Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-279/2023 26.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı1 Cavabdeh borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı1 Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 650 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 65 manatın, 13 manat notaius xərcinin, nəticə etibarı ilə ümumilikdə 728 (yeddi yüz iyirmi səkkiz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 MMC-nin təsisçisi, mən İddiaçı2 Cavabdeh ilə 20 May 2022-ci il tarixində 666 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 20 May 2022-ci il tarixində 666 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Samsung Galaxy A13” markalı telefonu 2 aylıq kreditlə 650 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla Heçnə ödəməmişdir, lakin hazırda qalan 650 manat borcunu ödməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı2 telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydımən İddiaçı2 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddimaddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Quliyev X3 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydiməsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 20 may 2022-ci il tarixli 666 nömrəli müqavilələrdən yaranan 650 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 65 manat peniya və 13 manat notarius xərcinin və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının nümayəndəsi İddiaçı2 məhkəmə hazırlıq iclasında verdiyi izahında 20 may 2022-ci il tarixli, 666 nömrəli kredit-satış müqaviləsi əsasında 650 manat dəyərində olan “Samsung Galaxy A13” markalı telefonu 2 aylıq kreditlə, aylıq 300 və 350 manat olmaq şərtilə Cavabdeh satdığını, müqaviləyə əsasən cavabdehin 20 iyun 2022-ci il tarixdə 300 manat, 20 iyul 2022-ci il tarixdə isə 350 manat ödəniş etməsi nəzərdə tutulduğunu, cavabdehin mağazaya yaxınlaşaraq ilkin ödəniş etmədən borcu 2 aya bağlayacağını bildirdiyini və telefonun ona həmin gün təhvil verildiyini, borcun ödəniş qrafikinə uyğun olaraq ödənilmədiyini, bir müddət sonra isə cavabdehin telefonun itdiyini, bununla bağlı polisə müraciət etdiyini bildirib İMEİ kodunu ondan xahiş etdiyini, ona lazımi köməklik göstərdiyini, həmin vaxt cavabdehin başqa bir telefon alıb gətirərək borcla əvəzləşdirəcəyini bildirdiyini, lakin özünün bununla razılaşmadığını və dəfələrlə pulun ödənilməsini tələb etsə də, bu günədək cavabdehin borcdan heç bir ödəniş etmədiyini, müqavilə bağlananda orada sadəcə özünün və cavabdehin iştirak etdiyini, müqavilənin şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat peniya ödənilməsi nəzərdə tutulduğunu, bu səbəbdən cavabdehin 65 manat peniya borcunun oduğunu, həmçinin 13 manatın da sənədlərin təsdiq olunub məhkəməyə təqdim edilməsi üçün notariat ofisinə xərcləndiyini, məhsulu cavabdehə 20 may 2022-ci il tarixdə şəxsən özünün təhvil verdiyini, bununla bağlı kredit satış müqaviləsinin bir surətinin də cavabdehə təqdim olunduğunu bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahında 20 may 2022-ci il tarixdə mağazaya yaxınlaşaraq iddiaçıdan “Samsung Galaxy A13” markalı telefonu 2 aya ödəmək şərtilə aldığını, borcu 2 aya bağlayacağını özünün bildirdiyini, telefonu 650 manata, aylıq 300 və 350 olmaq şərtilə aldığını, kredit müqaviləsini özü imza etsə də, müqavilənin şərtlərini oxumadığını, telefonun ona həmin gün təqdim edildiyini, daha sonra telefon itdiyindən bununla bağlı polisə müraciət etdiyini, lakin telefonun İMEİ kodu bağlandığından tapılması mümkün olmadığını, iddiaçıya olan borcunu yaxın bir adam bağlayacağını öhdəsinə götürsə də, həmin borcu bağlamadığını, özünün isə işləmədiyini və pensiya almadığını, bu səbəbdən də razılaşdıqları pulu qaytara bilmədiyini, hazırda da ödənilməsinin mümkün olmadığını, həmçinin iddiaçının ondan nəyə görə 720 manat tələb etdiyini bilmədiyini, belə ki, eyni telefonun başqa mağazalarda həmin vaxt 380 manat olduğunu, iddiaçıya yeni telefon alıb verməyi təklif etsə də razılaşmadığını bildirmiş, iddianın rədd olunmasını xahiş etmişdir. Tərəflər məhkəmə baxışı iclasında iştirak etməmişlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iştirak etməməsinin səbəbləri barəfə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdeh ilə İddiaçı1 arasında 20 may 2022-ci ildə 666 nömrəli kredit-satış müqaviləsindən müəyyən olunur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 may 2022-ci il tarixli kredit-satış müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Samsung Galaxy A13 markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh ilə İddiaçı1 arasında 20 may 2022-ci ildə 666 nömrəli kredit-satış müqaviləsi imzalanmış və həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər: - 1-ci bəndə əsasən satıcı seriya nömrəsi **********43052, **********43052 olan, Samsung Galaxy A13 markalı mobil telefonu kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. - 2-ci bənddən aydın olur ki, məbləğin ödənilməsi şirkət tərəfindən müəyyənləşdirilir və müqaviləyə əlavə olunmuş protokolda göstərilir. - 3-cü bəndə görə alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür; - 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya hesablanır. - 5 və 6-cı bəndlərlə müəyyən edilir ki, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər, borc tam ödənildikdən sonra isə müqaviləyə xitam verilir. Müqaviləyə əlavə edilmiş protokoldan isə görünür ki, alıcı İddiaçı1 MMC-dən dəyəri 650 manat olan (seriya nömrəsi **********43052, **********43052 olan, Samsung Galaxy A13 markalı) mobil telefonu razılaşaraq 2 ay müddətinə kreditlə alır, alınan malın 0 manatını nağd qaydada, qalan 650 (altı yüz əlli) manat borcu göstərilən cədvəl əsasında müntəzəm olaraq aylıq ilk ay 300 (üç yüz) manat, 2-ci ay isə 350 (üç yüz əlli) olmaqla aylıq ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilələr sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Cavabdehin iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılıb qiymətləndirilmiş, məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında verdiyi izahatı əsasında tərəflərin razılaşdıqları alqı-satqı predmetinin müqavilə bağlandığı gün alıcıya təhvil verildiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini yerinə yetirmişdir. Cavabdehin iddiaya qarşı etirazlarının əsası kimi istinad etdiyi telefonu özü alsa belə başqa şəxsin onun əvəzinə ödəyəcəyinə dair razılığa gəlmələri, həmçinin telefonun qiymətinin digər telefon satış mağazalarında daha aşağı qiymətə olması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Həmçinin cavabdeh etirazının əsası kimi istinad etdiyi halları - malın dəyərindən yuxarı qiymətə satılması, öhdəliyi onun yerinə üçüncü şəxsin icra edəcəyiə dair razılığa gəlmələri ilə bağlı dəlillər cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir ki, bu həmin hallara da mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 3019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilən müqaviləyə əsasən “qalan borcun ödənilməsi” üzrə qrafikdə göstərilir ki, müştəri 20 iyun 2022-ci ildən başlayaraq 2 ay ərzində İddiaçı1nə ilk ay 300 (üç yüz) manat, ikinci ay 350 (üç yüz əlli) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini icra etmədiyini, malın qiymətini satıcıya ödəmədiyini məhkəmə iclaslarının fasiləsiz audio yazısı ilə aparılan məhkəmə iclasında etiraf etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndlərinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya ödəyir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borcun məbləğinə mütənasibdir. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2 məhkəmə xərci olaraq 13 (on üç) manat notarius xərcinin cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının sözügedən iş üzrə ödədiyini qeyd etdiyi 13 (on üç) manat notarius xərcinin hüquqi şəxsin nizamnaməsi və şəhadətnaməsinin təsdiqi ilə bağlı 10.30 manat hissəsinin ödənildiyi öz təsdiqini tapsa da, həmin sənədlər iddianın verilməsindən xeyli müddət əvvəl 30 sentyabr 2021-ci il tarixdə peşəkar qaydada telefon alqı-satqısı ilə məşğul olan iddiaçı tərəfindən digər məhkəmə mübahisələrinin irəli sürülməsi zamanı notarial qaydada təsdiq olunmuş, hazırki vəziyyətdə isə həmin sənədlər Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə skan edilərək məhkəməyə təqdim olunmuş, iddiaçı sözüügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 20 may 2022ci il tarixli müqavilə üzrə 650 (altı yüz) manat ödənilməmiş əsas borc, 65 (altmış beş) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 715 (yeddi yüz on beş manat) manat borc Cavabdeh tutularaq İddiaçı1nə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 20 may 2022-ci il tarixli müqavilə üzrə 650 (altı yüz) manat ödənilməmiş əsas borc, 65 (altmış beş) manat cərimə borcu olmaqla, cəmi 715 (yeddi yüz on beş) manat borc Cavabdeh tutularaq İddiaçı1nə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1nə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-279/2023
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-279/2023
26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver