Azərbaycan Respublikası adından Qətnamə Babək şəhəri İş № e-2(079)-332/2025 13.03.2026 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSI Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, Əliyev İsmayıl Kamal oğlunun məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh1 və cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı “21” aprel 2025-ci ildə iddia ərizəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək “xxxx” ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ## ###### 2019-cu il tarixli, 2011/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən 6 614.71 (altı min altı yüz on dörd manat, yetmiş bir qəpik) manat əsas, 135.3 (yüz otuz beş manat, otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 6 750.01 (altı min yeddi yüz əlli manat, bir qəpik) manat kredit borcu, məhkəməyə müraciət üçün ödənilmiş 88.01 (səksən səkkiz manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bağırov Elmar Kamran oğlunun vərəsəsi cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, borc tələbinin qeyd olunan kreditin təminatı kimi cavabdeh2 xüsusi mülkiyyətdə olan məxsus ünvan 1 ünvanında yerləşən, 0.1774 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 193.23 kv.m, yaşayış sahəsi 117.08 kv.m, yardımçı sahəsi 76.15 kv.m olan 6 otaqlı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracda satılmasını, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsini və satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını əsaslandıraraq qeyd etmişdir ki, borcun mübahisəsiz olduğunu təsdiq edən "xxxx" ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ## ###### 2019-cu il tarixli, 2011/01/SİF saylı "Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən Bağırov Elmar Kamran oğlu 36 (otuz altı) ay müddətinə illik 5% olmaqla 7 000 (yeddi min) manat kredit verilmişdir. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2019cu il tarixli ipoteka müqaviləsinə əsasən cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 0.1774 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 193.23 kv.m, yaşayış sahəsi 117.08 kv.m, yardımçı sahəsi 76.15 kv.m olan 6 otaqlı mənzili "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə "xxxx" ASC arasında ## ###### 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürülmüşdür. Beləliklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ## ###### 2019-cu il tarixli, 1219011429 qeydiyyat və 105013001308-10301 reyestr nömrəsi ilə qeyd edilmişdir. Bağırov Elmar Kamran oğlu kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməli olduğu halda bu öhdəliyi lazımi qaydada yerinə yetirməməklə ödəniş cədvəlinə uyğun ödənişlər etməmişdir. Bağırov Elmar Kamran oğlunun ## ###### 2024-cü il tarixə banka borcu 6 614.71 (altı min altı yüz on dörd manat yetmiş bir qəpik) manat əsas, 135.3 (yüz otuz beş manat otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə borcu 6 750.01 (altı min yeddi yüz əlli manat bir qəpik) manat təşkil edir. Daha sonra AR NMR Ədliyyə Nazirliyinə vəkil müraciəti ünvanlanmaqla müəyyən edilmişdir ki, borclu Bağırov Elmar Kamran oğlu ## #### 2021-ci il tarixdə vəfat etmiş və qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bağırov Elmar Kamran oğlunun vərəsəsi kimi cavabdeh1 tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Cavabdeh kreditin qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq öz hüququmuzu müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldıq. Cavabdeh cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında oğlu Elnur Bağırovun 2019cu ildə 7000 manat məbləğində kredit götürdüyünü, onun 2021-ci ildə istehsalat qəzası nəticəsində vəfat etdiyini, zamin cavabdeh1 isə oğlunun həyat yoldaşı olduğunu, hazırda ipoteka predmeti olan əmlakın öz mülkiyyətində olduğunu və orada yaşadığını, dəfn müavinətini isə cavabdeh cavabdeh1 aldığını, Aytənin hazırda başqa bir şəxslə nikaha daxil olduğunu, bank tərəfindən göndərilən bildirişi qəbul etdiklərini, borcun ipoteka predmetinə yönəldilməsinə etiraz etdiyini, oğlu vəfat etdikdən sonra tərəfindən banka hər ay 50 manat ödəniş edildiyini, cəmi nə qədər ödəniş edildiyini dəqiq bilmədiyini, hazırda 6500 manat borcu qaldığını bildirmişdir. Cavabdehin nümayəndəsi nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında cavabdeh cavabdeh2 onun həyat yoldaşı olduğunu, onun bir tərəfinin iflic olduğunu, rahat danışa və yeriyə bilmədiyini və cəmi 250 manat maaş aldığını, Elmarın evin mülkiyyətçisi olan atası, yeni cavabdeh cavabdeh2 razılıq alaraq maldarlıq üçün 7000 manat kredit götürdüyünü, onun ## #### 2021-ci ildə vəfat etdiyini, daha sonra isə cavabdeh cavabdeh1 evi tərk edib getdiyini, imkan dairəsində isə özlərinin qalan borcu ödədiyini, 500 manat bir, 800 manat bir ödədiyini, hər ay da 50 manat pul ödədiyini, əlavə olaraq başqa bir kredit təşkilatına kredit ödədiyini, evdə əqli geriliyi olan oğlu olduğunu, borcu etiraf etdiyini və ödəməkdən yayınmadığını, sadəcə güzəşt edilməsini istədiyini, qiymətləndirmənin rəyinə etiraz etdiyini, evin 23000 manata aşağı qiymətə dəyərləndirildiyini, orada bir oğluna, biri də özünə aid olan 2 bitişik evin olduğunu və orada yaşadıqlarını bildirmişdir. İddiaçı İddiaçı nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək iş üzrə zəruri olan bütün sübutların müraciətlərinə əlavə edildiyini, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını tədqiq edən məhkəmə qeyd edir ki, xxxx” ASC ilə Bağırov Elmar Kamran oğlu arasında ## ###### 2019-cu il tarixdə, 2011/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq kredit müqaviləsinin bağlanmış olması, bank tərəfindən borcalana heyvandarlıq məqsədilə kreditin verilməsi (7000 AZN kredit məbləğinin cavabdehə təqdim edilməsi) aşağıda sadalanan yazılı sübutlarla öz təsdiqini tapır. Belə ki, mülki iş materiallarında olan: - “xxxx” ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, 2011/01/SİF saylı “Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsinə əsasən Bağırov Elmar Kamran oğluna 36 (otuz altı) ay müddətinə illik 5% olmaqla 7 000 (yeddi min) manat kredit verilmişdir, kredit müqaviləsinə əsasən “xxxx” ASC Bağırov Elmar Kamran oğluna illik 5% olmaqla 36 ay müddətində, 7 000 (yeddi min) manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti qaytarmağı və kreditə görə hesablanacaq faizləri, habelə geciməyə yol verdiyi təqdirdə yaranmış cərimə borcunu ödəməyi öhdəlik götürmüşdür; - “xxxx” ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ##.##.2019-cu il tarixli, 2011/01/SİF kredit müqaviləsi üzrə tərtib olunan ödəniş cədvəlinə əsasən Bağırov Elmar Kamran oğlu 36 ay müddətində ilk 18 ay 29.17 manat, sonrakı 18 ay ərzində isə 404.46 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür; - ##.##.2019-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Bağırov Elmar Kamran oğlu 3433 manat məbləğində krediti “xxxx” ASC -dən qəbul etmişdir; - ##.##.2019-cu il tarixli kassa məxaric orderinin surətinə əsasən Bağırov Elmar Kamran oğlu 3433 manat məbləğində krediti “xxxx” ASC -dən qəbul etmişdir; - ## ###### 2019-cu il tarixli "xxxx" ASC, ipoteka qoyan cavabdeh2 və borcalan Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ipoteka müqaviləsi ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona mənsub olan Şahbuz rayonu Kiçikoba kəndində 0.1774 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 193.23 kv.m, olan daşınmaz əmlakı ****/**/SIF saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir; - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ## #### 2019-cu il tarixli, MH ******* nömrəli çıxarışdan ünvan 1ndə 0.1774 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 193.23 kv.m olan daşınmaz əmlakın cavabdeh cavabdeh2 xüsusi mülkiyyətindədir; - İddiaçı ASC ilə "xxxx" ASC arasında ## ###### 2023-cü il tarixdə tələbin güzəşti barədə müqavilə imzalanması və həmin müqaviləyə əsasən müştərilərlə "xxxx" ASC arasında olan müqavilələr üzrə bütün hüquqlar, tələblər, təminatlar və üstünlüklər İddiaçı ASC-yə ötürülmüşdür; - ##.##.2021-ci il tarixli, *V-** nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə ## #### 2021-ci il tarixdə vəfat etmiş borclu Bağırov Elmar Kamran oğlunun vərəsəsi kimi cavabdeh1 Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi tərəfindən ödəniləcək 1738.08 manat dəfn müavinəti və kart hesabında olan 775.85 manat pul vəsaitindən ibarət miras əmlakdan tam hissədə pay almalı olduğu müəyyən edilmişdir; - ##.##.2025-cı il tarixli maliyyə arayışına əsasən "xxxx" ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ## ###### 2019-cu il ****/**/SIF saylı "Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsi üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bağırov Elmar Kamran oğlunun vərəsəsi cavabdeh1 "xxxxa" ASC-ya borcu 6614.71 (altı min altı yüz on dörd manat yetmiş bir qəpik) manat əsas, 135.3 (yüz otuz beş manat otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6 750.01 (altı min yeddi yüz əlli manat bir qəpik) manat təşkil edir; - İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanladığı ##.##.2025-ci il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi barədə” ərizəyə əsasən bildirişin qeydiyyata alınmasının xahiş edilməsi və ##.##.2025-ci il tarixdə ünvan 1ndə yerləşən fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması; “xxxx” ASC tərəfindən cavabdehlər cavabdeh1 və cavabdeh2 ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərə ##.##.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit borcu barədə məlumat verilməklə, yaranmış borcun qısa müddət ərzində ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin şərtlərinə və qanunlara uyğun müvafiq tədbirlər görüləcəyi barədə onlara xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1-1159.1.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli qərarı - Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən isrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli qərarı - Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli qərarı - “Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ####### tarixli qərarı - Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ##### tarixli qərarı - Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur... Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar”. Məhkəmə müəyyən edir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmiş, yəni kredit məbləği cavabdehin istifadəsinə verilmiş və kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" ASC ilə cavabdeh2 arasında bağlanmış ## ###### 2019cu il tarixli ipoteka müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikası ünvan 1ndə 0,1774 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 193,23 m2 olan fərdi yaşayış evi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, borclu Bağırov Elmar Kamran oğlu ## #### 2021-ci il tarixdə vəfat etmiş və qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən Bağırov Elmar Kamran oğlunun vərəsəsi kimi cavabdeh1 miras əmlakdan tam hissədə pay almış, lakin mirası qəbul etmiş vərəsə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Kredit müqaviləsi hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əsasında, tələb olunan formada bağlanılmaqla rəsmiləşdirilmiş, hər bir tərəfin hüquq, vəzifə və öhdəlikləri müəyyən olunmuş, yəni həmin müqavilə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla bağlanmışdır. Bu müqavilə mübahisələndirilməmiş, etibarsızlığını təsdiq edən hər hansı bir sübut təqdim olunmamış və bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir. İşə baxılması zamanı kredit müqaviləsinə əsasən iddia üzrə cavabdehdən tələb olunan məbləğ də mübahisələndirilməmişdir. Məlumdur ki, mülki-hüquqi mənada kredit (latınca “creditum”-borc) dedikdə, pul kredit və maliyyə təşkilatlarının ayrı-ayrı şəxslərə müəyyən müddətə, qaytarılmaq və faizi ödənilmək şərti ilə müvəqqəti istifadəyə verdikləri pul borcu başa düşülür. Kredit müqaviləsinə görə bir tərəf (kreditor) digər tərəfə (kredit alana) şərtləşdirilmiş müddətə, qaytarılmaq və faiz ödəmək şərtilə müəyyən məbləğdə pul verməyi, kredit alan isə aldığı pul məbləğini qaytarmağı və ona faiz ödəməyi öhdəsinə götürür. Elmar Bağırovun sağlığında qeyd olunan müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı onunla iddiaçı arasında hər hansı mübahisənin olması iş materialları ilə müəyyən olunmur. Bağırov Elmar Kamran oğlu ##.##.2021-ci il tarixdə vəfat etmiş, cavabdeh Mülki Məcəllənin 425.1 və 427.3-cü maddələrinin tələblərinə əməl etməyərək iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəlikləri icra etməmiş, iddiaçı isə öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ##### tarixli qərar). “Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli qərar). “Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur”. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ####### tarixli qərar). İş materiallarına əlavə edilmiş ##.##.2021-ci il tarixli, *V-** nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə ## #### 2021-ci il tarixdə vəfat etmiş borclu Bağırov Elmar Kamran oğlunun vərəsəsi kimi cavabdeh1 Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi tərəfindən ödəniləcək 1738.08 manat dəfn müavinəti və kart hesabında olan 775.85 manat pul vəsaitindən ibarət miras əmlakdan tam hissədə pay almalı olduğu müəyyən edilmişdir. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. (Mülki Məcəllənin 1159.1-1159.1.1-ci maddələri). Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Miras əmlak (miras) dedikdə, ölən fiziki şəxsin (miras qoyanın) vərəsəlik hüquq normaları ilə müəyyənləşdirilən qaydada vərəsələrə keçən əmlak hüquq və vəzifələrinin məcmusu başa düşülür. Əmlak hüquqlarının məcmusunu miras aktivi, əmlak vəzifələrinin məcmusunu isə miras passivi təşkil edir. Passiv miras qoyanın öldüyü məqamadək icra etməyə borclu olduğu öhdəliklərdir, yəni ödəməli olduğu borclardır. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz (torpaq, mənzil, bağ evi və s.) və rəsmi reyestrdə qeydə alınan daşınar əmlak (nəqliyyat vasitələri və s.), daş-qaş (qızıl-gümüş, cəvahirat) məmulatları və digər zinət şeyləri, nağd pul, qiymətli kağızlar, ümumi mülkiyyətdəki pay hüququ və s. daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamə isə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. “Vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il ## #### tarixli qərar). Kollegiya nəzərə alır ki, “İş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir”. (“Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli qərar). Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki- Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. İşdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir, heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. “Mülki prosesin dispozitivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək miras qoyanın kreditoru öz hüquq və qanuni mənafelərinin müdafiəsi üçün hüquq varisliyini və ya digər tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir”. (“Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243cü maddəsinin və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli qərar). İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən kredit müqavilələri, kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli, maliyyə arayışları, hesablardan çıxarışlar, cavabdehlərin hüquq varisliyini təsdiq edən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə və s. yazılı sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdeh vərəsə cavabdeh1 isə ümumiyyətlə, məhkəmə iclaslarında iştirak etməmiş, mirasın siyahıya alınması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, əsas borclunun ölümündən sonra onun vərəsəlik qaydasında keçə biləcək miras əmlaklarının olması, həmin əmlakların vərəsələri tərəfindən qanunla müəyyən olunmuş müddətdə qəbul və ya imtina edilməsi, vərəsəlik işinin açılması və sair kimi halların mövcudluğu vərəsələr tərəfindən sübuta yetirilməlidir. Qanunvericilik bir halda vərəsələri miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad edir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır. Kollegiya həmçinin bildirir ki, cavabdehlər əsas borclunun ölümündən sonra onun sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərindən məlumatlı olmuş, həmin müqavilə üzrə yaranmış borc öhdəliyinin gələcəkdə onlara qarşı yönələ biləcəyi ehtimalını bilmiş olsalar da, qanunvericiliklə onlara verilmiş mirasdan imtina hüququndan istifadə etməmişlər. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir, yəni qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş sayılır. (Mülki Məcəllənin 1256-cı maddəsi). Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdeh cavabdeh1 qarşı olan əsas və faiz borcun qaytarılması barədə tələbi əsaslıdır. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi kredit borcu hissəsində təmin edilərək "xxxx" ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ## ###### 2019-cu il ****/**/SIF saylı "Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsi üzrə 6614.71 (altı min altı yüz on dörd manat yetmiş bir qəpik) manat əsas, 135.3 (yüz otuz beş manat otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6 750.01 (altı min yeddi yüz əlli manat bir qəpik) manat kredit borcu qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş Bağırov Elmar Kamran oğlunun vərəsəsi cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılmasına dair hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmçinin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 1.0.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. İpoteka institutu mülki dövriyyənin inkişafı, iqtisadi təşəbbüskarlığın artması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, ipoteka fiziki və hüquqi şəxslər üçün müxtəlif ehtiyacların qarşılanması, o cümlədən ipoteka predmeti olan əmlakın özünün yaxşılaşdırılması və daha dəyərli hala gətirilməsi, habelə sahibkarlıq fəaliyyəti məqsədilə kredit vəsaiti əldə etmək imkanı yaradır. Nəticədə mülki dövriyyə subyektləri mülkiyyətlərində olan əmlakı özgəninkiləşdirmədən həmin əmlaka dair mülkiyyət hüquqlarını kreditorun xeyrinə yüklü etməklə istehlak və ya sahibkarlıq məqsədləri üçün vəsait əldə etmiş olurlar. Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülkihüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə, bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. “İpoteka haqqında” Qanunun: - 10.1-ci maddəsinə müvafiq olaraq, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. - 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. - 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. - 56.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan fərdi və çoxmənzilli yaşayış evləri, habelə mənzillər ipoteka predmeti ola bilər. İpoteka müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 48-ci maddəsində borclunun ölümü ipoteka müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclunun ölümü ipoteka müqaviləsinə münasibətdə hər hansı hüquqi nəticəyə səbəb olmur. Yəni borclu öldüyü halda da əsas öhdəliyi təminat altına almış ipoteka müqaviləsi üzrə öhdəlik davam edir. Bu həm də ondan irəli gəlir ki, ipoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Beləliklə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclunun vərəsəsi mirası qəbul etməsinə baxmayaraq üzərinə borclunun üzərinə götürdüyü öhdəliklər üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. İpoteka predmeti olan ünvan 1ndə 0.1774 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 193.23 kv.m olan 6 otaqli mənzilin bazar qiyməti məhkəmə prosesində tərəflərin razılaşması əsasında müəyyən edilmədiyindən mülki iş üzrə əmlakın qiymətləndirilməsi təyin edilmiş və ipoteka predmetinin yekun bazar dəyəri 28 193.00 manat, yekun likvid dəyərinin isə 23964.00 manat dəyərində olması müəyyən edilmişdir. İddiaçının vəsatətinə əsasən aparılan təkrar qiymətləndirmə nəticəsində ipoteka predmetinin ## ###### 2026-cı il tarixinə bazar dəyərinin 33 000,0 (otuz üç min) manat, likvid dəyərinin 28 000,0 (iyirmi səkkiz min) manat təşkil etməsi müəyyən edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun hazırda qüvvədə olan 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bununla belə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## #### 2020-ci il tarixli “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli idi. Belə olan halda ipoteka predmetinin ilkin satış qiyməti hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan qanuna əsasən likvid dəyəri olan 28 000,0 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı sayaraq təmin edilməli, tələb ipoteka predmetinə yönəldilməli, əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Eləcə də satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdeh cavabdeh1 tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. MPM-in 107-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 88.01 (səksən səkkiz manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirmənin ümumi dəyəri olan 270 (iki yüz yetmiş) manat cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq X3 AZ**NABZ******************** nömrəli hesabına ödənilməlidir. Həmçinin iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirmənin ümumi dəyəri olan 350 (üç yüz əlli) manat cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq xxxxnin AZ**NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 358.0.3, 360 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Bağırov Elmar Kamran oğlu arasında bağlanmış ## ###### 2019-cu il ****/**/SIF saylı "Sahibkarlığın İnkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" NMR Ali Məclisi sədrinin ## ###### 2018-ci il tarixli 133-V FR nömrəli fərmanına uyğun olaraq imzalanmış Kredit Müqaviləsi üzrə 6614.71 (altı min altı yüz on dörd manat yetmiş bir qəpik) manat əsas, 135.3 (yüz otuz beş manat otuz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 6 750.01 (altı min yeddi yüz əlli manat bir qəpik) manat borc qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ##.##.2021-ci il tarixdə vəfat etmiş Bağırov Elmar Kamran oğlunun vərəsəsi olan cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilsin. Tutma cavabdeh2 məxsus olan və kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Naxçıvan Muxtar Respublikası ünvan 1ndə 0,1774 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 193,23 m2 olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 28 000,0 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın və borc Naxçıvan Muxtar Respublikası ünvan 1ndə yerləşən 0,1774 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 193,23 m2 olan fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ödənilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait İddiaçı tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdeh1 tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilsin. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olarsa, artıq məbləğ ipoteka qoyan - cavabdeh2 qaytarılsın. Cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 88.01 (səksən səkkiz manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç manat) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirmənin ümumi dəyəri olan 270 (iki yüz yetmiş) manat cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq X3 AZ**NABZ******************** nömrəli hesabına ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş qiymətləndirmənin ümumi dəyəri olan 350 (üç yüz əlli) manat cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq AZ**NABZ******************** nömrəli hesaba ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay İsmayıl
Məhkəmə qərarları › İş №e-2(079)-332/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-332/2025
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver