Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-251/2024 25.04.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “29” fevral 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat əsas, 809,43 (səkkiz yüz doqquz manat, qırx üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10762,71 (on min yeddi yüz altmış iki manat, yetmiş bir qəpik) manat borcun və 122,29 (bir yüz iyirmi iki manat, iyirmi doqquz qəpik) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, onunla Cavabdeh2 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətə, illik 20 faiz dərəcəsi ilə 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat kredit verilmişdi. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında Z-GTK9923672A500 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdı. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin 21 fevral 2024-cü il tarixə banka 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat əsas, 809,43 (səkkiz yüz doqquz manat, qırx üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10762,71 (on min yeddi yüz altmış iki manat, yetmiş bir qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Əkbərov X1 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə 01 aprel 2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəməyə müraciət etdiklərini, məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlərin məhkəməyə təqdim edildiyini, mülki işə iddia tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsinin bağlanması, kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 illik 20 faizlə, 48 ay müddətində 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit verməsi barədə müqavilə tərəflərinin razılığa gəlmələri, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasının təminatı olaraq Cavabdeh1 ilə bank arasında 27 fevral 2023-cü il tarixli, Z- RGTK9923672A500 nömrəli zaminlik müqaviləsinin bağlanması işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilən 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 27 fevral 2023-cü il tarixdə kredit müqaviləsinin bağlanması və müqaviləyə əsasən cavabdehə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən illik 20 faizlə, 48 ay müddətində 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit verilməsi barədə müqavilə tərəflərinin razılığa gəlməsi; -iddia ərizəsinə əlavə edilən 27 fevral 2023-cü il tarixli, Z-RGTK9923672A500 nömrəli zaminlik müqaviləsindən yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsinin bağlanması aydın olur. İddiaçının tələbi isə kredit müqaviləsi üzrə yaranmış borcların cavabdehlərdən tutulub ona verilməsidir. İddiaçının tələbini məhkəmə ona təqdim edilmiş sübutlarla, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, iddiaçının tələbini əsaslandıran hallar iş materialları ilə təsdiq etdiyindən onun tələbi əsaslı sayılaraq təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinə əlavə olunmuş, məhkəmə iclasında tədqiq olunmuş yazılı sübutlardır. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətindən görünür ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Mülki-Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla onu qeyd edir ki, «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında borc və Cavabdeh1 ilə isə zaminlik müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mahiyyətinə əsasən hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddiaçının tələbi 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit və 27 fevral 2023-cü il tarixli, Z- RGTK9923672A500 nömrəli zaminlik müqavilələrinə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alaraq qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən tərəflər arasında bağlanmış müqavilələrin etibarlı olması müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; - 324.4-cü maddəsinin tələbinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; - 329.1 və 329.2-ci maddələri ilə müəyyən edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; - 470.1-ci maddəsində qeyd edilir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 471-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya); - 740.2-ci maddəsi ilə müəyyən edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan redaksiya). Tərəflər arasında bağlanmış müqavilələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsi tərəflərin aşağıda qeyd edilən iş üçün əhəmiyyətli olan şərtlər barədə razılığa gəlməsi müəyyən edilir. Müqavilənin: - 1.1- 1.5-ci bəndlərinə görə kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlılıq şərtilə 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borcalan krediti əldə edən zaman birdəfəlik 98,55 (doxsan səkkiz manat əlli beş qəpik) manat xidmət haqqı ödəyir və aldığı krediti və kredit üzrə hesablanacaq faizləri bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. Kredit borcalanin cari hesabına köçürmə üsulu ilə verilir. Carı hesaba köçürülən vəsait borcalanin istəyinə əsasən onun verdiyi ərizə əsasında bu müqavilənin 1.2ci bəndində qeyd edilən xidmət haqqı çıxılmaq şərti ilə borcalanin İddiaçı Açıq Səhmdar Cəmiyyətində olan müvafiq kart hesabına köçürülə bilər. Tərəflər razılaşır ki, Borcalanın bu müqaviləni imzalaması və verdiyi ərizə bu bənddə nəzərdə tutulmuş nağdsız hesablaşmanın aparılması üçün borcalan tərəfindən verilmiş sərəncam (ödəniş sənədi) hesab ediləcək. Kredit borcalana gündəlik tələbat məqsədilə verilir. Kredit 48 ay müddətinə verilir. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır; - 2-ci bəndinə əsasən kreditdən istifadəyə görə borcalan illik 20 faiz (Faktiki illik faiz dərəcəsi 20,58%) ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki (bundan sonra ödəniş qrafiki) əsasında ödəyir.Müqavilə imzalandığı andan sonra Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatın ABŞ dollarına nisbətdə dəyəri (məzənnəsi) azalarsa, faiz dərəcəsi manatın ABŞ dollarına nisbətdə dəyəri 1,75 manatdan 1.9 manatadək olarsa, bu müqavilənin 2.1-ci bəndində qeyd edilən kreditin illik faiz dərəcəsi 33 faiz olması, manatın ABŞ dollarına nisbətdə dəyəri 1,90 manatdan çox olarsa, çoxalan (yüksələn) hər əlavə 10 qəpik üzrə bu müqavilənin 2.1.1.1-ci bəndində qeyd edilən kreditin illik faiz dərəcəsinə 1 faiz əlavə edilməklə hesablanacaq; - 2.4-cü bəndində göstərilir ki, kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir; - 3.1.4-cü bəndindən aydın olur ki, borcalan tərəfindən əsas borc yaxud onun bir hissəsinin Ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda və borcalan tərəfindən faizlərin yaxud onların bir hissəsinin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu, dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər; -3.2.3-cü bəndinə görə müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişləri kreditora ödəmək borcalanın vəzifəsidir; -5.2-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzalandığı gündən qüvvəyə minir və tərəflər bu müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək, o cümlədən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən Cavabdeh2 həmin müqavilə üzrə əldə etdiyi kredit məbləğini 27 mart 2023-cü ildən başlamaqla 01 mart 2027-ci ilədək hər ay 302.88 manat, sonuncu ay isə 308,98 manat ödəməli olması aydın olur. Tərəflər arasında bağlanmış müqavilədən aydın olur ki, iddiaçının müqavilədə göstərilən miqdarda kredit məbləğini Cavabdeh2 verməsi, sonuncunun ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, sair haqları ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Öhdəliklərini icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Kredit müqaviləsi üzrə iddiaçının müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirməsi 27 fevral 2023-cü il tarixli, 47 nömrəli kassa məxaric orderi və 28 fevral 2024-cü il tarixə olan hesabdan çıxarışla sübuta yetirilir. Müqavilələrdən irəli gələn öhdəliyin icra edilməsinin sübuta yetirmək vəzifəsi cavabdehlərin üzərinə düşsə də, onlar bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdehlərin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara ünvanlanmış 16MH/4369 nömrəli bildirişdən və sifarişli poçt göndərişinin siyahısından məlum olur. Həmin sənədlərdən cavabdehlərin müqavilə şərtlərini pozması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin onları xəbərdar etməsi müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının əsas borc və ona hesablanmış faizlərin qaytarılması barədə tələbi əsaslıdır. Məhkəmə belə hesab edir ki, borcun məbləğinə hüquqi aydınlıq gətirməzdən öncə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı iddia tələbinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində öhdəliyin icrasının təmin edilməsinin üsullarından biri kimi zaminlik qeyd olunub. Həmin Məcəlləyə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472-ci maddəsi ilə müəyyən olunur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, Z- RGTK9923672A500 nömrəli zaminlik müqaviləsi üzrə tərəflər iş üzrə əhəmiyyətli olan aşağıdakı şərtlər barədə razılığa gəlib. Müqavilənin: - 1.1-ci və 1.3-cü bəndlərindən görünür ki, zamin 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli müqavilə üzrə (irəlidə kredit müqaviləsi) borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borcalanla eyni şərtlər daxilində məsuliyyət daşıyır; - 2.1 və 2.1.1-ci bəndlərində qeyd edilir ki, kreditorun tələbi ilə etiraz irəli sürmədən Müqavilənin 1-ci hissəsində nəzərdə tutulmuş öhdəlikləri icra etmək zaminin vəzifəsidir; - 4.1-4.3-cü bəndləri ilə müəyyən edilir ki, müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir. Zaminlik zaminliklə təmin edilmiş öhdəlik tam icra edilənədək olan müddətdə qüvvədədir. Zaminliyə zaminliyin təmin etdiyi öhdəlik tam icra olunduqda xitam verilir. Zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, kredit müqaviləsi qüvvədə olduğu bütün müddət ərzində, habelə kredit müqaviləsi üzrə öhdəliklər tam icra olunanadək zaminlik qüvvədə olacaqdır, yəni kredit müqaviləsi üzrə bütün borcların qaytarılmasına görə zamin borcalan ilə birgə qaydada məsuliyyət daşıyacaq. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyətindən aydın olur ki, Cavabdeh1 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində isə zaminliyə xitam verilməsinin əsasları qeyd olunsa da, hazırki vəziyyətdə isə mülki iş materiallarından həmin əsaslar müəyyən edilmədiyindən və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsi üzrə eyni həcmdə məsuliyyət daşıması nəzərdə tutulduğundan, məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı irəli sürdüyü tələbi də əsaslı hesab edir. Cavabdehlərin iddiaçı qarşısında öz öhdəliklərini icra etməməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından bununla bağlı məhkəmə tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 4-cü və zaminlik müqaviləsinin 3-cü bölmələrindən aydın olur ki, cavabdehlər iddiaçı qarşısında öhdəliyi pozmağa görə məsuliyyətdən azad edilməmişdir. Borcun miqdarına gəldikdə isə, iddia ərizəsinə əlavə olunmuş 26 fevral 2024-cü il tarixli, 2024/104/5068 nömrəli maliyyə arayışından və 28 fevral 2024-cü il tarixə olan hesabdan çıxarışdan Cavabdeh2 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsi üzrə 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat əsas və 809,43 (səkkiz yüz doqquz manat, qırx üç qəpik) manat faiz borcunun olması aydın olur. Cavabdehlərin hər birindən tutulmalı olan borcun məbləğinə gəldikdə isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 226.2-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Həmçinin həmin Məcəllənin 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilən prosessual hüquq normalarını iddiaçının tələbi ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən kredit müqaviləsi üzrə yarınmış borcun müştərək qaydada ödənilməsini tələb edir. Hazırki vəziyyətdə isə iddia tələbindən kənara çıxılması üçün qanuni əsas olmadığından, iddiaçının tələb etdiyi borc onlardan müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 122,29 (bir yüz iyirmi iki manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - Cavabdeh2 ilə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsi üzrə 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat əsas və 809,43 (səkkiz yüz doqquz manat, qırx üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10762,71 (on min yeddi yüz altmış iki manat, yetmiş bir qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; - Həmçinin iddiaçı tərəfindən ödənilmiş 122,29 (bir yüz iyirmi iki manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. Cavabdeh2 ilə «Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 27 fevral 2023-cü il tarixli, RGTK9923672A500 nömrəli kredit müqaviləsi üzrə 9953,28 (doqquz min doqquz yüz əlli üç manat, iyirmi səkkiz qəpik) manat əsas və 809,43 (səkkiz yüz doqquz manat, qırx üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10762,71 (on min yeddi yüz altmış iki manat, yetmiş bir qəpik) manat məbləğində borc cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 122,29 (bir yüz iyirmi iki manat, iyirmi doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:- Zamiq Əliyev
Məhkəmə qərarları › İş №e-2(079)-251/2024
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-251/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver