Məhkəmə qərarları › İş №e-2(079)-329/2025

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qərardad — İş №e-2(079)-329/2025

22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Babək şəhəri İş № e-2(079)-329/2025 22.04.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Mən, Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d im: "xxxx" Açıq Səhmdar Cəmiyyəti «21» aprel 2025-ci ildə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək 480 (dörd yüz səksən) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 510 (beş yüz on) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ya hər hansı icraat növü üzrə ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi hər hansı bir şəxs hüququnun müdafiəsini məhkəmə qaydasında həyata keçirirsə müvafiq qaydalara əməl etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1 və 108.1.1-ci maddələrinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Ərizəyə əlavə olunmuş ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən belə məlum olur ki, dövlət rüsumu ərizənin verildiyi məhkəmənin deyil, Naxçıvan Şəhər Məhkəməsinin hesabına ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə belə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 284-3.5-ci maddəsi ilə müəyyən edilir ki, ərizənin həmin Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud həmin Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmçinin həmin maddədə o da qeyd edilir ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 114.1 və 114.1.3-cü maddələrinə əsasən Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-nin ödəniş portalı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 manat (otuz) miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı olduğundan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267, 268, 284-3-cü maddələrini rəhbər tutaraq qəraraaldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1 qarşı sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-nin ödəniş portalı vasitəsi ilə xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödədiyi 30 manat (otuz) miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Babək Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar