Məhkəmə qərarları › İş №e-2(079)-284/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-284/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-284/2023 31.05.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı2 X2 borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı2 Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Cavabdeh 195 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 20 manatın, 13 manat notarius xərcinin, nəticə etibarilə ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi, mən İddiaçı1 Cavabdeh ilə 29 iyun 2020-ci il tarixində 436 nömrəli kredit-satış müqaviləsi bağlamışıq. 29 iyun 2020-ci il tarixində 436 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “Xiomi Not 8” markalı telefonu 6 aylıq kreditlə 600 manat dəyərində almış və hazırki vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 405 manat ödənilmiş, lakin hazırda qalan 195 manat borcunu ödəməkdən imtina edir. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin onu da bildirmək istəyirəm ki, mən İddiaçı1 telefon satışı ilə məşğul olaraq özüm üçün maddi qazanc əldə edirəm və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Yəni vaxtında ödənilməyən ödənişlər mənim üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığım telefonun vaxtında ödənilməyən pulları mənim maddi itkilərə məruz qalmağıma səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsaydımən İddiaçı1 maddi itkilərlə qarşılaşmayacaqdım. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfimizdən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. Mən buna görə ciddimaddi itkilərlə qarşılaşmışam. Həmçinin onu da qeyd edim ki, mən Quliyev X4 şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınıram. Mənim geniş müştəri dairəm vardır. Mən müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikəm. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsəydiməsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Onu da qeyd etmək lazımdır ki, cavabdehin yuxarıda qeyd olunan 29 iyun 2020-ci il tarixli 436 nömrəli müqavilələrdən yaranan 195 manat əsas borcu vardır. Bundan əlavə müqavilədə nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün ödənilməli olan 10 manat, yəni ümumilikdə cərimə olaraq 20 manat peniya və 13 manat notarius xərcinin və 30 manat dövlət rüsumunun da cavabdehdən alınıb mənə qaytarılmasını istəyirəm. İddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə hazırlıq iclasında verdiyi izahatında 29 iyun 2020-ci il tarixli, 436 nömrəli kredit-satış müqaviləsi əsasında “Xiomi Note 8” markalı telefonu 6 aylıq kreditlə, aylıq 84 manat olmaq şərtilə Cavabdeh satdığını, müqaviləyə əsasən cavabdehin 29 yanvar 2021-ci il tarixədək aylıq 84 manat ödəniş etməsinə dair razılaşdıqlarını, cavabdehin ilkin ödəniş də daxil olmaqla borcdan 405 manat ödəniş etməsinə baxmayaraq qalan 195 manat borcu ödəməkdən yayındığını, bununla bağlı cavabdehə dəfələrlə məlumat verməsinə baxmayaraq, bunun heç bir faydası olmadığını, müqavilənin şərtlərinə əsasən gecikdirilmiş hər gün üçün 10 manat peniya ödənilməsi nəzərdə tutulduğunu, bu səbəbdən cavabdehin 20 manat peniya borcu olduğunu, həmçinin 13 manat da sənədlərin təsdiq olunub məhkəməyə təqdim edilməsi üçün notariat ofisinə xərcləndiyini, məhsulu cavabdehə 29 iyun 2020-ci il tarixdə şəxsən özünün təhvil verdiyini, lakin həmin dövrdə müştərilərə malın təhvil verilməsi ilə bağlı təhviltəslim aktı tərtib edilmədiyindən, həmçinin mağazada işləyən şəxs də hazırda orada olmadığından, sübut olaraq sadəcə kredit satış müqaviləsini məhkəməyə təqdim etdiyini bildirmiş, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib iddianın təmini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iştirak etməməsinin səbəbləri barəfə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Həmin məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin məcəllənin 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Həmin məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsində satıcının əşyanı vermək vəzifəsi müəyyən edilir ki, həmin maddənin tələbinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 29 iyun 2020-ci ildə 436 nömrəli kredit-satış müqaviləsindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X5 arasında hissə-hissə ödəmə şərtilə nisyə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən Xiyomi not 8 markalı telefon alması barədə tərəflərin razılığa gəlmələri işin mübahisəsiz hallarıdır. Həmin müqavilə üzrə tərəflər aşağıda qeyd edilən şərtlər barədə razılığa gəlmişlər. Müqavilənin: - 1-ci bəndə əsasən satıcı seriya nömrəsi 3575xx/xx/708171/5, **********8171/3 olan, Xiomi not 8 markalı mobil telefonu kredit-satış qaydasında verir, alıcı isə aldığı malın dəyərini müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür; - 2-ci bənddən aydın olur ki, məbləğin ödənilməsi şirkət tərəfindən müəyyənləşdirilir və müqaviləyə əlavə olunmuş protokolda göstərilir; - 3-cü bəndə görə alıcı üzərində olan borcu vaxtında ödəməyi tam öhdəsinə götürür; - 4-cü bəndinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya hesablanır. - 5 və 6-cı bəndlərlə müəyyən edilir ki, alıcı daşıdığı öhdəlikləri yerinə yetirmədiyi təqdirdə satıcının iddiası əsasında məhkəmə qarşısında məsuliyyətə cəlb oluna bilər, borc tam ödənildikdən sonra isə müqaviləyə xitam verilir. Müqaviləyə əlavə edilmiş protokoldan isə görünür ki, alıcı İddiaçı2 MMC-dən dəyəri 850 manat olan (seriya nömrəsi 357xx/xx/708171/5, **********8171/3 olan, Xiyomi not 8 markalı) mobil telefonu razılaşaraq 6 ay müddətinə kreditlə alır, alınan malın 100 manatını nağd qaydada, qalan 500 (beş yüz) manat borcu göstərilən cədvəl əsasında müntəzəm olaraq aylıq hər ay 84 (səksən dörd) manat olmaqla aylıq ödəməyi öhdəsinə götürür. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə bağlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflərin imzaları ilə hüquqi qüvvə alan hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqavilə sözügedən mühüm şərtlərə əməl olunmaqla bağlanmışdır. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrdən aydın olur ki, razılaşma üzrə iddiaçının müqavilədə göstərilən malları cavabdehə verməsi, cavabdehin isə müqavilə üzrə müəyyən edilmiş qaydada onun dəyərini hissə-hissə ödəməsi onların müqavilədən irəli gələn əsas öhdəliyidir. Tərəflərin arasında bağlanmış müqavilədən aydın olur ki, iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini icra edərək razılaşdırılmış mobil telefonu cavabdehə vermiş, müqavilədən irəli gələn əsas öhdəliyini yerinə yetirmişdir. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyünün təmin olunmduğu MPM-in 77.1ci maddəsinin tələbini cavabdehin diqqətinə çatdıraraq bildirir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməyə borcludur. Mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yuxarıda qeyd edilən müqaviləyə əsasən “qalan borcun ödənilməsi” üzrə qrafikdə göstərilir ki, müştəri 29 avqust 2020-ci ildən başlayaraq 6 ay ərzində İddiaçı2nə hər ay 84 (səksən dprd) manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaya qarşı heç bir etiraz irəli sürülməmiş, müqavilə üzrə öhdəliyini lazımınca icra etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndlərinə əsasən alıcı firmaya xəbərdarlıq etmədən borcu gecikdirdiyi halda hər keçən gün üçün 10 (on) manat həcmində peniya ödəyir. Qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olması müəyyən edilir. Məhkəmə hesab edir ki, tələb olunan cərimə məbləği əsas borcun məbləğinə mütənasibdir. Məhkəmə iddia tələbinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 məhkəmə xərci olaraq 13 (on üç) manat notarius xərcinin cavabdehdən alınıb ona verilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.9-cu maddələrinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının sözügedən iş üzrə ödədiyini qeyd etdiyi 13 (on üç) manat notarius xərcinin hüquqi şəxsin nizamnaməsi və şəhadətnaməsinin təsdiqi ilə bağlı 10.30 manat hissəsinin ödənildiyi öz təsdiqini tapsa da, həmin sənədlər iddianın verilməsindən xeyli müddət əvvəl 30 sentyabr 2021-ci il tarixdə peşəkar qaydada telefon alqı-satqısı ilə məşğul olan iddiaçı tərəfindən digər məhkəmə mübahisələrinin irəli sürülməsi zamanı notarial qaydada təsdiq olunmuş, hazırki vəziyyətdə isə həmin sənədlər Elektron Məhkəmə İnformasiya sistemi vasitəsilə skan edilərək məhkəməyə təqdim olunmuş, iddiaçı sözüügedən işlə bağlı həmin xərci çəkməmişdir. Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 29 iyun 2020-ci il tarixli müqavilə üzrə 195 (bir yüz doxsan beş manat) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 215 (iki yüz on beş manat) manat borc cavabdeh X2 tutularaq İddiaçı2nə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 29 iyun 2020-ci il tarixli müqavilə üzrə 195 (bir yüz doxsan beş manat) manat ödənilməmiş əsas borc, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 215 (iki yüz on beş manat) manat borc cavabdeh X2 tutularaq İddiaçı2nə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı2nə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar