Məhkəmə qərarları › İş №e-2(079)-315/2023

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-315/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-315/2023 12.07.2023 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh xx.xx.2023-cü il tarixdə Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5317.82 manat məbləğində əsas borcun, 528.1 manat məbləğində faiz borcunun, cəmi 5845.92 manat borcun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı, iddiasını əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21% olmaqla 8000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi (sazişi), ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə vergilər nazirliyindən hüquqi şəxslərin qeydiyyatı barədə reyestrdən çıxarış əlavə edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə proseslərinin çox olması ilə əlaqədar iştirak edə bilməyəcəyi nəzərə alınmaqla məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və təqdim olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsi və təqdim olunan sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında 07 iyun 2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən atasının xəstəliyinin müalicəsi məqsədilə illik 21% dərəcəsi ilə 36 ay müddətinə 8000 manat məbləğində istehlak krediti götürdüyünü, krediti götürən zaman Dövlət Sərhəd Xidmətində işlədiyini və aylıq 887 manat əməkhaqqı aldığını, 2022-ci ilin noyabr ayınadək ödənişləri vaxtlıvaxtında ödəsə də, daha sonra bir neçə banka borcu olduğundan borcunu vaxtında ödəyə bilmədiyini, borcu ödəyə bilmədiyini banka bildirdiyini və bank tərəfindən ona güzəşt müddətinin tətbiq edilməsi ilə bağlı müraciət etməsinin təklif edildiyini, daha sonra işdən öz ərizəsi əsasında çıxdığını, hazırda 3-4 gün olar ki, işləmədiyini, güzəştlə bağlı ərizəni banka təqdim etdiyini, lakin yenə də məhkəməyə müraciət olunduğunu, bankın xəbərdarlıq məktublarını aldığını, iddianı etiraf etdiyini, borcun ödənilməsindən heç vaxt boyun qaçırmadığını bildirmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmış olması, İddiaçı ASC tərəfindən Cavabdeh gündəlik tələbat kreditinin verilməsi, 8000 (səkkiz min) manat kredit məbləğinin cavabdehə təqdim edilməsi işin mübahisəsiz hallarıdır. 07.0.2021-ci il tarixli, CP/03540/81/16 nömrəli kredit sazişi ilə tərəflər razılığa gəlmişlər ki:

1. Cavabdeh 36 ay müddətinə illik 21% ödəmə şərti ilə 8000 manat nağd pul krediti verilir və bank hesabı açılır;

2. Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin "26" aprel 2014-cü il tarixli Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə (bundan sonra “Xidmət şərtləri” və ya “Şərtlər” adlandırılacaq) müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur;

2. Tərəflər bu sazişdə şərtlərdən fərqlənən, onu tamamlayan və konkretləşdirən, ayrı-ayrı şərtlərin tətbiqini istisna edən şərtlər barədə razılığa gələ bilərlər. Tərəflərin bilavasitə bu Saziş ilə razılaşdırdıqları şərtlərə Xidmət şərtlərinə nisbətən üstünlük verilir;

3. Tərəflər bu Sazişi imzalamaqla təsdiq edirlər ki, bütövlükdə müqavilə, xüsusən də Şərtlərlə tanışdırlar, onların şərtləri ilə razıdırlar və bu Şərtlər kağız daşıyıcıda onlara təqdim edilir. "xxxx" ASC-nin müştərilərinə kreditləşmə və xidmət şərtləri (bundan sonra "Xidmət şərtləri” və ya ''Şərtlər" adlandırılacaq) "xxxx" ASC-nin müştərilərlə münasibət sahəsində olan çoxillik təcrübəsi nəticəsində formalaşmış, istisnasız olaraq hər bir müştərisinə münasibətdə tətbiq üçün nəzərdə tutulan elə şərtlərdir ki, Bank tərəfindən təqdim edilən bütün məhsullar üzrə ümumi şərtləri, tərəflərin hüquq və vəzifələrini, habelə müqavilə münasibətlərinin ümumi şərtlərini müəyyən edir və tərəflər arasında gələcəkdə bağlanacaq əqdlərin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Şərtlərdə həm bütün gələcək əqdlər (kredit sazişləri, razılaşmalar və s.) üçün ümumi, həmçinin ayrı-ayrı məhsullar üzrə xüsusi şərtlər müəyyən edilir. Xidmət şərtlərinin: - 2.1-ci bəndinə əsasən Bank müştəriyə kredit verməyi, kredit xətləri açmağı Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadə etməyi və kreditləri qaytarmağı, habelə kreditlərdən istifadəyə görə Banka faizlər (komisyon haqlar) ödəməyi və Girov qoyan və/və ya Zamin isə müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürürlər; - 3.1-ci bəndinə əsasən müqaviləyə görə nağd pul krediti, müqavilə ilə müəyyən olunan şərtlər Müştəri tərəfindən icra edildikdən sonra Bank tərəfindən Müştərinin müvafiq Kredit sazişi ilə müəyyənləşdirilən cari hesabına köçürmə yolu ilə verilir; - 3.2-ci bəndinə əsasən kreditin verilmə tarixi və müddətinin axımı kredit məbləğinin Müştərinin Kredit sazişində göstərilən ssuda hesabında uçotu aparıldığı ilk gündən başlanılır; - 3.3-cü bəndinə əsasən müqavilə üzrə verilmiş nağd pul krediti və ona hesablanmış faizlər ödəniş cədvəlinə əsasən Müştəri tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Xidmət şərtlərinin xüsusi hissəsi və Kredit sazişlərində göstərilən hallarda ödəniş cədvəli həmçinin digər kredit növləri üzrə də tərtib edilə bilər; - 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır; - 7.1.9-cu bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyi və onların pozulmasına yol verməməyi Müştəridən tələb edir; - 7.2.8-ci bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, kredit xətləri üzrə ödənişləri, faizləri, komisyon haqları və gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və Bankın xidmət şərtləri və tariflərindən irəli gələn xidmət haqlarını Banka ödəyir. Ödəniş cədvəli ilə müəyyənləşdirilmiş əsas borc məbləği üzrə qabaqcadan əlavə ödəniş edildiyi halda, faiz borcu üzrə gecikmələr gecikmə kimi nəzərə alınmır; - 8.1-ci bəndinə əsasən müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir; - 8.3-cü bəndinə əsasən nəzərdə tutulmuş cərimələr və zərərin əvəzinin ödənilməsi Müştərini Müqavilə üzrə əsas öhdəliklərin (əsas borc, hesablanmış faiz və komisyon haqqı məbləğinin və digər ödənişlərin) icrasından azad etmir; - 9.1-ci bəndinə əsasən xidmət şərtləri Tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. Müştəri bu Şərtləri imzalamaqla onlarla tanış olduğunu və gələcəkdə bağlanacaq Kredit sazişləri üzrə də onun hüquq və vəzifələrinin bu Şərtlərlə müəyyən edildiyini qəbul edir; - 9.2-ci bəndinə əsasən xidmət şərtləri istehlak kreditləri sahəsində Tərəflər arasında gələcəkdə bağlanacaq Kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyrimüəyyən müddətdə qüvvədədir. - 9.3-cü bəndinə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Öhdəliyin ölçüsü, icra müddətivə digər şərtlər Kredit sazişlərində göstərilir. - 11.12-ci bəndinə əsasən müqavilə ilə tənzimlənməyən münasibətlər və tərəflər arasında yaranan bütün mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq qarşılıqlı razılıq yolu ilə və ya Azərbaycan Respublikası məhkəmələri vasitəsilə həll edilir. Razılaşmanın şərtlərindən belə məlum olur ki, müqavilə üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin Cavabdeh verilməsidir. İddia ərizəsinə əlavə olunmuş 07 iyun 2021-ci il tarixli kassa məxaric orderindən iddiaçının müqavilədən irəli gələn öhdəliyini icra etməsi, İddiaçı ASC tərəfindən 8000 manat məbləğin Cavabdeh ödənildiyi məlum olur. Belə ki, borcalan Cavabdeh öz imzası ilə orderdə göstərilmiş məbləği aldığını təsdiq etmişdir. Beləliklə iddiaçı müqavilədən irəli gələn əsas öhdəliyini yerinə yetirmişdir. Kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan əlavə - ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC qarşısında əsas öhdəliyi 36 ay müddətində hər ayın müvafiq günündə banka olan əsas və faiz borcundan ibarət 301.40 manat, sonuncu ay isə 304.64 manat məbləğində ödənişi həyata keçirməkdir. Cavabdehə kredit müqaviləsini ləğvetməyə dair bildiriş göndərilməklə 5317.82 (beş min üç yüz on yeddi manat səksən iki qəpik) manat əsas və 456.57 (dörd yüz əlli altı manat əlli yeddi qəpik) manat faiz borcunun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Cavabdeh isə müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə mübahisəni nizamlayan maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi isə, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsi ilə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası olaraq qanunvericiliklə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Cavabdehin müqavilədən irəli gələn öhdəliyini lazımınca icra etməməsi iş materialları ilə öz təsdiqini tapmış, bunun əksini təsdiq edə biləcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 5317.82 (beş min üç yüz on yeddi manat səksən iki qəpik) manat əsas, 528.1 (beş yüz iyirmi səkkiz manat on qəpik) manat faiz borcu olmaqla, cəmi 5845.92 (beş min səkkiz yüz qırx beş manat doxsan iki qəpik) manat borc tutulmalıdır. Məhkəmə belə hesab edir ki, tələb əsaslı saydığından və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 79 (yetmiş doqquz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh 5317.82 manat (beş min üç yüz on yeddi manat səksən iki qəpik) əsas, 528.1 manat (beş yüz iyirmi səkkiz manat on qəpik) faiz borcu olmaqla, cəmi 5845.92 manat (beş min səkkiz yüz qırx beş manat doxsan iki qəpik) borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 79 (yetmiş doqquz) manat miqdarında dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar