Məhkəmə qərarları › İş №e-2(079)-212/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-212/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-212/2023 12.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “07” mart 2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı müqaviləsi üzrə 500 (beş yüz) manat əsas, 111.83 (bir yüz on bir manat, səksən üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə həmin müqavilə üzrə 611.83 (altı yüz on bir manat, səksən üç qəpik) manat məbləğində borcun, 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsi üzrə 1961.10 (bir min doqquz yüz altmış bir manat, on qəpik) manat əsas, 299.64 (iki yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə həmin müqavilə üzrə 2260.74 (iki min iki yüz altmış manat, yetmiş dörd qəpik) manat məbləğində borcun, həmçinin ödənilmiş 48.73 (qırx səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla cavabdeh arasında elektron qaydada bağlanmış 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 35 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdi, daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdi. Həmçinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 25 faiz dərəcəsi ilə 500 (beş yüz) manat məbləğində kredit verilmişdi. Daha dəqiq desək kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdi. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdı. Cavabdehin 01 mart 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsi üzrə 1961.10 (bir min doqquz yüz altmış bir manat, on qəpik) manat əsas, 299.64 (iki yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat faiz, 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit müqaviləsi üzrə 500 (beş yüz) manat əsas, 111.83 (bir yüz on bir manat, səksən üç qəpik) manat faiz borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilməsinə və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) onun tərəfindən bu günədək borcun tutulması təmin edilməmişdi. İddiaçının tələbinin hüquqi həlli ilə bağlı məhkəmə ilk olaraq tərəflərin nəzərinə çatdırır ki, iddianın qiyməti beş min manatdan aşağı olduğundan və İddiaçı Açıq Səhmdar Cəmiyyəti mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə işə həmin icraat qaydasında baxmışdı. Həmin Məcəllənin 284-5.3-cü maddəsinin tələbinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalı olması qeyd olunduğundan məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxmışdır. Əlavə olaraq məhkəmə bildirir ki, həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Mülki prosessual qanunvericiliyin sonuncu qeyd olunan tələbini nəzərə alan məhkəmə iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin istinad etdiyi sübutlar iddiaçı tərəfindən ərizəyə əlavə olunmuş və məhkəmə tərəfindən tədqiq olunmuş yazılı sübutlardır. Ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, iddiaçı öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmasına gəldikdə isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan cavabdehin Babək rayonu, Məzrə kəndində rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 07 mart 2023-cü il tarixli məktubla iddiaçının ərizəsinin surətini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq cavabdehə rəsmi qaydada verilmişdi. Belə ki, cavabdehə göndərilmiş məhkəmə sənədləri onun həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Məzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Qeyd olunan məhkəmə sənədində cavabdehə iddiaçının tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra 10 iş gün müddətində bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri, əsasən kredit müqavilələrindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. İddianın təmin olunması ilə bağlı istinad edilmiş və tərəflərin nəzərinə çatdırmaq istədiyi maddi hüquq normalarına gəldikdə isə məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər arasında mülki hüquq münasibətləri olmuş və onlar arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. İddiaçının tələbi Cavabdeh ilə onun arasında bağlanmış 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı və 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; -331.3-cü maddəsinə əsasən əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir; -331.5-ci maddəsində qeyd edilir ki, əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı və 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında müqavilə elektron qaydada bağlandığından məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı müqaviləsi və 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqavilələrindən görünür ki, tərəflər aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlmişlər. 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı müqaviləsinin; --1.1-ci bəndinə əsasən ödəniş kartı (Birkart və ya Kart) nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Nağdlaşdırma bankomat (ATM), POS-terminal və ya Bankın yerli struktur bölməsi vasitəsilə nağd pul vəsaitinin alınması (məxarici) əməliyyatıdır. Nağdsız ödəniş nağd puldan istifadə edilmədən kart vasitəsilə malların və ya xidmətlərin (POS-terminal, ATM, mobil tətbiq və ya internet vasitəsilə) dəyərinin ödənilməsi əməliyyatı, həmçinin internet üzərindən edilən onlayn əməliyyatlardır; -- 2-ci bəndinə görə müqaviləyə görə bank müştəriyə “Birkart” ödəniş kartı verir, həmin karta bağlı müqavilədə qeyd edilən şərtlərlə şəxsi istehlak məqsədilə bərpa olunan kredit xətti (bundan sonra - kredit xətti) ayırır və xəttin istifadəsi ilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir və yaranmış borclarım (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; -- 3.1-3.3-cü bəndlərində qeyd edilir ki, bank kredit xəttindən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adına və karta bağlı AZN valyutasında 410100D**********299 saylı cari hesab (bundan sonra - Birkart hesabı və ya hesab) və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Müştəri ayrılmış kredit xətti ilə taksit və qeyri-taksit əməliyyatları həyata keçirə bilər. Hesaba müştəri tərəfindən pul vəsaiti mədaxil oluna bilər. Bank tərəfindən ayrı qayda müəyyən edilməmişdirsə, hesabda olan pul vəsaitinə müştərinin xeyrinə hər hansı faiz hesablanmır. Hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 (üç) iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından şilinə bilər. Hesabda limitdən artıq borc - overdraft (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yarandığı halda, müştəri bank qarşısında yaranmış borcunu overdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Yaranmış borc müəyyən edilmiş müddətdə qaytarılmadıqda, bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər; -- 4.1-cı bəndinə əsasən müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ bank tərəfindən 500 manat müəyyən olunur. Tərəflər razılığa gəlirlər ki, müştəri, bu müqavilənin 11.2-ci hissəsində qeyd edilən və ya sonradan banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini 15000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, habelə müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və ya digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə texnoloji vasitələrlə müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; -- 4.3 və 4.4-cü bəndlərinə görə kredit xəttindən son istifadə tarixi 31 mart 2025-ci ildir. Kartın son istifadə tarixi 31 mart 2025-ci il tarixədəkdir. Kartın son istifadə tarixi başa çatdığı gündən etibarən həmin hesab sistemdə bağlanılır və hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür və bankın tariflərinə əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət haqqı tutulur. Müddət bitdikdən sonra bank daxili qayda və şərtlərində qeyd edilənlər yol verərsə, müştəriyə bu müqavilə üzrə yeni kart təqdim oluna bilər. Hesab bu müqavilənin 3.4-cü bəndi ilə nəzərdə tutulmuş qaydada bağlandıqda və ya kartdan istifadə müddəti bitdikdə, hesabdakı hər cür öhdəliklərdən azad pul vəsaiti bankda saxlanılır. Müştəri müvafiq vəsaiti əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birlikdə banka müraciət etməlidir; -- 4.5-ci bəndi ilə müəyyən edilir ki, kredit xəttinin illik faiz dərəcəsi qeyri-taksit əməliyyatlar üzrə 25 faizdir (maksimal FİFD 26,29 faizdir.); -- 4.8.1-ci bəndə görə taksit əməliyyatlar çərçivəsində Birkart vasitəsilə aparılan hər bir taksit əməliyyatı, əməliyyatın aparıldığı opsiyaya uyğun ayların sayma bölünərək, aylıq bərabər hissələrlə (faizsiz) ödənilir. Müştəri taksit əməliyyatlar çərçivəsində müvafiq əməliyyat üzrə aylıq ödənişinin (borcunun) ödənilməsini 20 gündən artıq gecikdirərsə, müvafiq taksit əməliyyatının ödəniş forması dəyişdirilir və qeyri-taksit əməliyyatı üzrə bu müqavilədə nəzərdə tutulmuş ödəniş formasına keçirilir (müvafiq taksit əməliyyatının bütün qalıq borc məbləği qədər kredit yaranır və güzəşt müddəti olmayan əməliyyatlara aid edilir). Bu halda müştəridən əməliyyat üzrə qalıq borc məbləğinin bir faizə qədər xidmət haqqı tutulur və borca əlavə edilir. Bu yarımbənddə nəzərdə tutulmuş gecikmə günlərinin müddəti həddinə dair tələb sonradan bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər; -- 4.14.14-cü bəndə əsasən müqavilə imzalandığı andan müştəri ilə bank arasında bağlanmış aşağıdakı kredit müqavilə(lər)sinə tərəflərinin qarşılıqlı razılığı ilə xitam verilir və müvafiq müqavilə(lər) üzrə müştərinin istifadəsinə verilmiş borc limiti sıfırlanaraq, ödənilməmiş müvafiq ümumi qalıq borc (əsas borc, faiz borcu və cərimə borcu daxil olmaqla) müştərinin bu müqavilə üzrə kart hesabına köçürülür. Qalıq borc müvafiq kart hesabında güzəşt müddətli borc kimi yaranır. Bank öz mülahizəsinə əsasən, xitam verilmiş müqavilə(lər)də mövcud olan taksit əməliyyatları üzrə borcların bu müqavilə çərçivəsində müvafiq taksitlərin qalıq müddətinə uyğun ödənilməsini müəyyən edə bilər; -- 5.3-cü bəndinə görə kartın mülkiyyəti banka aiddir. Bank karti geri ala, istifadəsini dayandıra bilər, habelə vaxtı bitmiş Kart(lar)ı yenisi ilə əvəz etməyə bilər. Müştəri kartin itməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itirildikdə və ya oğurlandıqda, müştəri tərəfindən Bankın “196” Müştəri Xidmətinə və ya ölkə xaricindən tel: (+99412) *** ** ** telefon nömrəsinə təcili xəbər verilməlidir. Müştəri bu xəbərdən sonra kartin etibarsız sayılacağını qəbul edir və bank tərəfindən yeni bir kartin verilməsi ilə əlaqədar bütün xərclərin ödənilməsini öhdəsinə götürür. Bank yeni kartın verilməsindən və ya müştəri yeni kart almaqdan imtina edərsə, hesabındaki kredit xəttindən artıq hər cür öhdəliklərdən azad məbləği əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birgə Banka ərizə ilə müraciət etməlidir; -- 6.1, 6.2, 6.4 və 6.7-ci bəndlərdə qeyd edilir ki, kartdan istifadəyə görə aylıq xidmət haqqı 1 manatdır. Kartdan istifadəyə görə aylıq xidmət haqqı bank tərəfindən hər növbəti təqvim ayının 11-ci günü (qeyri-iş gününə təsadüf edərsə növbəti iş günü) BirKart hesabından akseptsiz qaydada tutulur. Təqvim ayı üzrə Kart vasitəsilə həyata keçirilən kartdan karla, o cümlədən hesab(lar)a köçürmələr, habelə nağdsız kredit ödənişləri istisna olmaqla, kredit xətti və ya şəxsi vəsait hesabına aparılmış taksit və ya digər nağdsız əməliyyatların ümumi dəyəri 200 AZN-dən çox olduqda, həmin təqvim ayı üzrə Kartdan istifadəyə görə aylıq xidmət haqqı tutulmur. Birkart hesabına ayrılmış kredit xəttinin nağdlaşdırılmasına görə minimum 2 manat olmaqla 1,5 (bir tam onda beş) faiz xidmət haqqı müəyyən olunur. Digər nağdlaşdırma və kart əməliyyatlarına, habelə bank əməliyyatlarma görə xidmət haqqı tarifləri bankin qüvvədə olan tarif dərəcələrinə əsasən müştəri tərəfindən ödənilir. Kredit xəttindən nağdlaşdırma komissiyasının Birkart hesabından tutulması halında müvafiq komissiya məbləğləri borc məbləğinin üzərinə əlavə olunur və güzəşt müddəti olmayan Qeyri-taksit əməliyyatı kimi əsas borc olaraq nəzərə alınır (müvafiq məbləğə bu Müqavilə ilə nəzərdə tutulmuş illik kredit faizi hesablanır); -7.2.9-cu bəndinin tələbinə əsasən müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 1 faizi miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu müştərinin bankda olan hesab(lar)ından silinir); -- 9.1 və 9.1.1-ci bəndlərinə görə müştəri tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb edə və bu müqaviləyə xitam verə bilər; --10.1-ci bəndə əsasən müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrindən istifadə edilməklə müştəri tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. -22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsinin; -1.1-ci bəndində qeyd edilir ki, bank müştəriyə istehlak məqsədləri üçün bərpa olunmayan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsi ilə bağlı müvafiq hesab(lar) açır, müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəyir; -2.1-2.5-ci bəndlərinin tələbinə görə kreditin növü əşya krediti olub, platformada təqdim edilən malların və xidmətlərin alınması üçün verilir. Kredit xətti məbləği 1500 (bir min beş yüz) manatdır. Kreditdən istifadə müddəti müqavilənin imzalandığı tarixdən 36 (otuz altı) ay, kredit müqaviləsinin müddəti isə müqavilənin imzalandığı tarixdən 60 (altmış) ay təşkil edir. Kredit illik 25 (iyirmi beş) faiz (faktiki illik faiz dərəcəsi - FİFD: 26,29 (26 tam yüzdə 29) %) dərəcəsi verilir. -3.1- 3.4-cü bəndlərdə qeyd edilir ki, müştəri "xxxx" MMC-yə (“Platforma sahibi”) məxsus https://umico.az internet saytında və ya “Umico” mobil tətbiqində yerləşən Platformada qeydiyyatdan keçdikdən (şəxsi kabinet yaratdıqdan) sonra “MarketPlace”-də müvafiq partnyor şirkət(lər)in təqdim etdiyi əşya və ya xidmətləri seçir və Platformadakı şəxsi kabinetində olan səbətə əlavə edir. Bundan sonra, Müştəri səbətə əlavə edilmiş əşya (mal) və ya xidmətlərin dəyərinin ödənilməsi üsulu kimi Platformada kreditlə ödəniş üsulu üçün ayrılmış müvafiq xananı klikləyir. Nəticədə, Müştəri kreditin əldə edilməsi üçün müraciət etmək məqsədilə Platformada Bankın müəyyən etdiyi formada və məzmunda yerləşdirilmiş elektron pəncərəsinə yönləndirilir. Platformanın müvafiq elektron pəncərəsində kredit əldə etmək üçün tələb edilən zəruri məlumatları daxil etməklə və müvafiq xanaları klikləməklə müştəri tərəfindən kredit müraciəti təsdiqlənir. Müştərinin müvafiq kredit müraciətində qeyd etdiyi əlaqə vasitələrilə (elektron poçt ünvanı, mobil nömrə, şəxsi kabinet) müştəri ilə əlaqə saxlanılır. Əlaqə vasitələrindən hansının seçiləcəyini Bank öz mülahizəsinə əsasən müəyyən edir. Müraciət əsasında müştəri Bank tərəfindən Azərbaycan Respublikası qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ sənədləri və Bankın daxili qaydalarına əsasən qiymətləndirilir (skorinq olunur). Skorinqin nəticəsində Müştərinin məlumatları kreditin əldə edilməsi üçün zəruri tələblərə uyğun gəldikdə Müştəriyə bu barədə Platformadakı şəxsi kabineti vasitəsilə müsbət cavab verilir. Müsbət cavab verildiyi təqdirdə müştəri ilə bu kredit müqaviləsi rəsmiləşdirilir. Rəsmiləşdirmə məqsədləri üçün Müştərinin bu Müqavilənin rekvizitlər hissəsində göstərilən mobil nömrəsinə bir dəfəlik gizli kod (OTP - one-time password) göndərilir və bununla kredit müqaviləsini imzalayır (habelə, paralel olaraq, müqavilənin imzalanması üçün Bank tərəfindən zəruri hesab edildikdə, Müştəri ilə audi və ya videozənglə əlaqə saxlanıla da bilər). Rəsmiləşdirilmənin nəticəsində Müştəriyə bu Müqavilənin məqsədləri üçün bərpa olunmayan kredit xətti ayrılır. Bu kredit xətti dəyəri kredit üsulu ilə ödəniləcək hər bir əşya və ya xidmətlərə müvafiq olaraq yaradılmış kredit tranşlarından (kredit xətti hissələrindən) ibarət olur. Kredit tranşı müvafiq alınmış mal və ya xidmətin vergi daxil dəyəri əsasında formalaşan kreditin əsas məbləğindən, mal/xidmətin çatdırılma/təhvil xərclərinin dəyərindən və bu Müqavilə üzrə müvafiq tranş üçün ödənilməli bank komissiyasının məbləğindən təşkil olunur. Hər bir kredit tranşı üzrə bu Müqavilədə müəyyən edilmiş məbləğdə və qaydada faizlər hesablanır. Kredit tranşının tərkib hissəsini təşkil edən məbləğlər toplandıqdan sonra dövri onluq kəsrlər yarandıqda, yekun məbləğ Bank tərəfindən yüzdəbirlərədək yuvarlaşlaşdırılır: - 5.1 və 5.3-cü bəndlərinə görə bank, kreditin ödənilməsi və istifadəsi üçün Müştərinin adına müvafiq kredit hesabı açır. Kredit bu Müqavilə üzrə açılmış kredit hesabına köçürmə yolu ilə verilir. Bu Müqavilə üzrə açılmış cari hesab üzərindən istifadə edilir. Müştəri bu müqavilə üzrə kredit xətti limitindən hər hansı digər istiqamətlərdə, təyinatlarda və ya üsullarla nağdsız istifadə edə, habelə, kredit xətti məbləğini nağdlaşdıra bilməz; - 8.1 və 8.1.2-ci bəndərinin mahiyyətindən aydın olur ki, bankın müqavilə ilə nəzərdə tutulmuş hallarda kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə qaytarılmasını müştəridən vaxtından əvvəl tələb etmək hüququ var; -8.2 və 8.2.3, 8.2.4-cü bənlərinə əsasən bank bu müqavilədə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə müştəri krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları ən geci 10 (on) iş günü müddətində qaytarmalıdır. Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri banka ödəməlidir. Müştəri əsas borc məbləğinə illik faiz məbləğindən əlavə, bu müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); - 9.6-cı bəndi ilə müəyyən edilir ki, müştəri və bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş bildirişin müştəri tərəfindən təsdiq edilməsi, habelə ATM, ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrlə (bundan sonra - texnoloji vasitələr) müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi müştəriyə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və onun şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malikdir; -10.2-ci bəndinə görə müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir; -10.4-cü bəndə görə müqavilə tərəflərin şəxsi imzası ilə imzalandıqda və ya bankın texnoloji vasitələrindən istifadə edilməklə borcalan tərəfindən şəxsi imzanın başqa analoqu (imzanın faksimilesi, SMS, klik edilmə, müvafiq xananın seçilməsi, məlumatların doldurulması və s.) ilə təsdiq edildikdə qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Müqavilənin imzalanma qaydası ilə bağlı müddəa həm bu müqavilə bağlanarkən imzalanan, həm də bu Müqavilə üzrə gələcəkdə imzalanacaq digər əlaqəli sənədlərə (əqdlər) də tətbiq olunur. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Yuxarıda qeyd edildiyi və tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi tərəflər arasında əsasən borc (kredit) müqaviləsindən irəli gələn öhdəliklər mövcuddur. Tərəflər arasında bağlanmış müqavilələrdən aydın olur ki, iddiaçının cavabdehə kredit xətti ayırması, müqavilədə göstərilən şərtlərlə kredit məbləğini Cavabdeh verməsi, sonuncunun isə kredit məbləğini, faizləri, sair haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərin yerinə yetirilməsinin sübutetmə vəzifəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 24 dekabr 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müqavilələrdən irəli gələn öhdəliyini yerinə yetirməsi mülki iş materiallarına əlavə olunmuş SMS məlumatları, həmçinin hesabdan çıxarışlarla sübuta yetirilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış cavabdehə məxsus olan əlaqə məlumatlarından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında yazışma aparılan mobil telefon nömrəsinin cavabdehə məxsus olması aydın olur. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşsə də o, bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin müqavilələrdən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 30 dekabr 2022-ci il tarixli, 16/91687 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onu xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı olan əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 02 mart 2023-cü il tarixli, 15/1471 nömrəli maliyyə arayışından və hesabdan çıxarışlardan 01 mart 2023-cü il tarixə Cavabdeh 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 500 (beş yüz) manat əsas, 111.83 (bir yüz on bir manat, səksən üç qəpik) faiz borcu, 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsi üzrə isə 1961.10 (bir min doqquz yüz altmış bir manat, on qəpik) manat əsas və 299.64 (iki yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat faiz borcunun olması aydın olur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 48.73 (qırx səkkiz manat, yetmiş üç qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - iddia təmin olunmalı; - tərəflər arasında bağlanmış 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı müqaviləsi üzrə 500 (beş yüz) manat əsas, 111.83 (bir yüz on bir manat, səksən üç qəpik) manat faiz borcu, 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsi üzrə 1961.10 (bir min doqquz yüz altmış bir manat, on qəpik) manat əsas, 299.64 (iki yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2872.57 (iki min səkkiz yüz yetmiş iki manat, əlli yeddi qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -həmçinin iddiaçı tərəfindən ödənilmiş 48.73 (qırx səkkiz manat, yetmiş üç qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 05 mart 2022-ci il tarixli, BRED4899191A299 nömrəli kredit kartı müqaviləsi üzrə 500 (beş yüz) manat əsas, 111.83 (bir yüz on bir manat, səksən üç qəpik) manat faiz borcu, 22 may 2022-ci il tarixli, BUMM5377028A299 nömrəli kredit müqaviləsi üzrə 1961.10 (bir min doqquz yüz altmış bir manat, on qəpik) manat əsas, 299.64 (iki yüz doxsan doqquz manat, altmış dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2872.57 (iki min səkkiz yüz yetmiş iki manat, əlli yeddi qəpik) manat məbləğində kredit borcu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 48.73 (qırx səkkiz manat, yetmiş üç qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar