Məhkəmə qərarları › İş №e-2(079)-258/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-258/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-258/2023 07.04.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Əli oğlu və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəmənin inzibati binasında məhkəmə iclasından kənar nəzərdən keçirərək müəyyənetdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti “05” aprel 2023-cü ildə Babək Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli, İK1003929 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 6 824.59 (altı min səkkiz yüz iyirmi dörd manat 59 qəpik) manat əsas borc, 754.55 (yeddi yüz əlli dörd manat 55 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 7579.14 (yeddi min beş yüz yetmiş doqquz manat 14 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 95.79 (doxsan beş manat 79 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi xahiş etmişdir. 06 aprel 2023-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Məhkəmələrinin “Elektron Məhkəmə” İnformasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 Və Cavabdeh1 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. MPM-in 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sözügedən normalar nəzərə alınmaqla məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Əli oğlu və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir (152.3-cü maddə). MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət ödəniş portalı vasitəsilə 04 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 95.79 manat (doxsan beş manat yetmiş doqquz qəpik) miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Əli oğlu və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökümət ödəniş portalı vasitəsilə 04 aprel 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 95.79 manat (doxsan beş manat yetmiş doqquz qəpik) miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar