavilənin 2.7-ci bəndindən aydın olur ki, kredit üzrə borcun ödənilməsi tarixi (faizlərin, cərimələrin ödənilməsi) vəsaitlərin kassaya və ya Bankın müxbir hesabına daxil olan tarix və ya müştərinin Bankda açdığı hesabından vəsaitlərin silinməsi tarixi hesab olunur. - müqavilənin 2.8-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlərin hesablanması müddəti ssuda hesabı üzrə borcun yarandığı tarixdən başlayır və bu borcun qaytarılması tarixində qurtarır... - müqavilənin 2.11-cu bəndinə əsasən faizlər və cərimələr gündəlik olaraq hesablanır və borcalan üçün açılmış müvafiq hesabda qeydə alınır. - müqavilənin 2.12-ci bəndinə əsasən cərimələrin ödənilməsi faktiki vaxtı keçmiş ödəniş günlərinin sayı üzrə həyata keçirilir. Cərimələrin hesablanması müddəti ödəniş qrafikinə uyğun olaraq ödəniş aparılmalı olan, lakin aparılmayan tarixdən başlayır və ödəniş aparılan tarixdə qurtarır. - müqavilənin 2.14-cu bəndinə əsasən müqavilə üzrə borcun qaytarılması üçün borcalan tərəfindən hesaba köçürülən məbləğ ödəniş sənədində göstərilən ödənişin təyinatından asılı olmayaraq aşağıdakı növbəliliklə ödənişə istifadə olunur: ödənilməmiş faizlər və cərimələr, əsas məbləğ üzrə vaxtı keçmiş borclar, hesablanmış faiz və əsas məbləğ üzrə müddətli borclar; - müqavilənin Bankın hüquqları adlanan 4.1-ci bəndinə görə Bankın bu müqavilə pozulduğu halda kredit üzrə borcun qaytarılmasını və hesablanmış faizlərin, cərimələrin və müqavilənin 2.15-ci bəndinə əsasən Bankın təsdiqlənmiş xərclərinin ödənilməsini Borcalandan tələb etmək hüququnun olması müəyyən edilir; - müqavilənin 4.4-cü bəndinə görə isə borcalanın ödəniş qrafikinə uyğun olaraq hər ay müəyyən edilmiş məbləğdə ödənişləri həyata keçirmək, kreditin bütün məbləğini, ona hesablanmış faizləri, cərimələri və borcun qaytarılması ilə əlaqədar digər xərcləri tamamilə ödəmək kimi vəzifələri vardır; - müqavilənin 5.2-ci-cü bəndinə görə bank aşağıdakı hallarda müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər: a) borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini vaxtında yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə; b) borcalan müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş vəzifələrini icra etmədikdə və ya lazımınca icra etmədikdə və s. - müqavilənin 6.1-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. - müqavilənin 7-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında müqavilə ilə əlaqədar yaranan mübahisələrin qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüququnu pozmadan həll edilməsi, tərəflər mübahisələrin həlli haqqında razılığa gəlmədikdə mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edə biləcəkləri nəzərdə tutulmuşdur. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli 1001655/20834 nömrəli Zaminlik müqaviləsinə görə isə Zamin sözügedən Kredit müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür, müqavilə Borcalanın Bank qarşısında xx.xx.2020-ci il tarixli, İK ******* saylı kredit müqaviləsi üzrə bütün öhdəliklərinin - kredit və ona hesablanmış faizlərin tam ödənildiyi günə kimi qüvvədədir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə olunmuş, kreditor borcalan qarşısında öhdəliyini lazimınca icra edərək razılaşdırılmış krediti borcalana vermişdir. Cavabdehlərin isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları və cavabdehin izahatı ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdehlər tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə Cavabdeh1 Vətən müharibəsi iştirakçısı olaraq hərbi qulluqçu kimi kredit öhdəliklərinə faizlərin hesablanmasının dayandırılması ilə bağlı müraciətinin nəzərə alınaraq 2022-ci ilin avqust ayından etibarən hesablanmış faizlərə dair hissədə iddianın rədd olunması ilə bağlı etirazına münasibətdə aşağıdakıları qeyd edir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023 və xx.xx.2023-cü il tarixli cavabdehin müraciətinə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş cavab məktublarından belə məlum olur ki, bank Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin 23 oktyabr 2020-ci il tarixli 34 saylı qərarına istinad edərək cavabdehin xx.xx.2022-ci il tarixli kreditin faizinin dayandırılması ilə bağlı ərizəsinə bankın daxili qaydalarına əsasən baxıldığını, lakin kreditin müharibədən sonra götürüldüyü nəzərə alınmaqla faizlərin hesablanmasının dayandırılmadığı nəticəsinə gəlmişdir. Mülki Məcəllənin: - 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 421.3-ci maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qeyd edir ki, cavabdeh aralarında bağlanmış müqaviləyə uyğun olaraq bank qarşısında götürdüyü krediti 36 ay müddətinə 17 faiz dərəcəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilələr isə ikitərəfli əqdlər olmaqla yalnız tərəflərin qarşılıqlı razılaşması əsasında və ya qanunda nəzərdə tutulmuş müstəsna hallarda bir tərəfin iradəsi əsasında dəyişdirilə və ya onun icrasından tamamilə və ya hissəvi icrasından imtina oluna bilər. İşin araşdırılması zamanı müavilə tərəfləri arasında belə bir razılaşmanın əldə olunmadığı, kreditorun borcalanın müqavilənin hissəvi icrasından imtinası ilə razılaşmadığı müəyyən olunmuşdur. Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Belə olan halda məhkəmə cavabdehin faiz borcunun qismən təmin olunması ilə bağlı etirazının əsası kimi istinad etdiyi halları əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi ilə bağlı müqavilə tələbinə əməl olunaraq öhdəliyin icra olunması tələbi və icra olunmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq bildirişi cavabdehlərə rəsmi qaydada verilmiş, mübahisənin qarşılıqlı anlaşma yolu ilə həllinə nail olunmamışdır. Borcun məbləğinə gəldikdə isə iddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışdan və maliyyə arayışından xx.xx.2023-cü il tarixə 10 947.9 (on min doqquz yüz qırx yeddi manat 90 qəpik) manat əsas borc, 1 042.32 (bir min qırx iki manat 32 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 11 990.22 (on bir min doqquz yüz doxsan manat 22 qəpik) manat kredit borcu öhdəliyinin olduğu müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar tələb olunan əsas və faiz borcunun məbləğinə münasibətdə borcun əsaslılığı nəticəsinə gəlmək üçün kifayətdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən, əsas borclu Cavabdeh1 ilə yanaşı, zamin Cavabdeh2 “Zaminlik müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyə əsasən əsas borclu ilə birgə məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsi ilə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdır. Son olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 10 947.9 manat (on min doqquz yüz qırx yeddi manat doxsan qəpik) əsas borc, 1 042.32 manat (bir min qırx iki manat otuz iki qəpik) faiz borcu olmaqla, cəmi 11 990.22 manat (on bir min doqquz yüz doxsan manat iyirmi iki qəpik) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 125.97 manat (bir yüz iyirmi beş manat doxsan yeddi qəpik) miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 10 947.9 manat (on min doqquz yüz qırx yeddi manat doxsan qəpik) əsas borc, 1 042.32 manat (bir min qırx iki manat otuz iki qəpik) faiz borcu olmaqla, cəmi 11 990.22 manat (on bir min doqquz yüz doxsan manat iyirmi iki qəpik) müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 və Cavabdeh2 125.97 manat (bir yüz iyirmi beş manat doxsan yeddi qəpik) miqdarında dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-195/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-195/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver