Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-243/2025 10.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti 25 fevral 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 283.65 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, e-2(079)-199/2021 saylı qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində ödənilən 1891 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 283.65 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 283.65 manat məbləğində xidmət haqqı ödəmişdir. «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcverən»-in hüquq və vəzifələri/ Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə kredit və ona hеsablanmış faiz borcunu, o cümlədən kredit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, kreditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq), bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə kreditin gеri qaytarılması ilə bağlı “Borcverənin" çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin " əldən çıxmış faydasını ödəmək qeyd edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar iddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsinin məhkəmə hazırlıq iclaslarında iştirakının təmin olunmasının mümkün olmayacağını, iddianı tam müdafiə etdiklərini və iddia tələbi ilə əlaqədar sənədlərin elektron məhkəmə sistemində olan elektron kabinetə əlavə edildiyini,bunu nəzərə alaraq məhkəmə hazırlıq iclas(lar)ının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək baxışa təyin edilməsini və eləcə də təyin olunacaq növbəti məhkəmə baxış iclaslarının iddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını işdə olan sübutlar əsasında tədqiq edən məhkəmə qeyd edir ki, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-199/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə Cavabdeh "X3 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1509.36 manat (bir min beş yüz doqquz manat otuz altı qəpik) məbləğində əsas borc, 169.15 manat (bir yüz altmış doqquz manat on beş qəpik) faiz borcu, 178.47 manat (bir yüz yetmiş səkkiz manat qırx yeddi qəpik) cərimə borcu, 5 manat (beş) cavabdehə pretenziyanın göndərilməsi üzrə poçt xərci olmaqla, cəmi 1861.98 manat (bir min səkkiz yüz altmış bir manat doxsan səkkiz qəpik) məbləğində ümumi borcun tutularaq "X3 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Sözügedən 2(079)-199/2021 mülki iş materiallarından müəyyən olunur ki, qətnamə xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmiş, həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunmuşdur. İcra məmurunun xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından müəyyən olunur ki, qətnamə tam icra olunmuş və “İcra haqqında” Azərbaycan Respublikası qanununun 20.1.5 və 20.2-ci maddələrinə əsasən icra sənədi üzrə xitam verilməklə icra sənədi xx.xx.2022-ci il tarixdə məhkəməyə geri qaytarılmışdır. İcra sənədi üzrə icraata xitam verilməsi üçün əsas olan “X3” QSC-nin xx.xx.2022-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, borclu Cavabdeh məhkəmə qətnaməsi üzrə 1890.98 manat borcunu “X3 Azərbaycan” QSCnin xeyrinə tam bağlamışdır. Mülki iş materiallarında olan xx.xx.2017-ci il tarixli "xxxx" MMC ilə "X3 Azərbaycan" QSC arasında bağlanmış hüquqi xidmət haqqında müqavilənin Bundan başqa “Lider Legal MMC” ilə “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış “04” iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin predmetini qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzinə ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 4-cü bəndində qeyd edilir ki, büro bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə, icra işlərini və bu işlərə nəzarəti bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. Müqavilənin 5.1-ci bəndində isə göstərilir ki, bank büroya xidmətləri qarşılığında istifadə edilən kreditlərdən yaranan borcların qaytarılması ilə əlaqədar ödəniş və xərcləri ödəyir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil aktında qeyd olunur ki, "X3 Azərbaycan" QSC-ə istehlak kreditləri üzrə xx.xx.2022-ci il tarixdə “Lider Legal MMC” Cavabdeh alıb kreditora etdiyi 1891 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 283.65 manat xidmət haqqı “Lider Legal MMC”-ə təhvil verilmişdir. 24 iyun 2019-cu il tarixli, 257057 nömrəli müqavilə üzrə "X3 Azərbaycan" QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanarkən 5 və 6-cı bəndində tərəflər belə razılığa gəlmişlər ki, «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə kredit və ona hеsablanmış faiz borcunu, o cümlədən kredit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, kreditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq), bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə kreditin gеri qaytarılması ilə bağlı “Borcverənin" çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin "əldən çıxmış faydasını ödəmək qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Hazırki vəziyyətdə borclu kredit müqaviləsi bağlanarkən kreditor qarşısında öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə kreditin gеri qaytarılması ilə bağlı “Borcverənin" çəkdiyi bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini ödəmək öhdəliyini götürmüşdür. Yuxarıda qeyd edilənlərdən belə məlum olur ki, borclu qətnamənin məcburi icraya yönəldilməsindən sonrakı könüllü icra müddəti ərzində öhdəliyini lazımınca icra etməmiş, qətnamə icraya yönəldikdən 5 ay sonra icra olunmuşdur. Öhdəliyin vaxtında və lazımınca icra olunmaması nəticəsində kreditor ona göstərilmiş hüquq xidməti nəticəsində hüquqi xidmət müqaviləsi bağladığı şəxsə 283.65 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, müqavilə azadlığı prinsipi nəzərə alınmaqla cavabdeh iddiaçı qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia təmin edilməli, "X3 Azərbaycan" QSC tərəfindən "xxxx" MMC-ə hüquqi xidmət müqabilində ödənilən 283.65 manat pul Cavabdeh tutularaq "X3 Azərbaycan" QSC-ə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 283.65 (iki yüz səksən üç manat altmış beş qəpik) məbləğində pul tutularaq "X3 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-243/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-243/2025
10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver