Məhkəmə qərarları › İş №e-2(079)-316/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-316/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-316/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 10 aprel 2025-ci ildə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, CavabdehİddiaçıASC-nin xeyrinə Çərçivə Kredit müqaviləsinə əsasən 4437.81 AZN əsas; 29.32 AZN faiz, GTZK3425374B299 saylı Kredit müqaviləsinə əsasən isə 2223,61 AZN əsas; 215,19 AZN faiz borcunun və 89,06 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsinə əsasən ona 10 il müddətinə illik 6 faiz dərəcəsi ilə 922,50 AZN təhsil krediti ayrılmış, xx.xx.2023-cı il tarixli GTZK3425374B299 saylı Kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 21,50 faiz dərəcəsi ilə 2755 AZN kredit verilmişdir. Kreditlər nağd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Çərçivə Kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən kreditin məbləği hər tədris semestri üçün tələbənin müraciəti əsasında tranşlarla bank tərəfindən təhsil müəssisəsinin hesabına köçürülür. Müqavilənin 2.1-ci maddəsinə əsasən isə kreditlərin verilməsi tranşlarla təşkil edilir, növbəti tranşlar kredit müqaviləsinə edilmiş əlavələrlə rəsmiləşdirilir. Qeyd olunan kredit müqaviləsinə elektron qaydada edilmiş xx.xx.2022-ci il tarixli Əlavəyə əsasən cavabdehə 1537,50 AZN, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə təkrarən 922,50 AZN, xx.xx.2023-ci il tarixli Əlavəyə əsasən cavabdehə 1537,50 AZN təhsil krediti verilmişdir. Kredit müqaviləsinin 2.3 və 2.3.1-ci maddələrinə əsasən borcalan tərəfindən kreditin qaytarılması öhdəliyi güzəşt dövründən sonra yaranır. Qrafik üzrə ödəniş nəzərdə tutulmayan Güzəşt dövründə borcalanın əmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə kreditin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır. Kredit məbləğinə faiz hesablanmağa başlanır, kredit ödənişi tələbi formalaşır və möhlət dövrü bitməmiş tələbə işdən çıxarılarsa möhlət dövrü bərpa edilmir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə Çərçivə Kredit müqaviləsinə əsasən 4437,81 AZN əsas; 29,32 AZN faiz; GTZK3425374B299 saylı Kredit müqaviləsinə əsasən isə 2223,61 AZN əsas; 215,19 AZN faiz; borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış 2 Kredit müqaviləsi, bu müqavilərə edilmiş əlavələr, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarışlar, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim edildiyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılması mümkünlüyünü əsas gətirərək, iddia ərizəsinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərilənləri, iddia ərizəsində qeyd etdiklərini, nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Çərçivə Kredit müqaviləsinin və xx.xx.2023-cı il tarixdə GTZK3425374B299 nömrəli kredit müqaviləsinin bağlanmış olması, cavabdehə öhdəliyin icrası tələbilə xəbərdarlıq edildiyi aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsinin: - 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq Borcalana təhsil haqqı xərclərini ödəmək üçün təhsil tələbə krediti verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, Borcalan isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir: 1.1.1. Kreditin növü/təyinatı (bankdaxili məhsul kimi): Təhsil Tələbə Krediti 1.1.2. Kreditin müddəti: təhsilin səviyyəsindən və ixtisasdan asılı olaraq qanunvericiliklə müəyyən edilmiş təhsilin normativ müddəti, güzəşt dövrü, habelə kreditin qaytarılması müddəti (10 il) 1.1.3. Kreditin ilk tranşının məbləği və valyutası: 922.5 manat (doqquz yüz iyirmi iki tam yüzdə əlli) 1.1.4. İllik faiz dərəcəsi: 6% (FİFD) 2.63% 1.1.5. Kreditin qaytarılması qaydası: bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Ödəniş qrafikinə əsasən 1.1.6. Ödənilən məbləğin borclara yönəldilməsi növbəliliyi: İ faiz borcları, İİ əsas borc - müqavilənin 1.2-ci bəndinə əsasən bu Müqavilə Tələbənin təhsilinin normativ müddətində bir dəfə bağlanılır və kreditin məbləği təhsilin normativ müddətində hər tədris semestri (yarımil) üçün Tələbənin müraciəti əsasında tranşlarla (hissələrlə) kredit almaq hüququ yarandığı halda Bank tərəfindən təhsil müəssisəsinin müvafiq bank hesabına köçürülür. - müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən Bank, kreditdən istifadə edilməsi və ödənilməsi üçün Borcalanın adına 410100D**********299 saylı cari hesab və kreditin uçotunun aparılması üçün isə kredit hesabı açır. Borcalana kreditlərin verilməsi tranşlar üzrə təşkil edilir və ilk tranş üzrə kreditin verilməsi bu Müqavilə ilə, növbəti tranşlar üzrə kreditlər isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrlə rəsmiləşdirilir. Kreditin müddəti istifadə edilən tranşlar üzrə müddətlərin cəmi üzrə müəyyən edilir. Kredit Borcalanın cari hesabına köçürmə yolu ilə verilir. - müqavilənin 2.4, 2.5 və 2.6-cı bəndlərinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə Borcalan üçün müəyyən edilmiş güzəşt dövrü bitdikdən sonra, kredit üzrə ödəniş tələbi formalaşdığı andan hesablanmağa başlanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. X2 bir neçə başqa müqavilə(lər) üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini Bank özü müəyyən edir. Ödəniş qrafiki üzrə müəyyən edilmiş aylıq ödəniş(lər)dən artıq ödənişin edilməsi Bank tərəfindən Borcalanın əvvəlcədən ödəniş etmək istəyi kimi qəbul edilərək, artıq ödənilmiş məbləğ hesabına bu Müqavilənin 1.1.6-ci yarımbəndində nəzərdə tutulmuş ardıcıllıqla Borcalanın borcları silinir. - 5.2-ci bəndinə əsasən bu Müqavilənin icrası ilə əlaqədar Tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr isə Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cı il tarixli, GTZK3425374B299 saylı kredit müqaviləsindən belə məlum olur ki, tərəflər borc müqaviləsinin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəlmişlər. Müqavilənin sözügedən mühüm şərtləri aşağıdakılardır: - müqavilənin 1-ci bəndinin müvafiq yarımbəndlərinə əsasən kreditor müqavilənin şərtlərinə uyğun olaraq istehlak məqsədilə 48 ay müddətinə borcalana 2755 manat (iki min yeddi yüz əlli beş) məbləğində krediti kreditdən istifadəyə görə borcalanın illik 21.5 faiz ödəməsi şərtilə cari hesaba köçürmə yolu ilə verməyi, borcalan isə aldığı krediti və kredit üzrə hesablanacaq faizləri müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür; - müqavilənin 1.1.8-ci bəndinə görə müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulu, xidmət haqları, faiz borcları və əsas borcun ödənilməsinə yönəldilir. - müqavilənin 2.1-ci bəndinə görə bank kreditdən istifadə edilməsi və ödənilməsi üçün müştərinin adınaa 410100F**********299 saylı cari hesab və kredit uçotunun aparılması üçün isə kredit hesabı açır. - müqavilənin 2.3-cü bəndinə görə kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin borcalana verildiyi gündən faktiki qaytarıldığı günədək kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. - müqavilənin 2.8, 2.8.1-ci yarımbəndlərinə əsasən borcalan tərəfindən bu müqavilə üzrə borcların vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor kreditin hesablanmış faizi və digər borcları ilə birlikdə vaxtından əvvəl qaytarılmasını vaxtından əvvəl tələb edə bilər. - müqavilənin 3.2.2 və 3.2.3-cü bəndlərinə əsasən kreditor müqavilənin müqavilədə nəzərdə nəzərdə tutulmuş hallarda öhdəliyin icrasını vaxtından əvvəl tələb etdikdə borcalan krediti, kredit üzrə hesablanmış istifadə faizlərini və digər borcları 10 (on) iş günü müddətində kreditora qaytarmalıdır, Bu Müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit üzrə ödənişləri Banka ödəməlidir. Müştəri bu Müqavilə üzrə borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin 0,6 %-i miqdarında dəbbə pulu ödəyir (və ya dəbbə pulu Müştərinin Bankda olan hesab(lar)ından silinir); - müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir, qarşılıqlı razılıqla həll edilməyən məsələlər AR məhkəmələri tərəfindən AR qanunvericiliyinə uyğun olaraq həll olunur. - müqavilənin 5.4-cü bəndinə əsasən müqavilə tərəflər onu imzaladığı gündən qüvvəyə minir, tərəflər müqavilə üzrə öz öhdəliklərini tam icra edənədək, habelə qətnamə çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu və s. borclar tam ödənilənədək qüvvədə qalır. Bank bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. İddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. MM-in 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. MM-in 744.1-ci maddəsinə görə kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. MM-in 744.2-ci maddəsinə görə kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi) tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. Məhkəmə iddiaçı tərəfindən razılaşdırılmış kredit məbləğinin cavabdehə verilibverilməməsi və cavabdeh tərəfindən iddiaçı qarşısında öhdəliyin lazımınca icra edilibedilməməsi ilə bağlı işin mübahisəli halları barədə aşağıdakıları qeyd etməyi zəruri sayır. MM-in 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin şərtlərindən belə məlum olur ki, müqavilələr üzrə iddiaçının əsas öhdəliyi müəyyən edilmiş şərtlərlə kreditin borcalana verilməsidir. İddia ərizəsinə əlavə olunmuş hesabdan çıxarışlar iddiaçının müqavilə üzrə əsas öhdəliyini yerinə yetirdiyini, yəni kreditin uçotunun aparılması üçün Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə xx.xx.2021-xx.xx.2025-ci illəri əhatə edən AZ75AİİB410100D**********299 saylı hesabın və xx.xx.2023-cü il tarixdə isə xx.xx.2021xx.xx.2025-ci illəri əhatə edən AZ25AİİB410100F94483783İİ299 saylı kredit hesabı açmış və borclu Cavabdeh bu kredit hesablarından istifadə etmişdir. Müqaviləyə əlavə - ödəniş qrafiklərindən isə belə məlum olur ki, cavabdehin iddiaçı qarşısında əsas öhdəliyi xx.xx.2022-ci il tarixli TTKR4735502A299 saylı kredit müqaviləsi üzrə kredit məbləği 900 manatı 174 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 10.24 manat, sonuncu ay isə 10.63 manat borcu (ödənişin tarixi: xx.xx.2026-xx.xx.2036), xx.xx.2022-ci il tarixli TTKR4735502A299 saylı kredit müqaviləsi üzrə kredit məbləği 1537.5 manatı 174 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 17.07 manat, sonuncu ay isə 17.13 manat borcu (ödənişin tarixi: xx.xx.2026-xx.xx.2036), xx.xx.2023-cü il tarixli TTKR4735502A299 saylı kredit müqaviləsi üzrə kredit məbləği 922.5 manatı 174 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 10.24 manat, sonuncu ay isə 10.63 manat borcu (ödənişin tarixi: xx.xx.2026-xx.xx.2036), xx.xx.2023-cü il tarixli TTKR4735502A299 saylı kredit müqaviləsi üzrə kredit məbləği 1537.5 manatı 174 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 17.07 manat, sonuncu ay isə 17.22 manat borcu (ödənişin tarixi: xx.xx.2026-xx.xx.2036) və xx.xx.2023-cü il tarixli GTZK3425374B299 saylı kredit müqaviləsi üzrə isə kredit məbləği 2755 manatı 48 ay müddətində hər ay əsas və faiz borcundan ibarət 86.05 manat, sonuncu ay isə 87.87 manat borcu iddiaçıya qaytarmaq olmuşdur. Cavabdeh tərəfindən bank qarşısında olan öhdəliyinin lazımınca icra edildiyini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bank tərəfindən borcalana xx.xx.2025-ci il tarixdə xəbərdarlıq göndərilərək bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, sizə 173 ay müddətinə, 4920 manat məbləğində Təhsil krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2025-cü il tarixinə əsas borc məbləği 4437,81 manat, faiz borc məbləği 29,32 manat olmaqla, 4467,13 manat məbləğində ümumi borcunuz, gecikmə günü 103 gün olmaqla 180,6 manat məbləğində gecikmə yaranmış, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, sizə 48 ay müddətinə, illik 21,5 faiz hesablanmaqla, 2755 manat məbləğində Gündəlik tələbat krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2025-cü il tarixinə əsas borc məbləği 2223,61 manat, faiz borc məbləği 215,19 manat olmaqla, 2438,8 manat məbləğində ümumi borcunuz, gecikmə günü 99 gün olmaqla 397,72 manat məbləğində gecikmə yaranmış, qrafikə uyğun ödəniş aparılmadığı üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsi və xx.xx.2023-cı il tarixli, GTZK3425374B299 saylı kredit müqavilələri üzrə xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından Cavabdeh Çərçivə Kredit müqaviləsinə əsasən 4437.81 manat əsas, 29.32 manat faiz; GTZK3425374B299 saylı kredit müqaviləsinə əsasən isə 2223.61 manat əsas, 215.19 manat faiz borcunun olduğu müəyyən olunur. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan əsas və faiz borcunun qaytarılması barədə tələbi əsaslıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2) Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyətini nəzərdə tutan MM-in 448-ci maddəsində isə qeyd olunur ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MPM-in 222.2-ci maddəsinin tələbinə görə pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Çərçivə Kredit müqaviləsinə əsasən 4437.81 AZN əsas; 29.32 AZN faiz, cəmi 4467.13 manat, GTZK3425374B299 saylı Kredit müqaviləsinə əsasən isə 2223,61 AZN əsas; 215,19 AZN faiz, cəmi 2438.8 manat borcu olmaqla, ümumilikdə 6905.93 (altı min doqquz yüz beş manat, doxsan üç qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə belə hesab edir ki, tələb əsaslı sayıldığından MPM-in 119.1-ci maddəsinə əsasən (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu 89.06 (səksən doqquz manat, altı qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 284-6.1, 284-6.2, 358.0.3, 360 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli Çərçivə Kredit müqaviləsinə əsasən 4437.81 AZN əsas; 29.32 AZN faiz, cəmi 4467.13 manat, xx.xx.2023-cü il tarixli GTZK3425374B299 saylı Kredit müqaviləsinə əsasən isə 2223,61 AZN əsas; 215,19 AZN faiz, cəmi 2438.8 manat borcu olmaqla, ümumilikdə 6905.93 (altı min doqquz yüz beş manat, doxsan üç qəpik) manat borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 89.06 (səksən doqquz manat, altı qəpik) manat miqdarında dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar