Məhkəmə qərarları › İş №e-2(079)-309/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-309/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-309/2025 25.06.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkil-nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkil-nümayəndəsi vasitəsilə 08 aprel 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat borc məbləğinin, ödənilmiş vəkil xərcinə görə 450 (dörd yüz əlli) manat xidmət haqqının və 71 (yetmiş bir) manat dövlət rüsumu olmaqla ümumilikdə 5521 (beş min beş yüz iyirmi bir) manat pulun cavabdehdən alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsi iddianı əsaslandıraraq bildirmişdir ki, İddiaçı Cavabdeh 23 iyul 2024-cü il tarixində Naxçıvan “ASAN xidmət” mərkəzində notariat qaydada bağlanmış borc müqaviləsi əsasında 5000 (beş min) manat pulu borc vermişdir. Borc müqaviləsinin şərtinə əsasən 30 sentyabr 2024-cü il tarixinədək verilmiş 5000 (beş min) manat borc pul iddiaçıya qaytarılmalı idi. Lakin cavabdeh tərəfindən bu günədək heç bir ödəniş edilməmiş, borc pul qaytarılmamışdır. Hazırda cavabdeh iddiaçıya 5000 (beş min) manat pul borcludur. İddiaçı dəfələrlə Cavabdeh ona borclu qaldığı 5000 (beş min) manat borcunu geri qaytarmasını ondan tələb etsə də, cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmır və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırır. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Həmçinin iddiaçı bu mülki mübahisə ilə bağlı 450 (dörd yüz əlli) manat ödəniş edib vəkil tutaraq, vəkildən hüquqi yardım alır. Həmin pulun cavabdehdən alınıb ona qaytarılmasını da istəyir. İddiaçı hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 5000 (beş min) manat borc məbləğinin, ödəmiş olduğu vəkil xərcinə görə 450 (dörd yüz əlli) manat və 71 (yetmiş bir) manat dövlət rüsumunun cavabdehdən alınmaqla, ümumilikdə 5521 (beş min beş yüz iyirmi bir) manat pulun ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan və sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq baxmışdır. İddiaçının vəkil-nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında Naxçıvan ASAN Xidmət Mərkəzində 23 iyul 2024-cü il tarixdə bağlanan müqaviləyə əsasən iddiaçı cavabdehə 5000 manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin pulu 30 sentyabr 2024-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən bu günədək heç bir pul qaytarılmamışdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıdan alqı-satqı müqaviləsi əsasında yük maşını (tır) aldığını, avtomobildə problem müəyyən edilmədikdə iddiaçıya əlavə 5000 manat verəcəyinə, müəyyən edildikdə isə avtomobili ona geri qaytaracağına dair razılaşdıqlarını, bunu notarial qaydada rəsmiləşdirdiklərini, lakin avtomobili istifadə etdikdə problemlərin ortaya çıxdığını, bununla bağlı 4-5 nəfərin də şahidlik edə biləcəyini, maşını 4 ustaya apardığını, motorunu düzəltdirdiyini, bununla bağlı görüntü və səs yazılarının mövcud olduğunu, iddiaçının bu günədək ondan borcu tələb etmədiyini, borc müqaviləsini bağlama səbəbinin həmkəndlisi kimi iddiaçıya güvənməsi ilə bağlı olduğunu, iddiaçının ona borc pul vermədiyini, sadəcə iddiaçıya alqı-satqıdan borclu olduğu 5000 manat məbləğin borc olaraq yazıldığını, sonra ifadəsini təkzib edərək iddiaçıdan 5000 manat pul aldığını, sonra yenə həmin ifadəni təkzib edərək bankın depozitinə notariusda pul qoyulmadığını, borc müqaviləsinin maşının alqı-satqısına görə rəsmiləşdirildiyini, borc müqaviləsinə özünün imza etdiyini, reys (tır) sürücüsü işlədiyini, iddiaçının onun həmkəndlisi olduğunu, onu əzəldən tanıdığını, onun da tır vasitəsilə daşıma faəliyyəti ilə məşğul olduğunu, iddiaçının 2024-cü ildə ona yol polisi idarəsində alqı-satqı müqaviləsi əsasında “DAF” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı yük maşını satdığını, avtomobilin dövlət qeydiyyat nişanını aldıqdan sonra dəyişdiyini, alqı-satqı müqaviləsinin surətinin ona verilmədiyini, iddiaçı ilə maşının qiymətini 35000 manata razılaşdıqlarını, lakin iddiaçıya 30000 manat pul verdiyini, 5 min manat borcunun qaldığını, orada başqa şəxslərin də olduğunu və onların yanında iddiaçıya maşının motorunu yoxlatdıracağını bildirdiyini, motorun yoxlanışı zamanı motorda problemlərin olmasını gördüyünü, heç 3 ay avtomobili işlətmədiyini, borc müqaviləsini də həmin gün Naxçıvanda ASAN Xidmətdə rəsmiləşdirildiyini, həmin borcun müqavilədə əl borcu kimi qeyd edildiyini, avtomobili adına rəsmiləşdirdiyi üçün gələcəkdə hər hansı bir problem yaranmasın deyə borc müqaviləsini yazdırdıqlarını, daha sonra avtomobildə nasazlıqlar aşkar etdiyini, borc müqaviləsinin 2024-cü ilin setnyabr-oktyabr aylarında bağlandığını, avtomobili də həmin vaxt aldığını, avtomobilin iddiaçının qaynının adına olduğunu və üzərinə həbs qoyulduğunu, daha sonra avtomobilin həbsdən çıxarıldığını və öz adına rəsmiləşdirildiyini, lakin özünün həmin avtomobilin başqa şəxsin mülkiyyətində olmasını bilmədiyini, avtomobil öz adına rəsmiləşdirildikdən və borc müqaviləsi bağlandıqdan sonra avtomobilin başqa şəxsin mülkiyyətində olması barədə xəbər tutduğunu, avtomobili ona İddiaçı satdığını, lakin avtomobilin onun qaynının adına olduğunu və qaynının ona (yəni cavabdehə) alqı-satqı zamanı ümumi etibarnamə verib getdiyini, özünün isə pulu Fəzailə verdiyini, iddiaçının müqavilənin rəsmiləşdirilməsi üçün 5000 manatı bankdan çəkib notariusda ona verdiyini və iddiaçıdan aldığı 5000 manat pulu Asan Xidmətdən çıxdıqdan sonra onun özünə qaytardığını, iddiaçının isə həmin pulu yenidən banka köçürdüyünü, lakin pulun elə həmin vaxt iddiaçıya qaytarılması və banka geri qoyulmasıyla bağlı hər hansı bir sübutun olmadığını bildirmiş, sonda iddianın rədd olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçının ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbini nəzərə almaqla qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən əmələ gələn öhdəlik münasibətləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında predmeti pul məbləği olan borc hüquq münasibətləri yaranmış, iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə verməyi, cavabdeh isə razılaşdırılmış şərtlərlə pul məbləğini iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü ildə Naxçıvan “ASAN xidmət” mərkəzində notariat qaydada bağlanmış borc müqaviləsinə əsasən İddiaçı 5000 (beş min) manat pulu borc olaraq Cavabdeh faizsiz olaraq verməyi, borcalan İddiaçı isə həmin borcu xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda Plenum vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçı ilə aralarında əslində alqısatqı ilə bağlı hüquq münasibətlərinin yarandığını, iddiaçının ona etibarnamə əsasında nəqliyyat vasitəsini satdığını, aralarında həmin nəqliyyat vasitəsində gələcəkdə hər hansı qüsurun olmayacağı halda ilkin ödənilmiş məbləğdən əlavə 5000 manat pulun ödəniləcəyinə dair razılıq əldə olunduğunu və həmin razılığı notarial qaydada borc müqaviləsi kimi rəsmiləşdirdiklərini, həmin vaxt iddiaçının 5000 manat kredit çəkib notariusda ona verdiyini, rəsmiləşdirmə bitdikdən sonra isə həmin məbləği iddiaçıya elə oradaca geri qaytardığını bildirmişdir. Lakin sözügedən halı təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Əqdin etibarsızlığına istinad edən cavabdeh tərəfindən isə sözügedən halın əsaslılığını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında qanunla nəzərdə tutulmuş forma şərtlərinə əməl olunmaqla etibarlı borc hüquq münasibətləri yaranmışdır. İddiaçının borc müqaviləsindən irəli gələn öhdəliyi razılaşdırılmış 5000 manat məbləği borcalana vermək olmuşdur. İddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəlik icra olunmuşdur. Belə ki, cavabdeh Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə audio-video yazısının aparıldığı məhkəmə iclasında verdiyi izahatında iddiaçının həmin məbləği ona müqavilənin rəsmiləşdirildiyi yerdə verdiyini təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bununla belə cavabdeh müqavilə rəsmiləşdirildikdən sonra həmin məbləği iddiaçıya qaytardığına istinad etsə də bunun əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə ilə üzərinə götürdüyü öhdəlik icra olunmamış, razılaşdırılmış borc məbləği cavabdeh tərəfindən müqavilədən irəli gələn müddətdə iddiaçıya qaytarılmamışdır. Halbuki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Mülki məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). MM-in 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərin dairəsi isə qeyd edilən Məcəllənin 115.0 və 115.0.6-ci maddəsi ilə tənzimlənir ki, bu məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sözügedən Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EM-06/71VK-15950/25 nömrəli xidmət müqaviləsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli orderdən iddiaçı ilə Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə arasında həmin tarixdə hüquqi yardımın göstərilməsi haqqında və hüquqi yardıma görə haqqın qarşılıqlı razılığa əsasən 450 manat məbləğində müəyyən edilməsi aydın olur. Həmçinin xx.xx.2025-ci il tarixdə vəkilin kabinetinə yerləşdirilmiş çıxarışdan sözügedən iş üzrə vəkil xərci olaraq 450 manat məbləğində vəsaitin İddiaçı və Nümayəndə arasında bağlanmış müqaviləyə əsasən ödənilməsi aydın olur. Belə olan halda hüququ pozulmuş şəxs olaraq iddiaçı pozulmuş hüququnun bərpası üçün vəkilin göstərdiyi yardıma görə çəkdiyi xərci də cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul və 450 (dörd yüz əlli) manat vəkil xərci alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 450 (dörd yüz əlli) manat vəkil xərci alınaraq İddiaçı ödənilsin. İddiaçı X2 tərəfindən iddia qaldırılan zaman ödənilmiş 70 (yetmiş) manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar