Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-270/2023 08.06.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Ərizənin baxılmamış saxlanması haqqında Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlu sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: "xxxx" X2 Səhmdar Cəmiyyəti “14” aprel 2023-cü il tarixdə Babək Rayon Məhkəməsinə müraciət edərək 9198.01 (doqquz min bir yüz doxsan səkkiz manat, bir qəpik) manat əsas, 837,52 (səkkiz yüz otuz yeddi manat, əlli iki qəpik) manat faiz, 39,45 (otuz doqquz manat, qırx beş qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10074,98 (on min yetmiş dörd manat, doxsan səkkiz qəpik) manat məbləğində borcun, həmçinin 120.63 (bir yüz iyirmi manat, altmış üç qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" X2 Səhmdar Cəmiyyəti tələbini əsaslandıraraq bildirmişdir ki, onunla cavabdeh arasında bağlanmış 418nkNAR/22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 9643 (doqquz min altı yüz qırx üç) manat məbləğində kredit verilmişdi. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin bu şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdi. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdi. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 08 iyun 2023cü ildə Babək Rayon Məhkəməsinə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə müraciət edərək tərəflər arasında razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmamış saxlamasını və məhkəməyə əslləri təqdim edilmiş sənədləri geri qaytarmasını xahiş etmişdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin məhkəmənin göndərdiyi ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, hazırki vəziyyətdə yaranmış hüquqi şərait "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə mülki işə baxılmasına imkan vermir və bu səbəbdən də iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərinin nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi tətbiq olunmalı və iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə təqdim edildiyindən və həmin sənədlərin əsli iddiaçıda saxlanıldığından qərardaddan şikayət vermə müddəti bitdikdən sonra həmin sənədlərin "xxxx" X2 Səhmdar Cəmiyyətinə geri qaytarılmasına zərurət yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən və "xxxx" X2 Səhmdar Cəmiyyətinin iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan məhkəmə həmin Məcəllənin 260.3-cü maddəsinin tələbinə əsaslanaraq büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, o, iddia qaldırılarkən Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 13 mart 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 120.23 (bir yüz iyirmi manat, iyimi üç qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r v e r d i: "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" X2 Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət ödəniş portalı vasitəsi ilə 13 mart 2023-cü il tarixli, ********** nömrəli qəbzlə AZ09AİİB******************** nömrəli hesaba ödədiyi 120.23 (bir yüz iyirmi manat, iyimi üç qəpik) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №e-2(079)-270/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-270/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver