Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-308/2025 21.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti 08 aprel 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 189 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə “X3 Azərbaycan” QSC arasında xx.xx.2014-cü iİ tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli, e-2(079)-149/2021 nömrəli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı “X3 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Lider Legal MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. «X3 Azərbaycan» QSC ilə ”Lider Legal“ MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixində ödənilən 100 manat, xx.xx.2021ci il tarixində ödənilən 100 manat, xx.xx.2021- ci il tarixində ödənilən 90 manat, xx.xx.2022-ci il tarixində ödənilən 110 manat, xx.xx.2022-ci il tarixində ödənilən 100 manat, xx.xx.2022-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 310 manat, xx.xx.2022-ci il tarixində ödənilən 50 manat ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 189 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən “X3 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 189 manat məbləğində xidmət haqqı ödənilmişdir. «X3 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcverən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtirilmədikdə kredit və ona hеsablanmış faiz borcunu, o cümlədən kredit üzrə gеcikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, kreditin gеri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə kreditin gеri qaytarılması ilə bağlı “Borcverənin " çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin "əldən çıxmış faydasını ödəmək qeyd edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddianı tam müdafiə etdiklərini və iddia tələbi ilə əlaqədar sənədlərin elektron məhkəmə sistemində olan elektron kabinetə əlavə edildiyini, məhkəmə iclas(lar)ının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilərək iddiaçı “X3 Azərbaycan” QSC-nin nümayəndəsinin iştirakı olmadan keçirilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını işdə olan sübutlar əsasında tədqiq edən məhkəmə qeyd edir ki, Babək Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(079)-149/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilməklə 28 fevral 2014-cü il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə üzrə 968.53 (doqquz yüz altmış səkkiz manat, əlli üç qəpik) manat əsas, 122.15 (bir yüz iyirmi iki manat, on beş qəpik) manat faiz, 97 (doxsan yeddi) manat cərimə borcu olmaqla, ümumilikdə 1187.68 (bir min bir yüz səksən yeddi manat, altmış səkkiz) manat məbləğində kredit borcunun Cavabdeh tutularaq «X3 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Mülki iş materiallarında olan “Lider Legal MMC” ilə “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış “04” iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin predmetini qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzinə ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 4-cü bəndində qeyd edilir ki, büro bank tərəfindən açılan məhkəmə və icra işləri ilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə, icra işlərini və bu işlərə nəzarəti bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. Müqavilənin 5.1-ci bəndində isə göstərilir ki, bank büroya xidmətləri qarşılığında istifadə edilən kreditlərdən yaranan borcların qaytarılması ilə əlaqədar ödəniş və xərcləri ödəyir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli təhvil aktında qeyd olunur ki, "X3 Azərbaycan" QSC-ə istehlak kreditləri üzrə xx.xx.2021-ci il tarixdə “Lider Legal MMC” Cavabdeh alıb kreditora ödədiyi 100 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 15 manat, xx.xx.2021-ci il tarixdə kreditora ödədiyi 100 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 15 manat, xx.xx.2021-ci il tarixdə kreditora ödədiyi 90 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 13.50 manat, xx.xx.2022-ci il tarixdə kreditora ödədiyi 110 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 16.50 manat, xx.xx.2022-ci il tarixdə kreditora ödədiyi 100 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 15 manat, xx.xx.2022-ci il tarixdə kreditora ödədiyi 200 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 30 manat, xx.xx.2022-ci il tarixdə kreditora ödədiyi 200 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 30 manat, xx.xx.2022-ci il tarixdə kreditora ödədiyi 310 manat ödənişə görə büroya ödəniləcək 15 % olaraq 46.50 manat olmaqla ümumilikdə 181.50 manat xidmət haqqı “Lider Legal MMC”-ə təhvil verilmişdir. 28 fevral 2014-cü il tarixli müqavilə üzrə "X3 Azərbaycan" QSC ilə Cavabdeh arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə” bağlanarkən müqavilənin “Bank”ın hüquq və vəzifələri barədə 4.20.8 və 4.20.9-cu bəndlərində tərəflər "Kart/əlavə kart sahibi" tərəfindən bu müqavilə üzrə öhdəlikləri icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, gecikdirilmiş borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, cərimə məbləğlərini, komisyon və s. nəzərdə tutulmuş digər ödənişləri borcu(ları) əvəzinə mübahisəsiz (akseptsiz) qaydada ’'Kart/əlavə kart sahibinin" və/və ya "zaminin" "Bankdakı" istənilən hesabından(lanndan) silmək (ödəmək), "Kart/əlavə kart sahibi" tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə, kreditin (yaranan borcların) geri qaytarılması ilə bağlı çəkdiyi (çəkməli olduğu) bütün xərclərin (zərərin/məsrəflərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini "kart/əlavə kart sahibindən" və/və ya "zamindən" tələb etmək, bu müqavilə üzrə tələb hüquqlarını üçüncü şəxslərə satmaq və ya güzəşt etmək, bu müqavilə üzrə "kart/əlavə kart sahibinin" öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış (ödənilməmiş) borcların geri qaytarılmasının təmin edilməsi məqsədilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən (çəkilməli olan) məsrəfləri (xərcləri) "kart/əlavə kart sahibindən" və/və ya "zamindən" tələb etmək (tutmaq/almaq) razılığına gəlmişlər. Həmçinin, həmin müqavilənin 4.19-cu maddəsinə əsasən bu müqavilədən yaranan (irəli gələn) borcların "kart/əlavə kart sahibi" tərəfindən vaxtında və lazımi qaydada geri qaytarılmamasına görə "Bank", kart/əlavə kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, "kart/əlavə kart sahib"i bununla bağlı "Bankın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi xidmət ilə bağlı xərclər daxil olmaqla) "Banka" ödənilməsini qəbul, bəyan və təsdiq edir. Məhkəmə qeyd edir ki, MM-in 6-cı maddəsinin mahiyyətindən irəli gələn müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. MM-in 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 390.5-cı maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (390.6). Hazırki vəziyyətdə borclu kredit müqaviləsi bağlanarkən kreditor qarşısında öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə kreditin gеri qaytarılması ilə bağlı “Borcverənin" çəkdiyi bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini ödəmək öhdəliyini götürmüşdür. Məhkəmə hesab edir ki, müqavilə azadlığı prinsipi nəzərə alınmaqla cavabdeh iddiaçı qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və həmin Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). İş materiallarına əlavə olunmuş təhvil aktlarından və xx.xx.2023-cü il tarixli maliyyə arayışından "xxxx" QSC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2014-cü il tarixli kart krediti müqaviləsi əsasında borclu tərəfindən son tarix xx.xx.2022-ci ilə təmin edilmiş 1210 manat məbləğində pul vəsaitinə görə «X3 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 181.50 manat məbləğində xidmət haqqının ödənildiyi aydın olur. Sözügedən halları nəzərə alan məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, "X3 Azərbaycan" QSC tərəfindən "xxxx" MMC-ə hüquqi xidmət müqabilində ödənilən 181.50 manat pul Cavabdeh tutularaq "X3 Azərbaycan" QSC-ə ödənilməli, qalan hissədə əsaslılığı sübuta yetirilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə belə hesab edir ki, tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 28.80 (iyirmi səkkiz manat, səksən qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119, 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 181.50 (bir yüz səksən bir manat, əlli qəpik) məbləğində pul tutularaq "X3 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalmış hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 28.80 (iyirmi səkkiz manat, səksən qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-308/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-308/2025
21.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver