Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-197/2022 27.04.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i : İddiaçı Açıq Səhmdar Cəmiyyəti “04” aprel 2022-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartına dair müqavilə üzrə 299.19 (iki yüz doxsan doqquz manat, on doqquz qəpik) manat borc və 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə 1853.43 (bir min səkkiz yüz əlli üç manat, qırx üç qəpik) manat əsas borc, 315.94 (üç yüz on beş manat, doxsan dörd qəpik) manat faiz borcu, həmçinin ödənilmiş 44.68 (qırx dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit xətti müqaviləsinə əsasən cavabdehə 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit xətti ayrılmışdır. Həmçinin cavabdeh ilə 27 iyul 2020-ci il tarixdə bağlanmış RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə ona 36 ay müddətinə illik 26,71 faiz dərəcəsi ilə 2435.30 (iki min dörd yüz otuz beş manat, otuz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdı. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdi. Nəticədə onun 17 mart 2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə kredit xətti müqaviləsi üzrə 299.19 (iki yüz doxsan doqquz manat, on doqquz qəpik) manat əsas, kredit müqaviləsi üzrə 1853.43 (bir min səkkiz yüz əlli üç manat, qırx üç qəpik) manat əsas, 315.94 (üç yüz on beş manat, doxsan dörd qəpik) manat faiz borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun qaytarılması təmin edilməmişdi. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və İddiaçı Açıq Səhmdar Cəmiyyəti mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat formasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat formasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Zeynəddin kəndində rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 04 aprel 2022-ci il tarixli məhkəmə bildirişi ilə iddiaçının ərizəsinin surətini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehə rəsmi qaydada verilmişdi. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məhkəmə sənədlərinin cavabdehə 05 aprel 2022-ci ildə təqdim edilməsi aydın olur. Qeyd olunan məhkəmə bildirişində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında əsasən kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartına dair müqavilə və 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi imzalanmış və həmin müqavilələr üzrə tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər: - 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartına dair müqavilənin; -1-ci bəndinə əsasən müqavilədə qeyd edilənlərə əsasən bank müştəriyə bu müqavilə, habelə müştəri və bank arasında bağlanan karta dair müqavilə əsasında “Birkart" verir, həmin “Birkart”a bağlı bu müqavilədə qeyd edilən bütün istisnalar nəzərə alınmaqla təyinatı şəxsi istehlak olan bərpa olunan kredit xətti ayırır, müştəri isə kredit xətti üzrə borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu) ödəyir, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. Bu müqavilədə borclar üzrə müddətlər borcun verildiyi gündən hesablanır; - 2-ci bəndinə görə Birkart ödəniş kartının (kartın) bir növüdür. Birkart üzrə hesabın valyutası AZN-dir (manatdır); - 3-cü bəndində qeyd edilir ki, “Birkart”dan son istifadə tarixi 19 sentyabr 2022-ci ildir. Müddət bitdikdən sonra bankın daxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə əsasında onun istəyi ilə yeni “Birkart” təqdim oluna bilər. Birkart fiziki zədələndiyi və ya itirildiyi hallarda müştərinin istəyinə əsasən bank tərəfindən yenisi ilə əvəz edib bilər. Buna görə müştəri banka 1 (bir) manat məbləğində pul vəsaiti ödəməlidir. Bu müqavilə müddəti ərzində birkart maksimum 3 dəfə yenilənə bilər; - 6-cı bəndinə əsasən hər il üçün 15 manat xidmət haqqı hesablanır. Kartın kateqoriyasının dəyişdirilməsi, kartın yenisi ilə əvəz edilməsi hallarında müştəridən bankın tarif dərəcələri əsasında xidmət haqqı tutulur. Birkartın müştəriyə verilmə tarixindən başlayaraq 3 ay sonrakı tarixədək hər biri minimum 10 manat olmaqla 3 ədəd nağdsız əməliyyat aparıldıqda birinci il üçün xidmət haqqı məbləği bank tərəfindən hesablanmır, yəni tutulmur. Bu abzasda nəzərdə tutulan 3 ədəd nağdsız əməliyyat müştəri tərəfindən aparılmadığı təqdirdə illik xidmət haqqı məbləği qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq yaranır və həmin, borca qeyri-taksit əməliyyatı kimi 3 ay ərzində “Birkartdan istifadə olunmuşdursa 3-cü ayın son günündən, 3 ay ərzində istifadə olunmayıbsa, "Birkart”la ilk əməliyyat həyata keçirilən gündən faizlər hesablanır. Hər il üzrə xidmət haqqı məbləği müştərinin borcuna əlavə edilir və müvafiq məbləğə qeyri-taksit əməliyyatı kimi bu müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır; - 7-ci bəndinə görə “Birkart” üzrə hesaba ayrılmış kredit xəttinin nağdlaşdırılmasına görə minimum 2 manat olmaqla 1.5 (bir tam onda beş) faiz xidmət haqqı müəyyən olunur. Digər nağdlaşdırma və kart əməliyyatlarına, habelə bank əməliyyatlarına görə xidmət haqqı tarifləri bankın qüvvədə olan tarif dərəcələrinə əsasən müştəri tərəfindən ödənilir. Kredit xəttindən nağdlaşdırma komissiyasının “Birkart" hesabından tutulması halında müvafiq komissiya məbləğləri borc məbləğinin üzərinə əlavə olunur və güzəşt müddəti olmayan qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq nəzərə alınır (müvafiq məbləğə bu müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır); - 8-ci bəndi ilə müəyyən edilir ki, “Birkart” üzrə hesaba bu müqaviləyə əsasən kredit xətti ayrılır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər; - 11-ci bəndinə görə kredit xəttindən ilkin olaraq müştəri tərəfindən istifadə edilə biləcək məbləğ bank tərəfindən 300 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, müştəri bu müqavilənin 22-ci hissəsində qeyd edilən mobil nömrəsinə SMS vasitəsi ilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə ha belə ATM və bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə kredit xəttinin istifadə edilə biləcək məbləğinin 15000 manatadək olan müvafiq məbləğ həddində, sms və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması ha belə müqavilənin şərtlərinin dəyişdirilməsi ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqnamələrin) edilməsi müştəriyə məxsus şəxsi imanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvədədir; - 11.3-11.5-ci bəndlərinə əsasən kredit xəttindən son istifadə tarixi 19 sentyabr 2022ci ildir. Kartın istifadə müddəti ərzində qeyri-taksit əməliyyatları üzrə əsas borcdan minimal aylıq ödəniş faizi 5 faizdir. Ödəniş intervalı hər ayın 1-dən 10-dək ( son tarix qeyri iş gününə düşərsə, əvvəlki iş günü əsas götürülür; - 11.18.2 və 11.18.3-cü bəndlərlə müəyyən edilir ki, bank müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 5 (beş) iş günü müddətində qaytarmalıdır. Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğini 1%-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesab(lar) ından silinir); -11.19 və 11.19.1-ci bəndlərdə qeyd edilir ki, müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə artırılmasını müştəridən vaxtından əvvəl tələb edə bilər; - müqavilənin 14-cü bəndinə görə bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. -27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsinin; -1.1 - 1.5-ci bəndlərinə əsasən kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 2435.30 (iki min dörd yüz otuz beş manat, otuz qəpik) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman birdəfəlik 24.11 (iyirmi dörd manat, on bir qəpik) manat xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanın cari hesabına köçürmə üsulu ilə verilir. Carı hesaba köçürülən vəsait borcalanin istəyinə əsasən onun verdiyi ərizə əsasında bu müqavilənin 1.2-ci bəndində qeyd edilən xidmət haqqı çıxılmaq şərti ilə borcalanın "Kapital Bank” ASC-də olan müvafiq kart hesabına köçürülə bilər. Tərəflər razılaşır ki, borcalanın bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün borcalan tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcək. Kredit borcalana gündəlik tələbat məqsədilə verilir. Kredit 36 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır; - 2.1 və 2.1.1.1-ci bəndlərə görə kreditdən istifadəyə görə borcalan illik 26.71 faiz (faktiki illik faiz dərəcəsi 27.5%) ödəyir. Borcalan əsas və faiz borcunu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki (bundan sonra Ödəniş qrafiki) əsasında ödəyir. Manatın ABŞ dollarına nisbətdə dəyəri 1.75 manatdan 1.9 manatadək olarsa, bu müqavilənin 2.1-ci bəndində qeyd edilən kreditin illik faiz dərəcəsi 33 faiz olacaqdır; -3.1.4, 3.1.4.1 və 3.1.4.2-ci bəndlərlə müəyyən edilir ki, borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda, faizlərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər; -5.2-ci bəndin tələbinə görə müqavilə tərəflərin imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır; -5.5-ci bənddə qeyd edilir ki, hüquqi və ya poçt ünvanında dəyişiklik olan tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum olan ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartı müqaviləsi üzrə iddiaçının kredit kartını cavabdehə verilməsi, ona kredit xətti ayırması, cavabdehin isə kredit xətti üzrə borclarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməsi, 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh verməsi, sonuncunun isə ödəniş cədvəli ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri, sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra etməsini sübut etmək vəzifəsinə gəldikdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartına dair müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə edilmiş 28 oktyabr 2019-cu il tarixli, 200305TT**********430 nömrəli balansdankənar məxaric orderi və 17 mart 2022-ci il tarixli hesabdan çıxarışla öz təsdiqini tapır. 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə isə iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi 27 iyul 2020-ci il tarixli kassa məxaric orderi və 17 mart 2022-ci il tarixə olan hesabdan çıxarışla sübuta yetirilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 25 dekabr 2021-ci il tarixli, 16/64981 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı onun diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartı müqaviləsinin 14-cü və 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsinin 4-cü bəndlərindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 29 mart 2022-ci il tarixli, 135000/877 nömrəli maliyyə arayışından və 17 mart 2022-ci il tarixli hesabdan çıxarışdan Cavabdeh 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartı müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 299.19 (iki yüz doxsan doqquz manat, on doqquz qəpik) manat əsas borcu və 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə 1853.43 (bir min səkkiz yüz əlli üç manat, qırx üç qəpik) manat əsas və 315.94 (üç yüz on beş manat, doxsan dörd qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsində məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 44.68 (qırx dörd manat, altmış səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartına dair müqavilə üzrə 299.19 (iki yüz doxsan doqquz manat, on doqquz qəpik) manat əsas borc və 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə 1853.43 (bir min səkkiz yüz əlli üç manat, qırx üç qəpik) manat əsas, 315.94 (üç yüz on beş manat, doxsan dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2468,56 (iki min dörd yüz altmış səkkiz manat, əlli altı qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 44.68 (qırx dörd manat, altmış səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, BRED1575780A130 nömrəli kredit kartına dair müqavilə üzrə 299.19 (iki yüz doxsan doqquz manat, on doqquz qəpik) manat əsas və 27 iyul 2020-ci il tarixli, RGTK2475187A130 nömrəli kredit müqaviləsi üzrə 1853.43 (bir min səkkiz yüz əlli üç manat, qırx üç qəpik) manat əsas, 315.94 (üç yüz on beş manat, doxsan dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2468,56 (iki min dörd yüz altmış səkkiz manat, əlli altı qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 44.68 (qırx dörd manat, altmış səkkiz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-197/2022
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-197/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver