Məhkəmə qərarları › İş №e-2(079)-281/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-281/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-281/2024 22.07.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixdə cavabdeh X7 oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4007.52 manat əsas borcun, ödənilmiş 60.08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC-nin Naxçıvan filialı ilə X7 oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********95 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X7 oğluna 48 ay müddətinə, illik 17 faiz dərəcəsi ilə hesablanmaqla, 9950 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X5 Balaş oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Babək rayon notariat ofisi tərəfindən verilən məlumata əsasən X7 oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışına əsasən, X7 oğlunun Banka ödənilməmiş qalan 4007.52 manat əsas borcu qalmışdır. Cavabdehlər - Cavabdeh2 və Əliyev X4 Müslüm Balaş oğlunun vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsi və iddianın tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə iddiaçının nümayəndəsi və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında mərhum X2 onun mərhum həyat yoldaşı olduğunu, onun birinci Qarabağ müharibəsi qazisi olduğunu, döyüşlərdə iştirakına və qazi olduğuna görə dövlət tərəfindən onlara şəraitli ev verildiyini, bank tərəfindən onun borcunun niyə silinmədiyini anlamadığını, Müslimin banka sağlığında kifayət qədər ödəniş etdiyini, ərinin 2 ildir vəfat etdiyini, onun Sədərək döyüşlərində iştirak etdiyini və tutduğu xəstəlikdən vəfat etdiyini, kreditin götürüldüyünü bildiyini, amma hansı bankdan götürüldüyünü bilmədiyini, Müslimin nə qədər pul götürməsini bilmədiyini, amma vəfatına qədər krediti ödədiyini bildiyini, alınan kreditin onun dərmanlarına xərcləndiyini, ərindən ona ev miras qaldığını, onu ərinə dövlətin verdiyini, yoldaşının ölümü ilə bağlı ona verilən müavinətin nə qədər olmasını bilmədiyini, həmin pulu ərinin borclarına, onun qəbrinə və il mərasiminə xərclədiyini bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli BPM**********95 nömrəli kredit müqaviləsinə əsasən 4007.52 manat əsas borcu olmaqla, cəmi 4007.52 manat borc tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, "xxxx" ASC ilə X7 oğlu arasında kredit müqaviləsinin bağlanmış olması və "xxxx" ASC tərəfindən X7 oğluna kreditin verilməsi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Mülki iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli BPM**********95 nömrəli tərəflərin imzaladığı müqavilədən "xxxx" ASC ilə X7 oğlu arasında kredit müqaviləsinin bağlanmış olması, Bank tərəfindən borcalana 48 ay müddətinə 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində, kreditdən istifadəyə görə illik 17% faiz dərəcəsi ilə kredit verilməsi barədə razılıq əldə olunması və tərəflərin borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikləri müəyyən olunur. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin predmeti adlanan 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən borcverən borcalana 48 (qırx səkkiz) ay müddətində (xx-xx-2024 tarixədək) 9950 AZN (doqquz min doqquz yüz əlli) məbləğində, kreditdən istifadəyə görə illik 17% (on yeddi) faiz ödəmək şərtilə şəxsi istehlak məqsədlər üçün kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür; - müqavilənin 3.2-ci bəndinə əsasən Kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu Müqaviləyə 1 nömrəli ələvədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir; - müqavilənin 3.9-cu bəndinə əsasən borc verən borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və/və ya faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildiyi hallarda kreditin qalıq məbləğinin vaxtından əvvəl qaytarılmasını və qaytarılma anınadək hesablanmış faizlərin ödənilməsini Borc alandan tələb edə bilər. - müqavilənin 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu Müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq Borc verən tərəfindən Borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində penya hesablana bilər. Müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdehlər tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit sifarişi haqqında ümumi məlumatdan istehlak kreditinin 48 ay müddətinə, 17% dərəcəsi ilə 9950 (doqquz min doqquz yüz əlli) manat məbləğində verilməsi barədə razılıq əldə olunduğu müəyyən olunur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli məxaric orderindən 9950 (doqquz min doqquz yüz əlli) manat pulun X7 oğluna verilməsi və şəxsin öz imzası ilə sözügedən halı təsdiq etməsi aydın olur. Həmin müqaviləyə əlavə - ödəniş qrafikindən belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi isə 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 287.2 manat, sonuncu ay isə 280.87 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. Bankın iddiasına qarşı borcalanın müqavilə üzrə öhdəliyini lazımınca icra etməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. İddia ərizəsinə əlavə olunmuş Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 871817 nömrəli ölüm haqqında şəhadətnamədən borcalan X7 oğlunun Babək rayonu, Güznüt kəndində kəskin miokard infarktı səbəbiylə 14 aprel 2022-ci il tarixdə vəfat etdiyi və bu barədə ölüm akt qeydləri kitabında 121 nömrə ilə qeydin mövcud olması aydın olur. Məhkəmə qeyd edir ki, borclunun ölümü halında onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. (“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı”) Mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-210 nömrə ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 oğlunun vərəsəsi Babək rayonu, Güznüt kəndində qeydiyyatda olan Cavabdeh2 miras əmlakdan ¾ hissə almalıdır və şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-62 nömrə ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X7 oğlunun vərəsəsi Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatda olan Cavabdeh1 miras əmlakdan 1/4 hissədə pay almalıdır və şəhadətnamə verilən miras əmlak ‘‘Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müfadiə Fondunun xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-134692/2024 nömrəli məktubunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021 -ci il tarixli, 1513 nömrəli Fərmanına əsasən X7 oğlunun vərəsələri Cavabdeh2 və Cavabdeh1 6600 manat məbləğində birdəfəlik ödəmənin proaktiv qaydada icra olunaraq Cavabdeh2 4950 manat (3/4 hissə), Cavabdeh1 isə 1650 manat (1/4 hissə) məbləğində ödəmənin edildiyi bildirilmişdir. Həmçinin qoşmaya əlavə edilmiş çıxarışlardan Cavabdeh2 xx.xx.2022-ci il tarixli, ******* nömrəli birdəfəlik müavinət ilə bağlı ərizəsinə DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən baxıldığı və xx.xx.2022-ci il tarixli qərarla xx.xx.2022-ci il tarixli təyinatın verildiyi, ödənişin plastik kart vasitəsilə birdəfəlik 6600 manat məbləğində ödənişdən 4950 manat məbləğində edildiyi müəyyən edilir. Eyni zamanda digər çıxarışdan Cavabdeh1 xx.xx.2023-cü il tarixli, ******* nömrəli birdəfəlik müavinət ilə bağlı ərizəsinə DSMF Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən baxıldığı və xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixli təyinatın verildiyi, ödənişin plastik kart vasitəsilə birdəfəlik 6600 manat məbləğində ödənişdən 1650 manat məbləğində edildiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin” əlaqəli şəkildə şərh edilməsinə dair 4 iyun 2018-ci il tarixli qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. MM-in 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. MM-in 500.2-ci maddəsinə əsasən isə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Sözügedən halda isə borcluların birgə öhdəliyi qanundan, MM-in 1306-cı maddəsinin tələbindən irəli gəlir. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddia təmin olunmalı, xx.xx.2020-ci il tarixli BPM**********95 nömrəli kredit müqaviləsinə əsasən 4007.52 (dörd min yeddi manat əlli iki qəpik) manat əsas borcdan mirasın qəbul edilmiş ¾ hissəsinə müvafiq olaraq Cavabdeh2 3005.64 (üç min beş manat altmış dörd qəpik) manat, mirasın qəbul edilmiş ¼ hissəsinə müvafiq olaraq Cavabdeh1 isə 1001.88 (bir min bir manat səksən səkkiz qəpik) manat birgə borclu kimi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iddiaçı tərəfindən dövlət rüsumu ilə əlaqədar ödənilmiş 0,4 manat bank xidmət haqqının tutulması tələbi barədə aşağıdakıları qeyd edir. MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman Azərbaycan Respublikası Mərkəzi X6 Portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 60.48 manat (altmış manat qırx səkkiz qəpik) miqdarında dövlət rüsumu Cavabdeh2 mirasın qəbul edilmiş ¾ hissəsinə müvafiq olaraq 45.36 (qırx beş manat otuz altı qəpik) manat, Cavabdeh1 mirasın qəbul edilmiş ¼ hissəsinə müvafiq olaraq 15.12 (on beş manat on iki qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş ********** nömrəli məxaric qəbzindən belə məlum olur ki, iddiaçı 60.08 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqı ödəmişdir. MPM-in 115.0 və 115.0.9-cu maddəsinə əsasən isə işə baxılması ilə əlaqədar məsrəflərin dairəsinə həmçinin məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. İddiaçının 0,40 (qırx qəpik) manat bank xidmət haqqı ödəməsi onun məhkəməyə iddia tələbi ilə müraciət etməsi ilə bağlı yarandığından məhkəmə bunu işə baxılması ilə əlaqədar zəruri hesab edilən digər xərc hesab edir. Həmçinin 0,40 (qırx) manat bank xidmət haqqı Cavabdeh2 mirasın qəbul edilmiş ¾ hissəsinə müvafiq olaraq 0.30 (otuz qəpik) manat, Cavabdeh1 mirasın qəbul edilmiş ¼ hissəsinə müvafiq olaraq 0.10 (on) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli BPM**********95 nömrəli kredit müqaviləsinə əsasən 4007.52 (dörd min yeddi manat əlli iki qəpik) manat əsas borcdan mirasın qəbul edilmiş ¾ hissəsinə müvafiq olaraq Cavabdeh2 3005.64 (üç min beş manat altmış dörd qəpik) manat, mirasın qəbul edilmiş ¼ hissəsinə müvafiq olaraq Cavabdeh1 isə 1001.88 (bir min bir manat səksən səkkiz qəpik) manat birgə borclu kimi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Azərbaycan Respublikası Mərkəzi X6 Portalı vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 60.48 manat (altmış manat qırx səkkiz qəpik) miqdarında dövlət rüsumu Cavabdeh2 mirasın qəbul edilmiş ¾ hissəsinə müvafiq olaraq 45.36 (qırx beş manat otuz altı qəpik) manat, Cavabdeh1 mirasın qəbul edilmiş ¼ hissəsinə müvafiq olaraq 15.12 (on beş manat on iki qəpik) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin 0,40 (qırx) manat bank xidmət haqqı Cavabdeh2 mirasın qəbul edilmiş ¾ hissəsinə müvafiq olaraq 0.30 (otuz qəpik) manat, Cavabdeh1 mirasın qəbul edilmiş ¼ hissəsinə müvafiq olaraq 0.10 (on) manat alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar