Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-334/2025 20.05.2025 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Günay İsmayıl Mikayıl qızının sədrliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 qarşı borcun tutulması tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək, 480 (dörd yüz səksən) manat sığorta ödənişi məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 510 (beş yüz on) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "AtaSığorta” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh X5 xx.xx.2019-cu il tarixdə “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 480,00 (dörd yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Sabunçu RPİ DYPŞ-dən ünvanımıza İnzibati xəta haqqında protokol daxil olmuş, həmin Protokola əsasən X5 AR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və protokolda X2 hadisə yerindən yayındığı qeyd olunmuşdur. Sabunçu RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən cavabdeh X5 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Məhkəmə ilk olaraq iş üzrə tərəflərin nəzərinə çatdırır ki, iddianın qiymətinin beş min manatdan aşağı olması və iddiaya sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı iddiaçının xahişi nəzərə alınmaqla mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin XXİİİ-İ fəslində nəzərdə tutulmuş sadələşdirilmiş icraat qaydasında ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Mülki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilərək bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazı olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması izah olunmuşdur. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri və sadələşdirilmiş icraat qaydaları nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi aşağıda istinad olunan sübutlar əsasında baxılmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına dair məlumatdan belə məlum olur ki, xx.xx.2018-ci il tarixli PAA********** nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış icbari sığorta müqaviləsi əsasında sığortaçı ilə sığortalı istehsal ili 2012 olan, ** JT *** dövlət qeydiyyat nişanlı, yük maşını nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisində qüvvədə olmaqla əmlaka dəyən zərər üzrə: 5 000 (beş min) manat, sağlamlığa dəyən zərərə görə: 1) Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə: 5 000 (beş min) manat; 2) Bir hadisə üzrə 50 000 (əlli min) manat sığorta məbləği ilə, sığorta haqqının hesablanması, sığorta haqqı 300 manat, yekun sığorta haqqı 285 manat olmaqla 1 il sığorta təminat müddəti ərzində xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2019-cu il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, xx.xx.2019-cu il tarixdə saat 21:00-da Kürdəxanı qəsəbəsində yerləşən 9 №-li müvəqqəti dayanacaqdan çıxmaq istəyərkən avtomobili arxaya verən zaman dayanmış vəziyyətdə olan “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsini vurub zədələmiş və hadisə yerindən yayınmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da aydın olur ki, xx.xx.1992-ci il təvəllüdlü ünvan 2 ünvanında yaşayan X5 xx.xx.2019-cu il tarixdə saat 21:00-da Sabunçu ərazisində “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması, yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisə yerindən yayınmasına görə X5 İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. xx.xx.2019-cu il tarixli, 19-05775/06/AA-4175/19 nömrəli sığorta aktından ümumi məlumatlar bölməsində PAA********** nömrəli sığorta müqaviləsi ilə “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobili, istehsal ili 2012-ci il olan avtomobilin xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixədək müddətdə, 55000.00 manat sığorta məbləği ilə sığortalandığı, sığorta hadisəsinin təfərrüatı olaraq hadisənin xx.xx.2019cu il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi törədildiyi və “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulması və dəymiş zərərin 480 manat olduğu, həmçinin xx.xx.2019-cu il tarixli hesablama aktına əsasən dəymiş zərərin ümumi məbləğinin 480 manat olduğu, nəqliyyat vasitəsinin hissələrinə dəymiş zərərin məbləği 290 manat, görüləcək işlərin məbləği 190 manat olmaqla zərərlə bağlı maddi ziyanın ümumi məbləğinin 480 AZN olduğu, ödənişin köçürülmə üsulu ilə verildiyi, sığortaçının reqres hüququnun yarandığı müəyyən edilir. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesablama aktından “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 480.00 manat həcmində olması müəyyən edildiyi, ehtiyat hissələrinin adları, təmir olunan ehtiyat hissələri, miqdarı, qiyməti, görüləcək işlər: 1 ədəd ön alın şüşəsi qiyməti 240 manat, 1 ədəd ön alın şüşəsinin sol yan hissəsi qiyməti 50 manat, 1 ədəd ön bamper + 0 manat, rəngsaz- qiyməti 100 manat, armatur işi- qiyməti 30 manat, dəmirçi- qiyməti 60 manat olmaqla, ümumilikdə 480 manat olduğu müəyyən edilir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına görə 19-05775/06/AA-4175/19 nömrəli, xx.xx.2019-cu il tarixli Sığorta Aktından faydalanan şəxsin X6 olduğu aydın olur. Belə ki, 19- 05775/06/AA-4175/19 nömrəli, xx.xx.2019-cu il tarixli sığorta aktından 480 manat əmlaka dəymiş zərərin məbləği olan sığorta ödənişinin köçürmə yolu ilə "xxxx" QSC vasitəsi ilə "xxxx" ASC tərəfindən X3 AZ48ACAB******************** nömrəli hesab nömrəsinə köçürüldüyü müəyyən olunur. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, AS-23/1189 nömrəli cavabdehə ünvanlanmış pretenziyadan “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində PAA********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta olunduğu, X2 xx.xx.2019-cu il tarixində “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabunçu rayonu, Zabrat qəsəbəsində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avtomobilə zərər vurduğu, sığorta hadisəsi üzrə "xxxx" ASC tərəfindən 480 (dörd yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirildiyi, hadisə ilə bağlı Sabunçu RPİ DYPŞ-nin qərarına əsasən X2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğu və yol-nəqliyyat hadisəsi ilə bağlı tərtib olunmuş qərarda onun yolnəqliyyat hadisəsi yerindən yayınması, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yarandığı, həmin qanunun 25.2-ci maddəsinə əsasən “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yarandığı”, qeyd olunanlara əsasən, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 480 (dörd yüz səksən) manat sığorta ödənişi məbləğində pul vəsaitini X1 tələb etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi Sığortalının müvafiq Sığorta haqqı ödəməsi müqabilində Sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin Sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza Sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə Sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda Sığortaçının mülki məsuliyyətin icbari Sığortası üzrə verdiyi Sığorta ödənişi məbləğində Sığortalıya və (və ya) müvafiq hallarda Sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari Sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da Sığorta ödənişi vermiş Sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş Sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən Sığortalının (Sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin Sığortalıya (Sığorta olunana) qarşı da istifadə edilə bilər. Beləliklə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixində X5 idarə etdiyi “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla xx.xx.1992ci il təvəllüdlü X5 xx.xx.2019-cu il tarixdə saat 21:00-da Sabunçu ərazisində “Mercedes Benz 4140” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması və yol hərəkət qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisə yerindən yayınmasına görə X5 İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz 814” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobilə 480 manat məbləğində maddi zərər dəymiş, xx.xx.2018-ci il tarixli, PAA********** saylı Sığorta şəhadətnaməsi əsasında "xxxx" ASC tərəfindən 480 manat məbləğində Sığorta ödənişi həyata keçirilmişdir. “Mercedes Benz 4140” markalı nəqliyyat vasitəsinin 1 il Sığorta təminat müddəti ərzində xx.xx.2019-cu il tarixə qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Beləliklə Sığorta hadisəsinin baş verdiyi vaxt cavabdehin Sığorta predmeti barəsində olan üçüncü şəxslər qarşısında daşıdığı mülki məsuliyyət sığortalanmışdır. Nəticədə nəqliyyat vasitəsinin qüsur aktına görə nəqliyyat vasitəsinə vurulmuş 480 manat məbləğində pul zərər zərərçəkən X3 hesabına köçürülmüşdür. Müəyyən olunur ki, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən (subroqasiya hüququ) həmin ödənişi vermiş Sığortaçının, mülki iş üzrə iddiaçının verdiyi sığorta ödənişi məbləğində zərərvuran şəxsin özünə qarşı istifadə etmək hüququ yaranmışdır. Belə ki, sığorta predmeti barəsində mülki məsuliyyəti sığortalanmış zərərvuran şəxsin sığorta hadisəsi zamanı təqsirli olması iş materialları ilə tam təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının “İcbari Sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari Sığorta müqaviləsi üzrə zərərçəkmiş şəxsə ödədiyi Sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə bildirir ki, iddiaçının cavabdehə qarşı olan borcun qaytarılması barədə tələbi əsaslıdır. Belə ki, mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X4 qarşı Sığorta ödənişinin subroqasiya qaydasında qaytarılması tələbinə dair iddiası təmin olunmalı, X1 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 30 (otuz) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. X1 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. X1 30 (otuz) manat miqdarında dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(079)-334/2025
Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-334/2025
20.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver