Məhkəmə qərarları › İş №e-2(079)-226/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-226/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-226/2023 16.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “16” mart 2023-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh bankın xeyrinə 7620.96 (yeddi min altı yüz iyirmi manat, doxsan altı qəpik) manat əsas, 274.97 (iki yüz yetmiş dörd manat, doxsan yeddi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7895.93 (yeddi min səkkiz yüz doxsan beş manat, doxsan üç qəpik) manat borcun tutulması və cavabdeh ilə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 51 ay müddətinə, illik 21 faiz olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. 07 mart 2023-cü il tarixdə qarşı tərəfə pretenziya və aramızda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi təklifi barədə bildiriş göndərilmişdi. Məktubu aparan “Məleykə Ekspress”in kuryeri ünvana üç dəfə getsə də qapını açan olmamışdı. Təklifdə qeyd edilən üç gün keçdiyi və borclu tərəf banka yaxınlaşmadığı üçün müqavilənin ləğvi və kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməli olduq. Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 17 aprel 2023-cü ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmış və Cavabdeh 7603.08 (yeddi min altı yüz üç manat, səkkiz qəpik) manat əsas və 17,76 (on yeddi manat, yetmiş altı qəpik) manat faiz borcunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 15 may 2023-cü ildə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilmədiklərini nəzərə almaqla iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini və onların təqdim etdikləri sübutlar əsasında işə baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiklərini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 13 iyul 2017-ci il tarixli Müştərilərlə kreditləşmə və xidmət şərtləri adlı müqavilənin, 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit sazişinin və sonuncu müqavilə üzrə 30 iyul 2020-ci il tarixli əlavə razılaşmanın bağlanması işin mübahisəsiz hallarıdır. Bu halların mübahisəsiz olması iddia ərizəsinə əlavə edilmiş 13 iyul 2017-ci il tarixli Müştərilərlə kreditləşmə və xidmət şərtləri adlı müqavilə, 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit sazişi və 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 30 iyul 2020-ci il tarixli razılaşma ilə təsdiq olunur. İddiaçı isə cavabdehdən 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılmasını və Cavabdeh ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsini tələb edir. İddiaçının cavabdehə qarşı tələblərini mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə onun tələbini əsaslı sayır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tələbinin əsaslı sayması ilə bağlı məhkəmənin istinad etdiyi əsas sübutlar iddia ərizəsinə əlavə edilmiş, məhkəmədə tədqiq olunmuş yazılı sübutlardır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim etməsi aydın olur. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli arayışdan, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan Cavabdeh Babək rayonu, Cəhri qəsəbəsində rəsmi qeydiyyatda olması aydın olur. Bundan başqa mülki iş materiallarında cavabdehin faktiki yaşayış yeri kimi ünvan 1 ünvanı qeyd edilmişdi. Məhkəmə 16 mart 2023-cü il tarixli məktubla iddia ərizəsinin surəti ona əlavə edilmiş sübutlarla birlikdə cavabdehin faktiki yaşadığı ünvana göndərərək, ona Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etiraz və ərizəyə əlavə olunmuş sənədlərə münasibəti, həmçinin iddiaya etiraz və ona əlavə olunmuş sənədlərin surətləri iddiaçıya və məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh ünvan 1 ünvanında yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sonuncu qeyd edilən hal məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi hesab edilir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki işin mübahisəli halının hüquqi həllinə gəldikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla ilk öncə onu qeyd edir ki, tərəflər mülki hüquq münasibətləri olmuş və onlar arasında əsasən kredit müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 30-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi Cavabdeh ilə arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 331.1-ci maddəsinin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsini yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2017-ci il tarixli Müştərilərlə kreditləşmə və xidmət şərtləri adlı müqavilədən, 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit sazişindən və sonuncu qeyd edilən kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 30 iyul 2020-ci il tarixli razılaşmadan tərəflərin iş üçün əhəmiyyətli olan aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlməsi müəyyən olur: - 13 iyul 2017-ci il tarixli Müştərilərlə kreditləşmə və xidmət şərtləri müqaviləsinin Ümumi hissəsinə daxil olan; --1.1.1-ci bəndinə əsasən “kredit müqaviləsi” və ya “müqavilə” kreditləşmə ilə əlaqədar bağlanılan yazılı əqddir. Kredit sazişi və xidmət şərtləri, ödəniş cədvəli, o cümlədən digər əlavələr (qoşmalar) kredit müqaviləsinin ayrılmaz tərkib hissələrini təşkil etməklə kredit müqaviləsi məfhumunu əmələ gətirir; --1.1.2-ci bəndinə görə “kredit sazişi” kredit məhsulunun növünü, kredit müqaviləsinin nömrəsini, tərəfləri və onların rekvizitlərini, kreditin məbləği, müddəti, faizləri, komisyon haqları, verilmə və qaytarılma şərtlərini, cərimə məbləğlərini, bank hesabı rekvizitlərini, müəyyən hallarda həmçinin təminat şərtlərini, habelə digər şərtləri nəzərdə tutan bank, müştəri və müəyyən hallarda digər tərəflər arasında imzalanan yazılı əqddir; --1.1.16 və 1.1.17-ci bəndləri ilə müəyyən edilir ki, kreditin verilmə tarixi kreditin tam və ya qismən müştərinin cari hesabına köçürüldüyü təqvim tarixidir. Faizlər isə kreditdən istifadəyə görə müştəri tərəfindən Banka müqavilə ilə müəyyənləşdirilən şərtlərlə hesablanan və ödənilməli olan haqdır. Faizlərin miqdarı kredit sazişi ilə müəyyən olunur; --1.1.20-ci bəndinə görə “Nağd pul krediti” müqavilə ilə müəyyən edilən şərtlər yerinə yetirildikdən və rəsmiləşdirmələr başa çatdıqdan sonra müştərinin hər hansı sifarişi olmadan tam məbləğdə onun cari (kart) hesabına köçürülən vəsaitdir. Nağd pul kreditlərinə həmçinin avtomobil və ya hər hansı məişət avadanlığının əldə edilməsi məqsədi ilə ayrılan kreditlər də aid edilir; --2.1-ci bəndində qeyd edilir ki, müqaviləyə əsasən bank müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı müştəri isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə banka faizlər (komisyon haqlar) ödəməyi və girov qoyan və/və ya zamin isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər; -- 7.1.1-ci bəndinə görə müştəri ödənişlərini müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edə bilər; --7.1.8-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi müştəridən tələb etmək bankın hüququdur; -- 7.2.8-ci bəndi ilə müəyyən edilir ki, ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, kredit xətləri üzrə ödənişləri, faizləri, komisyon haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və bankın xidmət şərtləri və tariflərindən irəli gələn xidmət haqlarını banka ödəmək müştərinin vəzifəsidir; -- 9.1 - 9.5-ci bəndlərinin tələbinə görə xidmət şərtləri tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcəkdə bağlanacaq Kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu Şərtlərlə müəyyən edildiyini qəbul edir. Xidmət şərtləri istehlak kreditləri sahəsində tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri- müəyyən müddətdə qüvvədədir. Kredit sazişləri, tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Öhdəliyin ölçüsü icra müddəti və digər şərtləri kredit sazişlərində göstərilir. Xidmət şərtlərinə ediləcək əlavə və dəyişkliklər barədə məlumat www.bankolbaku.com rəsmi internet saytında və ya digər saytlarda yerləşdirilir, yaxud müqavilənin tərəflərinə digər qaydada məlumat verilir. Digər tərəflər əlavə və dəyişikliklər barədə məlumatın dərc edildiyi tarixdən 10 (on) iş günü ərzində əlavə və dəyişikliklərə etirazını bildirməzsə, onları qəbul etmiş hesab edilir. Kredit sazişinin şərtlərinin dəyişdirilməsi və ya ona əlavələr edilməsi əgər tərəflər arasında ayrı qayda müəyyən edilməyibsə tərəflərin qarşılıqlı razılığına əsasən yazılı qaydada aparılır və tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Kredit sazişinin müfaviq tərəfə aid olan şərtləri isə yalnız bank və həmin tərəfin razılığı ilə (digər tərəflərin iştirakı olmadan), onlar arasında yazılı qaydada rəsmiləşdirilməklə aparılır və Bankla müvafiq tərəfin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir. Tərəflər həmçinin qəbul edir ki. kredit sazişinin onlarla bağlı olmayan hissələri bankla müvafiq tərəf arasında imzalanan razılaşma əsasında dəyişdirilə və ya ona əlavələr edilə bilər; -14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsinin; -- “Əsas öhdəlik” adlanan 1-ci bölməsi ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 50 (əlli) manat komisyon haqq tutulmaqla 10000 (on min) manat kredit verir; -- 1-ci bəndinə əsasən tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı şərtlər “Müştərilərlə kreditləşmə və xidmət şərtləri” ilə müəyyən olur. Şərtlər sazişin ayrılmaz tərkib hissəsidir və ona əlavə sayılır; -14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 30 iyul 2020-ci il tarixli razılaşmanın; --1-ci bəndinə əsasən kredit müddəti "14" dekabr 2023-cü il tarixindən etibarən 3 (üç) ay müddətinə uzadılır və bu müddət ərzində “Kredit müqaviləsi” üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir; -- 2-ci bəndinə görə “Kredit müqaviləsi” üzrə "14" mart 2020-ci il tarixindən etibarən 8 (səkkiz ) ay müddətinə güzəşt müddəti tətbiq edilir. Kredit borcunun restrukturizasiya edildiyi tarixdə kredit alanın həmin tarixə olan cari əsas borcunun «Ödəniş cədvəli» üzrə qeyd edilmiş qalıq əsas borcundan az olduğu aydan sonrakı aydan başlayaraq restrukturizasiya edilən tarixədək olan aylar üzrə kredit alandan əsas borc məbləği tələb olunmur. Həmin tarixədək hesablanmış və ödənilməmiş faiz borcu isə xüsusi hesabda dondurularaq saxlanılır və güzəşt müddətinin bu hissəsində kredit alandan tələb edilmir. Kredit borcunun restrukturizasiya edildiyi tarixdən sonrakı aylar üzrə güzəşt müddətinin sonuncu ayına qədər (həmin ay da daxil olmaqla) kredit alandan əsas borc məbləği tələb edilmir və yalnız faiz borcunun ödənilməsi tələb edilir; -- 5-ci bəndi ilə müəyyən edilir ki, kreditin qeyd olunan şərtlərlə restrukturizasiya edilməsi ilə bağlı kredit alandan komissiya haqqı tutulmur; -- 6-ci bəndinin tələbinə əsasən razılaşmanın 1-5-ci bəndlərinə uyğun olaraq, kredit alana yeni «Ödəniş cədvəli» hazırlanaraq təqdim edilir; - 7-ci bəndinə görə razılaşmanın 1-6-cı bəndləri üzrə müəyyənləşdirilən şərtlər razılaşma imzalandığı andan etibarən hüquqi qüvvəyə minir. Yuxarıda qeyd edilən müqavilə şərtlərindən aydın olur ki, tərəflər arasında olan razılaşma üzrə iddiaçının cavabdehə müqavilədə göstərilən məbləğdə kredit məbləğini verməsi, sonuncunun isə kredit müqaviləsi üzrə ödənişləri, faizləri və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini banka ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini yerinə yetirilməsinin sübut etmə vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməsi onun məhkəməyə təqdim etdiyi 14 dekabr 2019-cu il tarixli, 3008 nömrəli kassa məxaric orderi və kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair 30 iyul 2020-ci il tarixli razılaşma ilə öz təsdiqini tapır. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş 06 mart 2023-cü il tarixli bildirişdən və 140642 nömrəli yol qaiməsindən Cavabdeh 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən onun xəbərdar edilməsi, öhdəliyinin icra edilməsi üçün ona 3 gün müddət təyin edilməsi aydın olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçının cavabdehə qarşı olan kredit borcunun qaytarılmasına dair tələbi əsaslıdır. Cavabdehin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı məhkəmə tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş 14 dekabr 2019-cu il tarixli Müştərilərlə kreditləşmə və xidmət şərtlərinin Ümumi hissəsinə daxil olan 8-ci bölməsindən aydın olur ki, cavabdeh iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməyib. Borcun miqdarında gəldikdə isə iş materiallarına əlavə edilmiş iddia həcminin azaldılması barədə ərizədə Cavabdeh banka 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi üzrə 7603.08 (yeddi min altı yüz üç manat, səkkiz qəpik) manat əsas və 17,76 (on yeddi manat, yetmiş altı qəpik) manat faiz borcunun olması qeyd edilir. İddiaçının cavabdehə qarşı olan müqavilə üzrə borclarının qaytarılması tələbi hüquqi cəhətdən həll edildiyindən, onun digər tələbi, yəni Cavabdeh ilə aralarında bağlanmış 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsinin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsi ilə müəyyən olunur ki, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki tələb üzrə cavabdeh müqavilə üzrə əsas öhdəliyini yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirir və iddiaçının müqavilənin ləğvi barədə tələbini də əsaslı sayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia qaldırılan zaman ödədiyi dövlət rüsumunun 96 (doxsan altı) manat 21 (iyirmi bir) qəpik miqdarı cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmənin 16 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən artıq ödənilmiş 4 (dörd) manat, 79 (yetmiş doqquz) qəpik məbləğində dövlət rüsumunun Bank of Baku” Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmışdı. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -tərəflər arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi üzrə 7603.08 (yeddi min altı yüz üç manat, səkkiz qəpik) manat əsas və 17,76 (on yeddi manat, yetmiş altı qəpik) manat miqdarında faiz borcu olmaqla, ümumilikdə 7620.84 (yeddi min altı yüz iyirmi manat, səksən dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli; -iddia təmin olduğundan 96 (doxsan altı) manat 21 (iyirmi bir) qəpik miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-230, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Tərəflər arasında bağlanmış 14 dekabr 2019-cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi üzrə 7603.08 (yeddi min altı yüz üç manat, səkkiz qəpik) manat əsas və 17,76 (on yeddi manat, yetmiş altı qəpik) manat miqdarında faiz borcu olmaqla, ümumilikdə 7620.84 (yeddi min altı yüz iyirmi manat, səksən dörd qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh 96 (doxsan altı) manat 21 (iyirmi bir) qəpik miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2019cu il tarixli, CC/89140/72/14 nömrəli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar