Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-26/2025 28.01.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında şifahi icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı 30 sentyabr 2024-cü ildə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, cavabdəh Cavabdeh Hüsəyn qızından 5060 (beş min altmış) AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 72 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, tələbini əsaslandıraraq qeyd etmişdir ki, mən 2021-ci ilin yanvar ayında Gəncədə Sveta adlı xanımla tanış oldum. O məni Cavabdeh ilə tanış etdi. Cavabdeh məni Ocosa pul yatırım etməyə dəvət etdi. Ocos şirkətinin kripto valyuta ilə məşğul olan bir şirkət olduğunu və dünya birjasına koin cıxarmaq istədiklərini dedi. Bu şirkətin dövlət qeydiyyatından keçmiş, vergi ödəyicisi olan, iso sertifikatlı olduğunu və dövlətin yüksək rütbəli şəxslərinin bu şirkətə pul yatırım etdiyini dedi. Bu şirkətə pul yatırım etməklə pul qazana biləcəyimi bildirdi. Mən ilk vaxtlar ona inanmadım, güvənmədim, pul yatırım etmək istəmədiyimi bildirdim, sığortası olmadığı ücün qorxduğumu dedim. O da mənə “Vüsalə mənə inan, mənə güvən, risk et, şirkət batsa mən sənə pulunu geri qaytaracağam” dedi. Mənə 3 ay ərzində 40 dəfə zəng edərək Ocosa qoşulmağa təhrik etdi. Mən Cavabdeh təhriki sayəsində 2021-ci ilin aprel ayında Cavabdeh Unibank vasitəsilə 800 azn göndərdim, iki ay sonra o mənə 1200 azn geri göndərdi. Bu məndə ona qarşı inam yaratdı. 1200 azn üstünə 600 azn qoyub 1800 azn ona göndərdim o da 2021-ci ilin ilin sentyabrında 2500 azn geri verdi. Həmin vaxt mən Ocosdan uzaqlaşdım. Bir müddət yatırım etmədim. X2 2000 azn verib geri ala bilmədiyim üçün o 2000 azn təkrar qazanmaq üçün Nəzmiyyə ilə əlaqə saxlayıb ondan Ocosa pul yatırım etməyə mənə kömək etməsini xahiş etdim. Cavabdeh ilk vaxtlar məni qəbul etmək istəmirdi. Sonra dedi ki, bir şərtlə səni qəbul edərəm, gərək pulunu öz şəxsi həsabına deyil, başqa şəxslərin kimliyini tapıb onların adına həsab açaraq pulu o hesablara yatırım edəsən. Mən buna ilk vaxtlar razı olmadım. Sonra Nəzmiyyənin şərtini qəbul etdim. Tanış adamların kimliyini xahiş edib aldım. Ocos saytında yeni hesablar açdı. Həmin şəxslərə mən xahiş ədərək onların öz rizası ilə kimliklərini alıb ocosda hesab açmışdım. Cavabdeh 2021-ci ilin oktyabrın 3-də 5060 azn Unibank vasitəsi ilə göndərdim. O mənə 2021 ci ilin dekabrın 7-də 8700 azn geri verməli idi. Həmin vaxt mənə aid olan ocos saytında açılmış hesablara qeydiyyatdan keçmədi. Mən Nəzmiyyə ilə əlaqə saxlayıb pulumu geri istədim Cavabdeh mənimlə əlaqə saxlayıb narahat olma bizə güvən dedi. Vaxt tamam olanda 8700 azn sənə geri vərəcəyik dədi. Lakin 2021-ci ilin noyabrın 17 də X17 Baş Mütəşəkkil tərəfindən həbs olundu. Mən o vaxt Cavabdeh ilə əlaqə saxlayıb pulumu geri qaytarmasını istədim. Cavabdeh dedi ki, sənin pulunu şirkət verəcək pulumu geri verməkdən imtina etdi, məni təhqir etdi hər yerdən bloka atdı. O, mənə Vüsalə şirkət batsa pulunu mən verəcəm deyən adam pulumu geri vermək istəmədi. Məndə məcbur qalıb Baş Prokurorluq, Daxili işlər Nazirliyi, Prezident Administrasiyasına, Baş Mütəşşəkilə şikayət ərizəsi verdim. Zərəçəkmiş qərarı aldım. Həmin vaxt Asif adlı şəxs mənlə əlaqə saxlayıb dedi ki, vatsapda zərərçəkmişlər qurupu yaradın, birləşib mübarizə aparın. Mən əvvəlcə buna etiraz etdim. Sonra ağlabatan olduğunu görüb Cavabdeh qarşı Nəzmiyyədən zərərçəkənlər qurupunu yaratdım. Qrupda var olan Nəzmiyyədən zərərcəkən şəxslər Nəzmiyyəyə söyüş təhqir edirdilər. Mən onlara söyüş təhqir olmaz deyirdim, onlar isə qarğış falan edirdilər. 1-2 ay qrupda admin olsam da sonra başım ağrıdı qrupdan ayrıldım. Həmin vaxt Nəzmiyyənin başqa bir nömrə ilə qurupa daxil olduğunu, camaatın onun haqqında söhbətlərini izlədiyini gördüm, onu qurupdan çıxartdım. Sonra onu bir nəfər bıcaqlayıb öldürəcəyini dedi, mən o şəxsi sakitləşdirməyə calışdım. Gördüm ki, qrup məni yorur adminlikdən çıxdım. İndi mən Cavabdeh pulumu geri istəyərkən o məni Ocosda axrıncı dəfə başqa adamların kimliyi ilə hesab açıb yatırım etməklə qorxuzdurur, mənə oğrusan falan deyir. Mən halbuki, o insanlardan kimliyini öz rizası ilə almışdım. Vaxt tamam olanda saxta ocos coinlərini öz şəxsi hesabıma transfer etdim. Sonra Nəzmiyyə məni onun əleyhinə vatsap qrupunu yaratmaqda onu təhqir etməkdə günahlandırır, halbuki bu qrup sadəcə kömək etmək niyyəti ilə açılmışdı, həmişə də insanlara söyüş, təhqir, qarğış olmaz demişəm. Xəyal Yaxyayev tutulandan sonra biz anladıq ki, Ocos şirkətinin sənədləri saxtadır. 10 sentə olan koini bizə 1 dollara satıblar. Birjada heç bir real satış yoxdur. Ocos şirkəti Ponzi sistemi olubdur. Yəni məndən alıb ona veriblər ondan alıb buna veriblər. 140 min insan aldanıb 4 milyon manat insanlardan pul alınıb. Nəisə mənim şikayət ərizəmi Xəyal Yaxyayevin üstünə yüklədilər gedib məhkəmədə ifadə verdim. Dedim ki, mən pulumu Nəzmiyyədən almışam ondan da geri istəyirəm. Cünki Nəzmiyyə mənə Xəyal tutulmamışdan qabaq deyirdi ki, mən səndən aldığım pulu Xəyala vərmirəm, o pulu öz sistemimdə dövr etdirirəm. Sonra Xəyalın məhkəməsi də yekunlaşdı, ona 15 il hökm kəsildi. Mənim şikayət ərizəmi onun işindən ayırdılar. Bizə dedilər ki, kimə veribsinizsə pulu gedin ondan da geri alın. Cavabdeh məndən 5060 manat pul alıbdır və həmin pulu tələb edirəm. Həmçinin qeyd etmək istəyirəm ki, Cavabdeh axırıncı dəfə əlaqə saxladığım zaman mənə dedi ki, mən qanunu və dövləti tanımıram, eləcə də saymıram və pulun qayıtmasını yox, qulağının dibini görərsən, o pulları sənə qaytarası deyiləm. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 1(101)- 120/2024 saylı hökmünə əsasən X17 Azərbaycan Rəspublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X8 Azərbaycan Rəspublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 11 (on bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum ətmə cəzasına məhkum edilmişdir. Azərbaycan Rəspublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X14, X6 və X4 elan edilmiş ittihamdan aşağıdakı zərərçəkmiş şəxs İddiaçı 5060 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları ittihamdan çıxarılmışdır. Bələliklə mən 5060 manat pul vəsaitini Cavabdeh Bank vasitəsi ilə Nəzmiyyənin Bank hesabına köçürmüşəm və əlimdə mənim qəbzlərim var. İddiaçı xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək izahatına 2021-ci ilin yanvar ayında Sveta vasitəsi ilə Cavabdeh ilə tanış olanda Ocos şirkəti haqqında məlumat əldə edəndən sonra bu haqda bacısı X9 məlumat verdiyini, Aygünlə Cavabdeh tanış olmasına səbəbkar olduğunu, bacısına Ocos adlı şirkətin olduğunu, araşdırmasını və ona inanmaq, pul yatırım etmək olar dediyini, həmin vaxt Ocosa inanmadığı üçün qeydiyyatdan keçmədiyini, Cavabdeh güvənmədiyini ve pul yatrım etmək istəmədiyini, bir gün bacısı Aygünün ona zeng edib Nəzmiyyə ile əlaqə saxladığını və Ocosa pul yatrım etdiyini dediyini, ümumilikdə bacısının Ocosa 1800-2000 AZNS pul yatrım etdiyini, bacısının nəfər kimi qeydiyyatdan keçdiyini, öz adına olan hesabın əsas hesab olduğunu, ancaq o hesaba pul yatırmadığını, öz atasının, anasının, qardaşının kimliyi və şəkli ilə onların rizası ilə hesab açdığını, onların öz nəfərləri olduğunu, öz pulunu həmin hesablara yatırım etdiyini, faizinin öz hesabına gəldiyini, ondan da bacısına faiz getmədiyini, buna görə də bacısı ilə onun arasında narazılıq yarandığını, bacısı Aygünün ondan küsüb incidiyini, beləcə vaxt zamanın keçdiyini, Cavabdeh tez-tez bacısı ilə əlaqə yaradıb adam gətirməyi tələb etdiyini, özü və bacısının adam gətirə bilməyəcəklərini, kimisə gətirməkdən qorxduqlarını, Aygün nəsə Ocosdan şübhə etməyə başladığını, Nəzmiyyənin düzgün adam olmadığını hiss etdiyini, bunu hiss etdikdən sonra Ocosa yatırım etdiyi 1800- 2000 AZN hissə-hissə çıxarmağa başladığını, 2021-ci ilin avqust ayında bacısı Aygünün yatırım etdiyi kök pulu çıxarıb qazanc götürmək istəyəndə Cavabdeh bacısına zəng edib onu təhqir etdiyini, Ocosa adam gətirmirsinizsə Ocosdan çıxın, Ocosun sizə borcu yoxdur dediyini, Nəzmiyyənin Aygünə bundan sonra qazancını vermədiyini, həmin vaxt Ocosda ödəmələrin gecikdiyi barədə bacısının eşitdiyini, bacısına da Svetanın zəng edib xəbərdarlıq etdiyini, Nəzmiyyənin həmin vaxt Aygünün təkrar pul yatırım edib oraya adam getirtməsinə çalışdığını, bacısının ona inanmadığını, ağıllı hərəkət etdiyini, bacısı Aygünün onu Ocosdan pulunu götürüb cıxmağa ve geri qayıtmamağa təhrik etdiyini, bacısının sözü ilə Ocosdan sentyabrda 2500 azn götürüb çıxdığını, ancaq daha öncə X16 2000 azn verib geri ala bilmədiyi ücün həmin pulu geri qazanmaq məqsədi ilə Nəzmiyyə ilə əlaqə saxladığını, bacısının sözünə qulaq asmadığını, buna görə də peşman olduğunu, Nəzmiyyəyə geri dönüş etməyin səhv olduğunu, Nəzmiyyə geri dönüş ederken onun başqa kimliklər tapıb qeydiyyatda keçməyi, Svetanı Aygünü aradan vurub cıxartmağını, nə faiz gəlsə bir başa Nəzmiyyənin özünə gələcəyini və bu haqda nə bacısı Aygünə nə də Svetaya deməyəcəyini şərt qoyduğunu, onun da razılaşdığını, bacısı Aygünün Nəzmiyyəyə 5060 AZN göndərdiyindən xəbərsiz olduğunu, həmin vaxtı Cavabdeh onda özünə qarşı inam yaratdığını və onu çox istədiyini, Nəzmiyyənin onun etibarını qazandığını, Ocosa dəvət edənin və pul yatırımı etməyə təhrik edənin Cavabdeh olduğunu, onun şirin dili ilə xoş gülər üzlə onu ovsunladığını, həmin vaxt onun təsiri altına düşdüyünü, onu huri mələk sandığını, onun əsl üzünü Xəyal tutulandan sonra gördüyünü, Ocosun piramida olduğunu ve pulun ondan alınıb ona buna verildiyini bilmədiyini, Xəyal tutulandan sonra Ocosun Ponzi sistemi olduğunu pulun ondan alınıb ona buna verildiyini biləndə şok olduğunu, Nəzmiyyənin onlara yalan danışdığını, onları aldatdığını, 10 sente alınan koini 1 dollara onlara satdığını, Nəzmiyyəyə pul göndərəndə onun kart hesabına göndərdiyini, onların göndərdikləri pulun Nəzmiyyənin əlinə keçdiyini, Ocos saytının saxta sayt olub orda açılan hesabların gözdən pərdə asmaq üçün olduğunu, onlara coin adı ilə satılanın heç bir işə yaramayan rəqəmlər olduğunu, Ocos coinini satmağın, onu pula çevirməyin və birjaya çıxarmağın mümkün olmadığını, pul verib heç bir işə yaramayan rəqəmlər aldıqlarını, Cavabdeh onları aldatdığını, Nəzmiyyə onunla danışanda ondan aldığı pulu Xəyala vermədiyini, öz sistemində dövr etdirdiyini, bu qadının saxtakar qadın olduğunu, Xəyal tutulandan sonra pulunu geri istədiyini, onu bloka atıb təhqir etdiyini, indi də pulunu geri istəmək üçün Gəncə Baş Polis İdarəsinə müraciət etdiyini, Nəzmiyyənin onu təhqir etdiyini, “Polis kimdi ki, məni polislə qorxudursan” dediyini, polisə pul rüşvət verdiyini dediyini, arxasında kiminsə durduğunu dediyini, adamlarının olduğunu, ona bata bilməyəcəyini dediyini, bacısı Aygünə zəng edib təhqir etdiyini, ona hədə-qorxu gəldiyini, Aygünü məhkəmə polislə hədələdiyini, Cavabdeh onların Ocosda qaz vurub qazan doldurduqlarını dediyini, halbuki heç bir qazanc götürmədiklərini, Ocosa qoşulmadan öncə Gəncədə “Access” bankda manatla 7 min azn pulunun olduğunu, 7000 AZN-i işləyib topladığı pul olduğunu, 7000 AZN-i Nəzmiyyənin tilsiminə düşüb itirdiklərini, indi də o pula hava su kimi ehtiyacının olduğunu, onu aldadan insanlardan o pulu geri istədiyini, bacısı Aygünün ağıllı olub kök pulunu çıxara bildiyini, indi “Nəzmiyyə X1 ne istəyir? Ona nə verib nə ala bilmir?” sualı qoyduğunu, Cavabdeh bacısı Aygünü narahat etdiyi ücün ona zəng edib təhqir etdiyi ücün ondan şikayətçi olduğunu, əgər Cavabdeh və onun adamları bacısı Aygünə ,uşaqlarına, yoldaşına maddi ve mənəvi zərər yetirsə təqsirkar, günahkar, səbəbkar Cavabdeh olduğunu, Nəzmiyyənin yolunu çaşdığını, “Əgər Nəzmiyyəni o özü polisə məhkəməyə veribsə, Nəzmiyyə onunla davasını çəksin, Aygündən əl çəksin” dediyini, zəng edib Aygünə hədə qorxu gəldiyini, Aygünün burda nə günahının olduğunu, Ocosa yatırım etdiyi kök pulu 1800- 2000 azn pul çıxarda bildiyini, onun əlavə qazancının olmadığını, əlində çeklərinin olduğunu, 5060 AZN-i Cavabdeh göndərəndə ondan xəbərsiz göndərdiyini, Aygünün bunu bilsəydi maneə olacağını, Gəncə polisinə zəng edəndən sonra Nəzmiyyənin ona zəng edib pis sözlərlə təhqir etdiyini, nalayiq ifadələr işlətdiyi üçün ondan şikayətçi olduğunu, bu sözlərinə görə cavab verib təzminat ödəməsini istədiyini, Nəzmiyyənin özünü kasıb zərərçəkmiş şəxs qismində təqdim etdiyini, halbuki Ocosda milyonlar qazandığını, onun təkcə Naxçıvan qolunda Cəmilə xanımın dediyinə görə min nəfərinin olduğunu, hər şeyi öz adından çıxardaraq başqa şəxslərin adına evlər maşınlar aldığını, Ocosdan sonra da lotoreya adı ilə təkrar insanları aldatdığını, bir zamanlar Cavabdeh pul verəndə yaxşı adam idi indi pulunu geri istəyəndə pis adam oluram dediyini, halal zəhmətlə qazandığı pulu geri istədiyini, haqqını tələb etdiyini, Cavabdeh onu polisləri, məhkəmələri gəzdiyi üçün günahlandırdığını, buna onu Nəzmiyyənin vadar etdiyini, insafsız, mərhəmətsiz, vicdansız, zalım qadın olduğunu, 3 ildir ki, onu süründürdüyünü, o pulu ondan geri almayınca əl çəkməyəcəyini, o pulu ondan geri istədiyini, nə olsun ki, o pulu oktyabrın 3-də yalvarıb xahiş edib ona verdiyini, nə olsun ki, pulu başqalarının adına yatırım etdiyini, nə dəxli olduğunu, həmin pulun öz pulu olduğunu, bir zamanlar Nəzmiyyəni yaxşı insan bilib pulu ona verdiyini, vaxtın onun əsl üzünü göstərdiyini, Cavabdeh öz pulunun da batdığını dediyini, gözünün içinə kimi yalan dediyini, Ocosdan o qədər pul qazanıb, pulunu baltanın da kəsmədiyini, adamları saymadığını, göylə getdiyini, Cavabdeh yenə yalan danışaraq Ocosun birjaya çıxacağını dediyini, Ocosun koininin 2 dollardan satılacağını dediyini, dediyi sözlərin hamısının yalan olduğunu, iddianın təmin edilməsini xahiş etdiyini əlavə etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, məhkəmə baxış iclasının 28 yanvar 2025ci il tarixə təyin edildiyini, orta məktəbdə müəllimə işlədiyinə və yol uzaq olduğuna görə üzürlü səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddia ərizəsində qeyd olunanları və əlində olan sübutları, yəni cavabdehə onun tərəfindən verilmiş pulun qəbzlə təsdiq olunmasını və mülki işin materillarında olan digər sübutları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ibtidai araşdırma orqanının qərarı ilə X12 tamah niyyəti ilə tanışı X13 ilə birlikdə uydurma sxem üzrə fəaliyyət göstərən “şəbəkə biznesi” qurub cəlb edəcəkləri çoxsaylı müştərilərin etibarından sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Xəyal Yaxyayev və Gülara Abdullayeva əlaqəli qaydada 2021-ci ilin yanvar ayından etibarın hüquqi şəxs kimi dövlət qeydiyyatın alınmayan və dövlət reyestrinə daxil edilməyən “Ocus” adlı şirkətin və mövcud olmayan kriptovalyutanın beynəlxalq vlayuta bazarında satışı ilə məşğul olan və mərkəzi ofisi X7 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini heç bir müqavilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə güya həmin pul məbləğlərini “Ocus” adlı şirkətin X3 hesabına köçürdüklərini, güya həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını satıldığını bildirməklə aldatmış, bu üsulla cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində İddiaçı birbaşa maddi və mənəvi ziyan vurulmasına kifayət qədər əsaslar olduğundan zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-120/2024 nömrəli hökmü ilə Azərbaycan Rəspublikası CPM-nin 318.1-ci maddəsinə uyğun olaraq təqsiri sübuta yetirilmədiyi üçün X14, X6 və X4 elan edilmiş ittihamdan zərərçəkmiş şəxs İddiaçı 5060 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodları təqsirliliyi sübuta yetirilmədiyindən ittihamdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2021-ci il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Məhkəmə sözügedən hökmün preyudisiallığını hazırki işdə iştirak edən şəxslərin dairəsi baxımından müzakirə edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə Cavabdeh cinayət prosesinin tərəfi olmadığından hökmün mülki işə baxılarkən məhkəmə üçün preyudisiallığından söhbət gedə bilməz. Bununla belə həmin iş üzrə təqsirləndirilən şəxslər X17, X13 və X4 irəli sürülən ittihamdan İddiaçı 5060 manat pul vəsaitlərinin aldatma, etibardan sui istifadə yolu ilə əldə etmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma epizodlarının təqsirliliyi sübuta yetirilmədiyindən ittihamdan çıxarılmaqla həmin şəxslərə aidiyyətinin olmaması müəyyən edilir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, PBM885896P nömrəli qəbzdən "xxxx" ASC-nin 10 nömrəli filialında İddiaçı tərəfindən 285 (iki yüz səksən beş) ABŞ dollarının Cavabdeh hesabına köçürülməsi və xx.xx.2021-ci il tarixli, BPM885875P nömrəli qəbzdən "xxxx" ASC-nin 10 nömrəli filialında 4576 (dörd min beş yüz yetmiş altı) manat pulun Cavabdeh hesabına köçürülməsi aydın olur. Mülki iş materiallarını tədqiq edən məhkəmə müəyyən edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 5060 manat pulu (285 ABŞ dolları (285*170=484 manat və 4576 manat olmaqla)) Cavabdeh verməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçının izahatını, sözügedən yazılı sübutları hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən tələb olunan məbləğ cavabdehin Cavabdeh hesabına köçürülməsi hərtərəfli qiymətləndirilmiş sübutlarla tam sübuta yetirilmişdir. Cavabdehə isə ünvanlanmış məhkəmə bildirişlərində onun iddianı etiraf edibetməməsi, əgər qismən etiraf edirsə hansı hissədə etiraf etməsi, iddianı etiraf etmirsə onun etirazının əsaslandığı fakt və hallar, həmçinin istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını, olduğu halda vəsatətlərini (hakimə etiraz etmə, üçüncü şəxslərin və (və ya) başqa cavabdehin cəlb edilməsi, əsl olmayan tərəfin əvəz edilməsi, sübutların tələb edilməsi, şahidlərin çağırılması, ekspertizanın təyin olunması və s. barədə) yazılı şəkildə rəsmi qaydada məhkəməyə təqdim etməsi təklif edilmiş, əks halda işdə mövcud olan materiallar əsasında işə baxılaraq yekun qərar qəbul olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə sözügedən hallarla bağlı heç bir münasibət bildirilməmiş, iddiaya qarşı etiraz irəli sürülməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. MPM-də çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən tərəflərin hansı hüquqi münasibətdə olmalarının müəyyən edilməsi tələbinə müvafiq olaraq qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin əsasında duran hər hansı qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından əsassız varlanma hüquq münasibətlərindən irəli gələn münasibətlər mövcud olmuşdur. Belə ki, İddiaçı 5060 manat məbləğində pulu Cavabdeh verməsi ilə cavabdeh heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 14.2 və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. MM-in 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmalı, 5060 (beş min altmış) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 72 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 5060 (beş min altmış) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 72 (yetmiş iki) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-26/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-26/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver