Məhkəmə qərarları › İş №e-2(079)-212/2022

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-212/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-212/2022 23.05.2022 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh borcun tutulması tələbinə dair mülki işə məhkəmə iclasından kənar tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Babək Rayon Məhkəməsinə kiçik iddialara dair işlər üzrə üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2021-ci il tarixli, 317229-CNS-20547 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 2.069,35 (iki min altmış doqquz manat otuz beş qəpik) AZN manat məbləğində əsas borc, 207.82 (iki yüz yeddi manat səksən iki qəpik) manat məbləğində faiz borcu, 88.40 (səksən səkkiz manat qırx qəpik) AZN manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.365,57 (iki min üç yüz altmış beş manat əlli yeddi qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 43,66 (qırx üç manat altmış altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, 25.01.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini 01.09.2021-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.069,35 (iki min altmış doqquz manat otuz beş qəpik) manat məbləğində əsas borc, 207.82 (iki yüz yeddi manat səksən iki qəpik) manat məbləğində faiz borcu, 88.40 (səksən səkkiz manat qırx qəpik) AZN manat məbləğində cərimə olmaqla, ümumilikdə isə 2.365,57 (iki min üç yüz altmış beş manat əlli yeddi qəpik) manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh yaranmış borc barədə 28.10.2021-ci il tarixli, 8315 saylı pretenziya məktubu göndərilmişdir. 24.01.2022-ci il tarixli hesabdan çıxarışa əsasən 2.220 (iki min iki yüz) manat məbləğində Cavabdeh kredit verilmişdir. 15.11.2021-ci il tarixli maps arayışına əsasən borclu Şükürov X1 Muxtar Respublikası, Babək rayonu, Vayxır kənd ərazisi, Xalxal kəndində qeydiyyatdadır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Hazırki mülki iş üzrə məhkəmə sənədlərinin Cavabdeh məhkəməyə məlum olan-cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə rəsmi qaydada verilməsi təmin olunmuşdur. İş üzrə Cavabdeh göndərilmiş məhkəmə bildirişlərində iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunsa da, cavabdeh tərəfindən iddiaya qarşı etiraz, etirazının dəlilləri və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc (kredit) müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında 01.03.2021-ci il tarixli, 317229-CNS- 20547 nömrəli kredit müqaviləsi imzalanmış və tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan, Mülki Məcəllə ilə nəzərdə tutulmuş müvafiq müqavilənin şərtləri ilə bağlı imperativ normalarla ziddiyyət təşkil etməyən şərtlər barədə razılığa gəlmişlər: - müqavilənin 2-ci bəndinə əsasən müqavilənin predmetini 2220 AZN (iki min iki yüz manat) kreditin daşınmaz əmlakın alınması məqsədilə 48 ay müddətinə illik 22% dərəcəsi ilə borcalana verilməsi təşkil edir; - müqavilənin 2.8-ci bəndinə əsasən müqaviləyə görə “Bank” “Kredit alan”a müqavilənin 2-ci bəndində göstərilən məbləğdə və müddətdə kredit verməyi, “Kredit alan” isə verilmiş krediti qəbul edib müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi, krediti qaytarmağı və kreditdən istifadəyə görə “Bank”a müqavilənin 2-ci bəndində göstərilən illik faiz ödəməyi öhdsinə götürür; - müqavilənin 2.10-cu bəndinə görə kredit bu müqavilə ilə müəyyən olunan şərtlər “Kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindən “Kredit alan”ın müvafiq cari hesabına köçürmə yolu ilə verilir. - müqavilənin 2.11-ci bəndinə görə ödəniş cədvəlində və pul öhdəliyinin vaxtndan əvvəl icrasına dair bu müqavilə ilə müəyyən olunan pretenziyada müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə gecikdirilmiş kredit yaranır və gecikdirilmiş kredit hesabında əks etdirilir. - müqavilənin 4.1-ci bəndinə görə kredit müddətinin axımı kredit “kredit alan”ın cari hesabına köçürüldüyü təqvim tarixindən başlanır və müddətin sonuncu günü bitir. - müqavilənin 5.4.3-cü bəndinə görə kredit alan bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti banka qaytarmağı və faizlər ödəməyi öhdəsinə götürür. - müqavilənin 5.4.6-cı bəndinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulunu və zərərin əvəzini bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə banka ödəməyi öhdəsinə götürür. - müqavilənin 6.1 və 6.1.3-cü bəndinə görə kredit alan tərəfindən ödəniş cədvəli ilə müəyyən olunan müddətlər 2 (iki) aydan artıq müddətə gecikdirildikdə habelə ardıcıl olaraq 2 (dəfə) pozulduqda və s hallarda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər və birtərəfli qaydada müqaviləni vaxtından əvvəl ləğv edə bilər. - müqavilənin 6.2-ci bəndinə görə bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. - müqavilənin 7.1-ci bəndinə görə müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və kredit alan tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdliklərin banka tam icra olunduğu andan qüvvədən düşür. - müqavilənin 9.1-ci bəndinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. - müqavilənin 9.2-ci bəndinə görə bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. - müqavilənin 9.3-cü bəndinə görə kredit alan cərimədən başqa vurulmuş zərərin əvəzini banka tam həcmdə ödəməlidir və bu kredit alanı müqavilə üzrə əsas öhdəliklərin icrasından azad etmir. - müqavilənin 9.4-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilənin 6.2 və 6.3-cü bəndləri ilə müəyyən edilən qaydada ödənilməldir. - müqavilənin 13.1-ci bəndinə görə bu müqavilə ilə əlaqədar tərəflər arasında yarananmübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 01.03.2021-24.01.2022-ci il tarixləri əhatə edən Cavabdeh cari hesabından çıxarışdan belə məlum olur ki, 01.03.2021-ci il tarixdə borc alanın hesabına bank tərəfindən 2200 (iki min iki yüz) manat kredit məbləği köçürülmüşdür. Beləliklə iddiaçının cavabdeh qarşısında əsas öhdəliyini lazımınca icra etməsi təsdiqini tapır. Kredit müqaviləsinə əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" (Azərbaycan) ASC qarşısında əsas öhdəliyi 48 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 70.01 manat (yetmiş manat bir qəpik) məbləğində ödənişi həyata keçirməkdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun miqdarına gəldikdə isə iddia ərizəsinə əlavə edilmiş Cavabdeh 01.03.2021-ci il tarixli “Nağd pul krediti müqavilə”si üzrə 25.01.2022-ci il tarixə olan borcu barədə Maliyyə Arayışından cavabdehin iddiaçı təşkilata 2069.35 manat əsas, 207.82 manat faiz və 88.40 manat cərimə borcu olmaqla, cəmi 2365.57 manat borcunun olduğu aydın olur. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarış və müvafiq maliyyə arayışını mötəbər sübut olaraq nəzərə alan məhkəmə sözügedən sübutları borcun miqdarına münasibətdə iddia tələbinin əsaslılığı nəticəsinə gəlmək üçün kifayət hesab edir. İddia tələbinin cərimənin ödənilməsi tələbinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndinə görə bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0.05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. Müqavilənin 9.4-cü bəndinə görə bu müqavilə ilə müəyyən olunan cərimə, habelə zərərin əvəzi müqavilənin 6.2 və 6.3cü bəndləri ilə müəyyən edilən qaydada ödənilməldir. Müqavilənin 6.2-ci bəndinə görə bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Belə ki, iddiaçı müqavilədən irəli gələn həm əsas və faiz borcuna, həm də cərimə borcuna münasibətdə mübahisənin məhkəmədən kənar qaydada həlli ilə bağlı öhdəliyini yerinə yetirmiş, lakin bunun nəticəsi olmamışdır. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borca mütənasibdir və azaldılması üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 01 mart 2021-ci il tarixli, 317229-CNS-20547 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 2.069,35 manat (iki min altmış doqquz manat otuz beş qəpik) məbləğində əsas, 207.82 manat (iki yüz yeddi manat səksən iki qəpik) məbləğində faiz, 88.40 manat (səksən səkkiz manat, qırx qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.365,57 manat (iki min üç yüz altmış beş manat, əlli yeddi qəpik) məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 43,66 manat (qırx üç manat altmış altı qəpik) dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 01 mart 2021-ci il tarixli, 317229-CNS-20547 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 2.069,35 manat (iki min altmış doqquz manat otuz beş qəpik) məbləğində əsas, 207.82 manat (iki yüz yeddi manat səksən iki qəpik) məbləğində faiz, 88.40 manat (səksən səkkiz manat, qırx qəpik) məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.365,57 manat (iki min üç yüz altmış beş manat, əlli yeddi qəpik) məbləğində borc Cavabdeh tutularaq iddiaçı "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 43,66 (qırx üç manat altmış altı qəpik) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar